Azərbaycanda ərəblərin "ov macəraları" ilə bağlı RƏSMİ AÇIQLAMA - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda ərəblərin "ov macəraları" ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılıb.

Publika.az xəbər verir ki, sözügedən iddia ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

“Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb - Xalidə Şimşək

“Cari ilin ilk 4 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyin Çağrı mərkəzinə 418 min 602 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.

Publika.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.

Şöbə rəisi qeyd edib ki, yanvar-aprel ayları ərzində daxil olan zənglərin 30 min 518-i təbii qazın təzyiqi ilə bağlı olub: “Bu müraciətlərdən 21 min 744 müraciət təbii qazın olmaması, 19 min 639-u qaz sızmaları, 162 min 683 müraciət isə sayğaclarla bağlı olub”.

Xalidə Şimşək həmçinin təbii qaz olmaması səbəbindən Birliyə daxil olan 21 min 744 müraciətin 10 min 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.

Oxumağa davam et

Sosial

DİN: Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edildi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.

Oxumağa davam et

Sosial

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

Oxumağa davam et
Reklam

Gündəm