Sosial
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 3 324 nəfər vaksinasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 371, ikinci doza vaksinlərin sayı 372 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2302-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 279 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13684752, birinci doza peyvəndlərin ümumi sayı 5343567, ikinci doza vaksinlərin sayı 4843793 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3254508, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 242884 olub.
Sosial
“Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb - Xalidə Şimşək

“Cari ilin ilk 4 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyin Çağrı mərkəzinə 418 min 602 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.
Publika.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.
Şöbə rəisi qeyd edib ki, yanvar-aprel ayları ərzində daxil olan zənglərin 30 min 518-i təbii qazın təzyiqi ilə bağlı olub: “Bu müraciətlərdən 21 min 744 müraciət təbii qazın olmaması, 19 min 639-u qaz sızmaları, 162 min 683 müraciət isə sayğaclarla bağlı olub”.
Xalidə Şimşək həmçinin təbii qaz olmaması səbəbindən Birliyə daxil olan 21 min 744 müraciətin 10 min 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.
Sosial
DİN: Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edildi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.
Hazırda vəziyyəti stabildir.
Sosial
Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.
Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"