Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Bakıda gözlənilən BÖYÜK SÖKÜNTÜ: planda nələr var?

Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləcəyi inandırıcı deyil. Çünki hazırda Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar.

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Maraqlıdır, bütün bu işlər görülən zaman paytaxtın hansı ərazisində daha çox söküntülər olacaq? 122 minə yaxın yaşayış binasına hansı kateqoriya binalar daxildir? Böyük söküntüyə yalnız “Xruşşovka”, “Stalinka”, “Leninqrad” layihəli binalar daxil olacaq, yoxsa əsasən, bir-iki mərtəbəli binalar, həyət evləri söküləcək? Bu söküntülər əmlak bazarına necə təsir edəcək?

İstismar müddəti ötmüş çoxmənzilli 11 min bina

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən əmlak eksperti Elnur Fərzəliyev Bakı şəhəri ərazisində 122 min binanın sökülməsi məsələsinə şübhə ilə yanaşıb. Bildirib ki, Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar. Ekspertin sözlərinə görə, paytaxtda istismar müddətini başa vurmuş cəmi 11 minə yaxın bina var ki, onların da içində 100-dən bir qədər artığı qəzalı vəziyyətdədir: “Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Həmin binalar zamanla sökülür və yeniləri ilə əvəzlənir”.

Köhnə binalar sökülüb yenisi ilə əvəzlənir

Ekspert qeyd edib ki, paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Onun fikrincə, bu binalar tikilən zaman bəzi hallarda normativlər gözlənilmir, həyətyanı sahə, park, avtopark yeri, iaşə obyektləri nəzərə alınmır: “Bakı şəhərinin hazırlanmaqda olan yeni Baş planı üzrə paytaxtda müəyyən söküntü, tikinti-quruculuq tədbirləri həyata keçiriləcək. Baş planın təsdiqlənməsi o deməkdir ki, tikilən və ya tikiləcək binalar həmin plana uyğundur. Yaxud Baş plan təsdiqlənməyib, lakin köhnə binalar sökülüb yenisi ilə əvəzlənir. Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Tikintinin maya dəyəri həddən artıq baha olur. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Bu da gələcəkdə hazır olacaq və tətbiq olunacaq Baş planın tam əksinədir. Köhnə binalar sökülüb yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir”.

Paytaxtın ən yaxşı, ən nümunəvi layihəsi

E.Fərzəliyev söyləyib ki, paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı “Xruşşovka”, alman layihəli binalardır. Ekspertin sözlərinə görə, bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək olur: “Paytaxtın tam mərkəzində 2,3,4 mərtəbəli binalar var ki, həmin binaları söküb yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanı inşa etmək qeyri-mümkündür. O ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri “Ağ şəhər”dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin. Çünki bu gün atılan hər hansı yanlış addım gələcəkdə dövlət büdcəsinə böyük maliyyə itkisi yaşada bilər. Burada söhbət hansısa binanın və ya həyət evlərinin sökülməsindən, vətəndaşlara kompensasiya ödənməsindən, köçürülməsindən, ərazinin təmizlənməsindən gedir”.

Sənədi olmayan 500 mindən çox həyət evinin aqibəti

Ekspert şimal tərəfdən paytaxt ərazisinin Abşeron rayonunun Xırdalan şəhərinə, oradan isə Sumqayıt şəhərinə həyət evləri vasitəsilə birləşməsinə də diqqət çəkib. Rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda 500 mindən çox çıxarışı – sənədləri olmayan fərdi həyət evlərinin olduğunu vurğulayıb. Bildirib ki, zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir: “Çıxarışın olmamasının müxtəlif səbəblər var. Həmin səbəblərdən biri də budur ki, həmin yaşayış məntəqələrinin bir hissəsi qadağan olunmuş ərazilərdə tikilib. Yəni, neft buruqlarının ətrafında, yüksəkgərginlikli elektrik xəttinin altında, vulkanik dağların ətəyində tikilən evlərə qanunla sənədlərin verilməsi qeyri-mümkündür. Zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir. Amma paytaxtdan kənardakı çoxmənzilli binaları almaq və yerində yenisini tikmək tikinti şirkətlərinə sərf etmir. Çünki o ərazilərdə əhalinin alıcılıq qabiliyyəti tələbat mərkəzdə olduğu səviyyədə deyil”. (Musavat.com)

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bu ərazilərdə su KƏSİLƏCƏK

Abşeronun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, aagistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq sabah gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Oxumağa davam et

Sosial

Bakı yollarındakı SON VƏZİYYƏT - YENİLƏNDİ

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.

1. Bakı-Sumqayıt şossesi - 20 yanvar istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospekti - 20 yanvar və Koroğlu metro stansiyası istiqamətində sıxlıq

3. Tbilisi prospekti - 20 yanvar və şəhər istiqamətində sıxlıq

4. 28 may və Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi istiqaməti sıxlıq

5. Rəşid Behbudov küçəsi - Mərkəzi bankın qarşısına kimi sıxlıq

6. Koroğlu Rəhimov küçəsi - Hər iki istiqamətdə sıxlıq

7. Xətai prospekti - Heydər Əliyev prospekti istiqaməti sıxlıq

8. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqaməti sıxlıq

9. Alı Mustafayev küçəsi - Koroğlu metro stansiyası istiqaməti sıxlıq

10. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqaməti sıxlıq

11. Atatürk prospekti - Ziya Bünyadov prospekti istiqaməti sıxlıq

12. Afiyəddin Cəlilov küçəsi - Cavanşir körpüsü istiqaməti sıxlıq

13. Ak.Həsən Əliyev küçəsi - Asan xidmətin qarşısı istiqaməti sıxlıq.

xxx

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - Əsas yolda, 20 Yanvar dairəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

4. Tbilisi prospektində, hər iki istiqamətdə əsas və köməkçi yolda, 20 Yanvar dairəsindən başlayaraq, Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində və Hənifə Ələsgərov küçəsi ilə kəsişmədən, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

5. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

xxx

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.

1. Bakı – Sumqayıt şossesində – Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Moskva prospektində, əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Bakı Olimpiya stadionunun qarşısından başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

5. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

6. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

7. Böyükşor şossesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

8. Heydər Əliyev prospekti – əsas yol və köməkçi yolda, Koroğlu metro stansiyasının qarşısında, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

10. Yusif Səfərov küçəsində Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur. Səbəb isə, yol – nəqliyyat hadiusəsidir

11. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Həsən bəy Zərdabi prospektinin, 20 Yanvar dairəsinə düşən hissəsində və Qələbə dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Oxumağa davam et

Sosial

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 15 may tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1279 namizəddən 18 nəfəri imtahana gəlməyib.

236 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 15-də keçirilən imtahanda 66 nəfər bu ilin, 69 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 135 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 596 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 17-19 may 2022-ci il tarixlərində müraciət edə bilərlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 1-5 iyun 2022-ci il tarixlərində DİM-in saytında internet vasitəsi ilə aparılacaq. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Oxumağa davam et
Reklam

Gündəm