Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, qar yağacaq - Umayra Tağıyeva AÇIQLADI - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, qar yağacaq - Umayra Tağıyeva AÇIQLADI - VİDEO

Video əlavə olunub.

***

Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi. Hazırda qonşu Türkiyədə və Rusiyada çox intensiv qar prosesləri müşahidə olunur. Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək burada hava şəraitinin kəskinləşməsinə səbəb olur. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. 

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki demək olar ki, əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. 

Türkiyədəki hava şəraitini Azərbaycanda gözləmək lazımdırmı?

U.Tağıyeva qeyd edib ki, bu cür intensivlikdə deyil, daha zəif formada artıq ayın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan MR-da, yəni respublikanın qərb rayonlarından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq: “Yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir. Əsasən dağlıq və dağ ətəyi rayonlarda qar yağacaq və qarın bir qədər intensiv olması proqnozlaşdırılır. Lakin Türkiyədə baş verən proseslərlə müqayisədə, bu, daha yumşaq formada Azərbaycanda özünü göstərəcək. 

Bununla yanaşı, ayın 27-də günü ikinci yarısında axşama doğru həm respublikanın rayonlarında, eyni zamanda paytaxtda şimal-qərb küləyinin gözlənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20, arabir 23-25 saniyəyədək olacaq. Yanvarın 28-də artıq gündüz saatlarında külək mülayimləşəcək, yağıntıların kəsilməsi isə ayın 28-də axşama doğru gözlənilir. Sonrakı 2-3 gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə seçicilərin sayının Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.

MSK sədrinin müavini bildirib ki, bundan sonra dairə seçki komissiyaları bu istiqamətdə addımlar atacaqlar.

Oxumağa davam et

Sosial

“Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb - Xalidə Şimşək

“Cari ilin ilk 4 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyin Çağrı mərkəzinə 418 min 602 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.

Publika.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.

Şöbə rəisi qeyd edib ki, yanvar-aprel ayları ərzində daxil olan zənglərin 30 min 518-i təbii qazın təzyiqi ilə bağlı olub: “Bu müraciətlərdən 21 min 744 müraciət təbii qazın olmaması, 19 min 639-u qaz sızmaları, 162 min 683 müraciət isə sayğaclarla bağlı olub”.

Xalidə Şimşək həmçinin təbii qaz olmaması səbəbindən Birliyə daxil olan 21 min 744 müraciətin 10 min 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.

Oxumağa davam et

Sosial

DİN: Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edildi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.

Oxumağa davam et
Reklam

Gündəm