Koronavirusa yoluxanların sayı AÇIQLANDI - Publika.az
Bizi izləyin

Sosial

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782904 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2782, bu günə qədər isə ümumilikdə 6850674 test icra olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.

Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

Oxumağa davam et

Sosial

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq.

Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb.

Oxumağa davam et

Sosial

Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO

Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova şantaj edildiyini, intiharın bir addımlığında olduğunu yazıb.

Publika.az-ın məlumatına görə, Sevinc Qədirova bu barədə "Facebook" hesabında məlumat verib.

20 ilə yaxındır jurnalist fəaliyyəti ilə məşğul olduğunu vurğulayan S.Qədirova 2015-ci ildən bu günə qədər davam edən kabusunun bitmək bilmədiyini deyib:

"20 ilə yaxındır ki, jurnalist faliyyəti ilə məşğul oluram hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Bu müddət ərzində Cənab Prezidentin siyasətini dəstəkləyib dövlət maraqlarını üstün tutmuşam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum heç cür bitmək bilmir . Rəsmi şəkildə əsir düşmüşəm elə bil. Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları başıma gətirməkdə davam edirlər hələ də. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq. Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar ya ölkəni tərk et, ya da intihar et. Atam qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var dövlətin vəzifəli şəxsləri var. Hüquq-Muhafizə orqanları var. Şər və böhtanlarınızdan intihar həddinin bir addımlığındayam artıq”.

Oxumağa davam et
Reklam

Gündəm