Rayonların gəlirləri və adambaşına düşən pay – TƏHLİL - Publika.az
Bizi izləyin

Təhlil

Rayonların gəlirləri və adambaşına düşən pay – TƏHLİL

2017-ci ilin büdcə layihəsinin müzakirələrinə az müddətqalıb. Büdcədə diqqəti çəkən rayon və şəhərlərə ayrılan xərclərin,əksəriyyətinin dotasiyadan azaldılmasıdır. Halbuki hər il mərkəzibüdcədən şəhər və rayonların yerli xərclərini qarşılamaq üçün böyükməbləğdə vəsait ödənilirdi.

Publika.az xəbər verir ki, 2017-ci ilin büdcəxərclərində dövlət büdcəsinin yerli xərcləri 718, 3 milyon manatnəzərdə tutulub. Bu da 2016-cı illə müqayisədə 820 milyon manat vəya 53,3 faiz azdır. Xərclərin azalmasının əsas səbəbi kimi təhsil(məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləriistisna olmaqla), mədəniyyət, incəsənət, informasiya, bədəntərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətinxərclərinin yerli xərclərdən çıxarılaraq, mərkəzləşdirilmişxərclərə aid edilməsi göstərilir.

Onu da bildirək ki, yerli gəlirləri öz hesabına təmin edəcəkrayon və şəhərlərin sayı 33-ə çatdırılıb. İndiyədək Mingəçevir,Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonlarıbüdcədən dotasiya almırdılarsa, gələn il onlara Gəncə, Lənkəran,Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə,Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax,Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad,Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da qoşulacaq.Digərlərinə isə xərclərinin ən yaxşı halda 10-15 faizinin mərkəzibüdcədən verilməsi nəzərdə tutulub.

Hansı rayona nə qədər gəlir, yerli xərc nəzərdətutulub?

2017-ci ilin büdcəsində şəhər və rayonlar üzrə gəlirlər7.210.000.000,0 manat hesablanıb.

Büdcədən Gəncə üzrə gəlirlər 43757000, yerli xərclər 33 039 000,Lənkəran üzrə gəlirlər 16 880 000, yerli xərclər 13 864 000,Mingəçevir 20 470 000, yerli xərclər 19 294 000, Naftalan 3 789000, yerli xərclər 2 496 000, Şəki üzrə gəlirlər 18 983000, yerlixərclər 14 821 000, Şirvan üzrə gəlirlər 16 250 000, yerli xərclər7 789 000, Yevlax üzrə gəlirlər 14 022 000, yerli xərclər 9 372 000manat təsdiqlənib.

Qeyd etdiyimiz kimi bu şəhərlərin heç birinə büdcədən dotasiyaayrılmayıb.

Naxçıvana ayrılan dotasiya

Bildirək ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasına (MR)gəlir və xərcləri bərabər olaraq 359,5 milyon manatproqnozlaşdırılır. Bu, 2016-cı illə müqayisədə 8,1 milyon manat vəya 2.3 faiz çoxdur.

Bunun 69 mln. manatı daxili potensial hesabına, 290,0 mln.manatı isə dotasiyalar hesabına formalaşacaq. Yəni bu il Naxçıvanınbüdcəsində dotasiyanın həcmi 80,4 faiz idisə, gələn il 80,3 faizolacaq.

Əvvəlki illə müqayisədə Naxçıvan MR-ə dövlət büdcəsindən ayrılandotasiyanın məbləği 15,2 mln. manat azalsa da, faiz nisbətindədotasiyanın həcmi dəyişməyib.

Rayonların büdcəsində adambaşına düşən pay

O ki qaldı rayonların büdcəsindən adambaşına düşən paya, Burəqəm Yevlaxda 111,5 manat (14 milyon manat, əhalisi 125,7 minnəfər), Şirvanda 193 manat (16 milyon manat, əhalisi 84 min nəfər)Sumqayıtda 250 manat (büdcəsi 84, 1 milyon, əhalisi 336 min 200nəfər), Mingəçevirdə 200 manat (büdcəsi 20, 47 milyon, əhalisi 102min 400 nəfər), Gəncədə 132 manat (büdcəsi 43, 75 milyon, əhalisi330 min 100 nəfər ), Qəbələdə 129 (büdcəsi 13, 31 milyon, əhalisi103 min nəfər), Şəkidə 103 manat (büdcəsi 18, 98 milyon, əhalisi182 min 700 nəfər), Lənkəranda 73 manat (büdcəsi 16, 88 milyon,əhalisi 231 min 100 nəfər), Bakıda 2971 manat (büdcəsi 6 612 967000 manat, 2225,8 min nəfər), Naftalanda 382 manat (büdcəsi 3 789000 manat, əhalisi 9,9 min nəfər təşkil edir.

Muxtar Respublika üzrə bu rəqəmə gəlincə əhalisinin sayı 444 minnəfər təşkil edir. Gələn il üçün MR-in büdcəsini əhalinin sayınaböldükdə, adambaşına, təxminən 791 manat düşür. Bu da onu göstərirki, MR-nın gəlirlərinin adambaşına düşən payına görə yalnızpaytaxtdan geri qalır.

Leyla

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Şamaxı rayonunda Qida Festivalı keçirildi - FOTO

Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.

Publika.az
xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.

Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olundu.

Oxumağa davam et

Təhlil

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

“Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq”.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Oxumağa davam et

Təhlil

Qubad İbadoğlunun işsizlik və yoxsulluğa dair natamam şərhinin analizi

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. Özünün FB səhifəsində yazdığı postda bildirib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Sitat: “2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləliklə də, işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıb. Müstəqil eksperlər 2020-ci il üçün işsizlik faizinin rəsmi göstərildiyi kimi 4,86 faiz deyil, 16,51 faiz olduğunu iddia edirlər”.

16,5 faiz işsizlik səviyyəsi o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir. Həqiqətənmi Azərbaycanda bu qədər sayda vətəndaş işsizdir?

Publika.az xəbər verir ki, "Faktyoxla Lab." bu iddianı araşdırıb.

Azərbaycanın əhalisinin sayı 10 milyon 127 min nəfərdir. Ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır. (Mənbə)

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Ölkəmizdə əhalinin 18 yaşadək olan kateqoriyası üzrə sayı 2 milyon 600 min nəfər təşkil edir. Yəni bu yaşadək olanlar uşaq və yeniyetmələr və ilkin gənclərdir. Uşaq və yeniyetmələrin, yəni 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır. Bu yaşadək əhalinin sayı 2 milyondur. Əmək Məcəlləsinə əsasən, 15-dən 18 yaşadək olan şəxslərin isə işləməsinə bir sıra hallarda, yalnız müəyyən istsnalar əsasında icazə verilir.

Beləliklə, ölkə əhalisinin 25 faizini təşkil edən yuxarıdakı kateqoriyanın işləmək hüququ olmadığından onların da işsiz kimi təqdim edilə bilməz.
2021-ci il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Yaşa görə pensiya və ya müavinət alan şəxslər işsiz kimi qeydiyyata alınmırlar. Bununla yanaşı, ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Yaşa görə müavinət alanların sayı 100,2 min nəfər, əlilliyə görə - 182,5 min nəfər, ailə başçısını itirməyə görə 49,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min nəfərdir. Beləliklə, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir.

Göründüyü kimi, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Sual oluna bilər ki, son bir ildə işsizlərin sayı niyə 100 min nəfərə yaxın artıbdır? Məlum olduğu kimi, 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır, 190 ölkə ilə iqtisadi-ticari əlaqələr həyata keçirir. Pandemiya dünyanın bütün ölkələrində məşğulluğa mənfi təsir etdiyi təqdirdə, Azərbaycanın bu prosesdən kənarda qalması mümkün ola bilərdimi? Təbii ki, yox. 2020-ci ildə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə bütün xarici ölkələrdə tətbiq edilən qapanmalar baş verdi, xidmət, turizm, ictimai iaşə və digər sahələrdə məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə və məşğulluğa öz təsirlərini göstərdi.
Məsələ ondadır ki, hökumətin 2020-ci ilin aprel ayından tətbiq etdiyi geniş məzmunlu sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan anti-pandemiya paketinin icrası zamanı vergi uçotunda olmayan, mühasibatlıqdan kənar, qeyri-rəsmi məşğulluğun və “kölgə iqtisadiyyatı”nın təzahürləri də meydana çıxdı. Bu mühüm amil qeyri-rəsmi məşğulluğun müəyyən dərəcədə rəsmiləşdirilməsinə də öz təsirini göstərdi, rəsmi əmək qeydiyyatında olmayan minlərlə şəxs uçota durdu. Eyni zamanda, məşğulluq orqanlarında qeydiyyatda olmayan on minlərlə vətəndaş qeydə alındı. Nəticədə bu proseslər həm də rəsmi işsizlərin sayının artmasına və Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatmasına səbəb olub.

Onu da nəzərə almaq lazımdır ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı və məşğul əhalinin sayı da artıb və bu amil də işsiz insanların sayının azalmasına səbəb olur. 2021-ci il sentyabr 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox artıb.

Son bir ildə ölkəmizdə muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bu, işsizlik göstəricisinin azalmasında mühüm faktorlardan biridir.

Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib.

İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir.

Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub.
Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Q.İbadoğlunun “işsizliyin səviyyəsi 2003-cü ildən sonra ən yüksək səviyyəyə yüksəlib” fikrinə də diqqət edək. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 9,2 faizə bərabər olub, sonrakı illər ərzində bu rəqəm hər il azaldılaraq 2020-ci ildə 4,8 %-dək enib. (mənbə)

Beləliklə, əsil reallıq və təkzibolunmaz faktlar Qubad İbadoğlunun işsizliklə bağlı iddialaının tamamilə əsassız olduğunu təsdiqləyir.
Q.İbadoğlunun, yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir.
Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri yoxsulluğun davamlı olaraq azaldılmasıdır.

Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramına qoşulub. Respublikamız sənəddə 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədi gerçəkləşdirib və yoxsulluğun azaldılması istiqamətində irəliləyişlərə nail olub. Sənəddən irəli gələn əsas öhdəlik 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılması idi. Hökumətin gerçəkləşdirdiyi dövlət proqramları, eləcə də regional inkişaf proqramları sayəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2014-cü ildə 5 faizə, yəni ümumilikdə 10 dəfə azaldıldı və qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələndi.

Sonrakı illərdə Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası sayəsində yoxsulluq səviyyəsi 5 faizə qədər aşağı düşüb. (mənbə)

Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. (mənbə)

Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki, ölkəmizdə bu rəqəm beynəlxaql praktikada tətbiq edilən yoxsulluq həddi çərçivəsindən (yenə də üstündür. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. “2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. (mənbə)

Nəticə: Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Oxumağa davam et
Reklam

Gündəm