Sosial
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi - YENİLƏNDİ

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilib.
Publika.az xəbər verir ki, İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 3 gün ərzində elan olunacaq.
XXX
06:46
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanı keçiriləcək.
Publika.az xəbər verir ki, imtahanda 1 279 namizəd iştirak edəcək.
Onlardan 1021 nəfər Azərbaycan, 258 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564 nəfəri oğlan, 715 nəfəri isə qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı, Naxçıvan şəhərlərində keçiriləcək və saat 11:00-da başlanaraq 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Sosial
“Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb - Xalidə Şimşək

“Cari ilin ilk 4 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyin Çağrı mərkəzinə 418 min 602 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.
Publika.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.
Şöbə rəisi qeyd edib ki, yanvar-aprel ayları ərzində daxil olan zənglərin 30 min 518-i təbii qazın təzyiqi ilə bağlı olub: “Bu müraciətlərdən 21 min 744 müraciət təbii qazın olmaması, 19 min 639-u qaz sızmaları, 162 min 683 müraciət isə sayğaclarla bağlı olub”.
Xalidə Şimşək həmçinin təbii qaz olmaması səbəbindən Birliyə daxil olan 21 min 744 müraciətin 10 min 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.
Sosial
DİN: Ağdamda minaya düşən hərbçinin ayağı amputasiyası edildi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.
Hazırda vəziyyəti stabildir.
Sosial
Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.
Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.
- Sosial27 May 2022 14:49
Azərbaycanda xanım rəisə ŞƏRT QOYDULAR: Ya intihar et, ya da... - FOTO
- Mədəniyyət27 May 2022 14:22
Azərbaycanda lezbiyan, trans və geylər haqqında film - FOTO - VİDEO
- Siyasət27 May 2022 13:42
Azərbaycanda referendum keçiriləcək?
- Dünya27 May 2022 13:29
Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...
- Hadisə27 May 2022 12:48
Ağdamda hərbi qulluqçumuz minaya düşdü - YENİLƏNDİ
- Hadisə27 May 2022 09:46
Bakı metrosunda həyəcanlı anlar - Təcili yardım çağırıldı
- Hadisə27 May 2022 09:41
Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO
- Dünya27 May 2022 07:30
Xaçatryandan SÜLH AÇIQLAMASI: "Bu imkanlardan istifadə etməliyik"