Saakaşvili seçki günü bunu planlaşdırır - Kobaxidze - Publika.az
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili seçki günü bunu planlaşdırır - Kobaxidze

"Bizdə olan məlumata əsasən, Mixail Saakaşvili məhs bu gün, seçki günü pis olmağı planlaşdırır".

Publika.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun rəhbəri İrakli Kobaxidze səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Saakaşvili tərəftarlarında emosiya yaratmaq üçün belə bir addım atacaq: "Amma onun bu hərəkəti də uğursuzluğa məhkum olacaq. Saakaşvili bu gün nə istəyir etsin, uğur əldə edə bilməyəcək".

Qeyd edək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir. Yerli seçkilərin ilk turu oktyabrın 2-də baş tutub.

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Cənubi Qafqaz

Qazaxın 7 kəndi qaytarılır, hazırlıqlar başladı - "Hraparak"

Ermənistanın Dilican (ermənilər Tavuş deyir - red.) bölgəsində, Azərbaycanın Qazax rayonunun işğal atındakı kəndlərindən keçən dövlət əhəmiyyətli magistrala alternativ şose yolu çəkiləcək.

Publika.az "Hraparak"a istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti artıq alternativ yolun haradan keçəcəyi ilə bağlı araşdırmalara da başlayıb. Bəzi məlumatlara görə, hətta işlər aparılır. Söhbət Qazaxın erməni işğalı altındakı 7 kəndindən ikisinə - Aşağı və Yuxarı Əskipara hissəsinə alternativ yolun tikintisindən gedir.

Nəşrin iddialarına görə, bu o deməkdir ki, yaxın vaxtlarda Qazaxın 7 kəndi də Azərbaycan tərəfinə qaytarılacaq. İddia olunur ki, rəsmi İrəvan Zəngəzurdakı "acı təcrübəni" təkrar yaşamamaq üçün indidən alternativ yolun çəkilişinə başlamağı qərara alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan kəndləri öz nəzarətinə qaytarandan sonra orada da gömrük postu və sərhəd-keçid məntəqəsi quracaq.

Ermənistanın Nəqliyyat Nazirliyi faktı nə təsdiqləyib, nə də təkzib edib. Bildirilib ki, sadəcə bəzi yollarda yenilənmələr aparılır.

Tural Turan

Oxumağa davam et

Cənubi Qafqaz

Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi başladı - FOTO

Müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqi keçirir.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, həbsdə olan Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə Tbilisinin Respublika Meydanından azadlıq tələbi ilə yürüşə başlayan minlərlə etirazçı hazırda Rustaveli Prospektini bağlayiblar.

Mitinqə ana müxalifətin Qərbi Gürcüstanın müxtəlif bölgələrindən (Quriya, Acarıstan, Sameqrelo) mikroavtobuslarla Tbilisiyə gəliblər. Hazırda sözügedən partiyanın liderləridə mitinqdə iştirak edir.

Etirazçılar "Mişa, Mişa" və "Saakaşviliyə azadlıq" şüarları səsləndirir.

Hazırda parlament binasının qarşısında davam edən mitinqdə çıxış edən "Vahid Milli Hərəkat"ın liderləri hökumətdən M.Saakaşvilinin sərbəst buraxılmasını tələb edirlər.

Oxumağa davam et

Cənubi Qafqaz

Paşinyan Tbilisidən ELAN ETDİ: Azərbaycanla razılaşdıq

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə və dekabrın 14-də Aİ Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunmasına dair Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

Publika.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.

N.Paşinyan bildirib ki, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə edilib.

Oxumağa davam et
Reklam

Gündəm