İranlı generallar İrəvana gəldi - SƏBƏB - Publika.az
Bizi izləyin

Cənubi Qafqaz

İranlı generallar İrəvana gəldi - SƏBƏB

İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlib. Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır.

Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır.

“Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İran İslam Respublikasının bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı.

“Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır", - deyə Mojtaba Zolnuri deyib. (modern.az)

Rəylər
Oxumağa davam et
Reklam

Cənubi Qafqaz

Qazaxın 7 kəndi qaytarılır, hazırlıqlar başladı - "Hraparak"

Ermənistanın Dilican (ermənilər Tavuş deyir - red.) bölgəsində, Azərbaycanın Qazax rayonunun işğal atındakı kəndlərindən keçən dövlət əhəmiyyətli magistrala alternativ şose yolu çəkiləcək.

Publika.az "Hraparak"a istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti artıq alternativ yolun haradan keçəcəyi ilə bağlı araşdırmalara da başlayıb. Bəzi məlumatlara görə, hətta işlər aparılır. Söhbət Qazaxın erməni işğalı altındakı 7 kəndindən ikisinə - Aşağı və Yuxarı Əskipara hissəsinə alternativ yolun tikintisindən gedir.

Nəşrin iddialarına görə, bu o deməkdir ki, yaxın vaxtlarda Qazaxın 7 kəndi də Azərbaycan tərəfinə qaytarılacaq. İddia olunur ki, rəsmi İrəvan Zəngəzurdakı "acı təcrübəni" təkrar yaşamamaq üçün indidən alternativ yolun çəkilişinə başlamağı qərara alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan kəndləri öz nəzarətinə qaytarandan sonra orada da gömrük postu və sərhəd-keçid məntəqəsi quracaq.

Ermənistanın Nəqliyyat Nazirliyi faktı nə təsdiqləyib, nə də təkzib edib. Bildirilib ki, sadəcə bəzi yollarda yenilənmələr aparılır.

Tural Turan

Oxumağa davam et

Cənubi Qafqaz

Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi başladı - FOTO

Müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi keçirir.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, həbsdə olan Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə Tbilisinin Respublika Meydanından azadlıq tələbi ilə yürüşə başlayan minlərlə etirazçı hazırda Rustaveli Prospektini bağlayiblar.

Mitinqə ana müxalifətin Qərbi Gürcüstanın müxtəlif bölgələrindən (Quriya, Acarıstan, Sameqrelo) mikroavtobuslarla Tbilisiyə gəliblər. Hazırda sözügedən partiyanın liderləridə mitinqdə iştirak edir.

Etirazçılar "Mişa, Mişa" və "Saakaşviliyə azadlıq" şüarları səsləndirir.

Hazırda parlament binasının qarşısında davam edən mitinqdə çıxış edən "Vahid Milli Hərəkat"ın liderləri hökumətdən M.Saakaşvilinin sərbəst buraxılmasını tələb edirlər.

Oxumağa davam et

Cənubi Qafqaz

Paşinyan Tbilisidən ELAN ETDİ: Azərbaycanla razılaşdıq

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə və dekabrın 14-də Aİ Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunmasına dair Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

Publika.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.

N.Paşinyan bildirib ki, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə edilib.

Oxumağa davam et
Reklam

Gündəm