Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

DYP-dən sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.

Publika.az-a daxil olan müraciətdə deyilir:

"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.

DİN-in Baş DYP İdarəsi xüsusilə həftəsonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir".

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

ŞOK: Azərbaycanda məscid restorana çevrildi - FOTO

Xırdalanda AAAF Park yaşayış kompleksi mərkəzində inşa edilən məscid restorana çevrilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, bir müddət, əsasən 2018-ci ildən ibadət yeri olan tikili 2022-ci ilin aprelin sonundan, həm də orucluq ayında, “Xan sarayı” adı ilə restoran və çayxana kimi fəaliyyət göstərməyə başlayıb.

Restoranda çalışanlar Speys TV-yə bildiriblər ki, bu məkanda içki verilmir, el şənlikləri deyil, dini məclislər keçirilir. Restoranda qoyulan kürsü də mollalar üçündür və o masada Quran saxlanılır.

Qafqaz Müsəlmanları İdarəsindən isə sözügedən ərazidə heç bir məscid qeydiyyata alınmadığı vurğulanıb.

Belə çıxır ki, bir müddət qeydiyyata alınmadan fəaliyyət göstərən məscid indi “Mərasim evi” kimi işinə davam edir. Ancaq niyə “Mərasim evi” adı ilə yox, “Xan sarayı” adı ilə?

Bu suala cavab yoxdur.

Oxumağa davam et

Sosial

Azərbaycanın Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

Publika.az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.

2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.

O, son olaraq “İctimai” TV-də çalışıb. (Oxu.az)

Oxumağa davam et

Sosial

Bu ərazilərdə su KƏSİLƏCƏK

Abşeronun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilib ki, aagistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq sabah gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Oxumağa davam et
Reklam

Gündəm