Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ - Publika.az
Bizi izləyin

Sosial

Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ - VİDEO

Video əlavə olunub.

xxx

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Publika.az-a Xidmətədən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən 28-i səhədərək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var.
Havanın temperaturu 2-6° isti olacaq.

Yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, yanvarın 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Selçuk Bayraktar xanımı ilə Cıdır düzündə - FOTO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.

Publika.az xəbər verir ki, o, Şuşada Cıdır düzündə olub.

Qeyd edək ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.

Oxumağa davam et

Sosial

Azərbaycanda seçicilərin ümumi sayı AÇIQLANDI

Azərbaycanda dəqiqləşdirilmiş seçici siyahılarında adı olan ümumi seçicilərin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, seçicilərin ümumi sayı 6 milyon 401 min 955 nəfərdir.

Onlardan 3020387 nəfəri kişi, 3381568 nəfəri qadındır.

Faiz etibarilə götürdükdə qadın seçicilərin sayı kişilər 47,18 faiz, qadınlar 52,82 faizdir.

18 yaşı olan seçicilərin sayı 2 milyon 916 min 9 nəfər, yaşı 30-39 aralığında olan seçicilərin sayı 1 milyon 524 min 227 nəfərdir.

259 seçiçinin yaşı yüz və yüzdən yuxarıdır.

Oxumağa davam et

Sosial

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq

Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə seçicilərin sayının Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.

MSK sədrinin müavini bildirib ki, bundan sonra dairə seçki komissiyaları bu istiqamətdə addımlar atacaqlar.

Oxumağa davam et
Reklam

Gündəm