Azərbaycanda “Omikron” DƏHŞƏTİ: 8 min yoluxma, çox sayda ölən var - Publika.az
Bizi izləyin

Sosial

Azərbaycanda “Omikron” DƏHŞƏTİ: 8 min yoluxma, çox sayda ölən var - VİDEO

Video əlavə olunub.

 

***

Azərbaycanda koronavirusun “Omikron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir.

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”, - o vurğulayıb.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omikron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: “Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.

Oxumağa davam et

Sosial

SOCAR bu zavodla bağlı xəbərdarlıq etdi

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir. Tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən Publika.az-a bildirilib ki, layihə çərçivəsində razılaşdırılmış plana əsasən, NEZ-də həyəta keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.

Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

Oxumağa davam et

Sosial

Toy edənlərə PİS XƏBƏR: BUNDAN SONRA... - VİDEO

Toy menyularının qiymətləri artıb. Səbəb isə aydındır: ərzaq məhsullarının bahalaşması. Əvvəllər 40 manata olan menyuları artıq tapmaq çətin məsələdir. Ucuz menyu tapmaq üçün isə menyudan bir sıra yeməkləri çıxarmalı olacaqsınız. Bəs ümumiyyətlə toy menyularının qiymətlərində artım nə qədərdir? 

Publika.az xəbər verir ki, son aylar ərzində ərzaq qiymətlərində baş verən artım toy sektoruna da təsirsiz ötüşməyib. Ərzaq məhsulları bahalaşdığından şadlıq evlərində də menyuların qiyməti artıb. 

Toy sektorunda bahalaşmanın təxminən 10-15 faiz arasında olduğu deyilir. Şadlıq evi müdiri Fərid Adıgözəlov deyir ki, qiymət artımı son 2-3 ay ərzində baş verib.

Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təqdim etmək olur. Bunun üçün isə menyudan bəzi yeməklər çıxarılır.

Yaxın vaxtlarda qiymətlərdə düşmənin olacağı gözlənmir. Toy sektorundan işləyənlər deyirlər ki, ərzaq və digər xərclərin bahalaşması bu templə davam edərsə, nəinki ucuzlaşma, bundan sonra bahalaşmanın olacağı da istisna edilmir.


Oxumağa davam et
Reklam

Gündəm