Azərbaycanda bütün mənzillər yenidən qurula bilər – ŞƏRTLƏR DƏYİŞİR - Publika.az
Bizi izləyin

Təhlil

Azərbaycanda bütün mənzillər yenidən qurula bilər – ŞƏRTLƏR DƏYİŞİR

Noyabrın 28-də Tarif Şurası elektrik enerjisi və təbiiqazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verib. Belə ki,təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək birkubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllikistehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20qəpik müəyyənləşdirilib. Elektrik enerjisinin pərakəndə satıştarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrikenerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçündəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıqistehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11qəpik müəyyənləşdirilib. Əslində hər iki qərar differensiallaşmaməqsədi daşıyır. Rəylərə görə, mövcud dəyişiklik daha çox böyükevləri, obyektləri və s. olan təbəqəyə qismən təsir göstərəcək.Maraqlıdır, qərardan sonra fərdi evlərin qiymətində və tikintisindənələr dəyişəcək?

Qənaət kombidən yox, məhz evin tikinti üslubundanbaşlayır

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad ƏliyevPublika.az-a bildirdi ki, fərdi evlərin tikilmə üslubunda iqlimfaktoru ilə yanaşı, onun gələcək istismar xərcləri də nəzərəalınır:

“Məsələn, qaz və elektrik baha olan ölkələrdə evləri elə tikməyəçalışırlar ki, onların qaz və işıq istehlakı az olsun. Bu isətikinti zamanı enerjiyə qənaət etməyə imkan verən tikintitexnologiyaları və tikinti materiallarının istifadəsinistimullaşdırır. Bizdə istifadə edilən tikintilərdə enerjiyə qənaətən son yerdə dayanır. Bəli, məsələn kombi alanda onun gücünə vəqənaətçilliyinə fikir verirlər. Ancaq qənaət kombidən yox, məhzevin özündən başlayır, yəni onun tikinti üslubundan. Qaz və işığınqiymətinin artırılması daha çox həyət evində yaşayanlara zərbəvurur. Çünki adam başına istifadəyə görə bu evlərdə xərclər dahaçoxdur. Ancaq bu o demək deyil ki, bina evlərində vəziyyət o qədəryaxşıdır. Qiymət artımının əmlak bazarına təsiri haqda danışmaqhələ tezdir və hesab edirəm ki, təsirsiz ötüşəcək. Ancaq ölkənintikinti sektoruna təsir göstərəcək. İlk növbədə tikinti zamanıartıq istismarda enerji qənaətinə imkan verən texnologiyalarıntətbiqi məsələlərinə diqqət göstərməyə başlayacaqlar. Bu növ inşaatmateriallarına təlabatın artımı da gözləniləndir. Ancaq bu tədricənbaş verəcək”.

Tikinti köhnə standartlarla aparılır

Hazırda bütün dünyada enerjiyə qənaət tədbirləri arasında enerjieffektivliyi məsələsi mühüm yer tutur. Avropa İttifaqınınhədəflərinə görə, 2020-ci ildən sonra Avropada tikilən bütünbinalar “sıfır” enerji tələbatlı olmalıdır. Nəzərə alsaq ki,Azərbaycanda da enerjinin yarıdan çoxu binaların qızdırılmasınasərf olunur, bu sahədə qənaət vacib amildir. Lakin keçmiş sovetrespublikalarının əksəriyyətində olduğu kimi, Azərbaycanda dabinaların, fərdi evlərin layihəsi onların qızdırılmasına sərfedilən istilik enerjisini demək olar ki, havaya sovrur. Eksperthesablamalarına əsasən, Bakıdakı köhnə və yeni tikilmiş müasirbinaların 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250kVt/saat enerji sərf edilir. Müqayisə üçün bildirək ki, iqlimiqat-qat soyuq olan Türkiyədə binaları qızdırmaq üçün bundan 2-3dəfə az enerji kifayət edir.

Tikinti mütəxəssisləri deyir ki, enerji itkilərinin əsassəbəblərindən biri tikinti normativlərinin köhnəlməsidir. Belə ki,SSRİ dövründə tikilən binalarda enerji effektivliyi nəzərəalınmayıb. Məsələn, “Xruşşov”, “Stalinka”, “Leninqrad”kimi layihəlibinalarda istiliyin saxlanması çətindir. Rayonlarda tikilən böyükaynabəndli evlərdən isə danışmağa dəyməz. Maraqlıdır ki, yenitikilən binalar da enerji effektivliyi baxımından köhnələrdən çoxfərqlənmir. Çünki onlar da hazırda qüvvədə olan köhnə tikintistandartları əsasında inşa olunur. Yeni binaların tikintisində bukimi tədbirlər standartlardan kənara çıxmaq, layihənin qiymətiniəsassız olaraq artırmaq hesab edilir.

Məlumat üçün bildirək ki, ev tikintisi zamanı enerji qoruyantexnologiyalar Avropa və ABŞ-da elə buna qədər də uzun illərdir ki,istifadə olunur. Bu texnologiyaların tətbiqi ilə tikilən aşağıenerji sərfiyyatlı evlər adlanır. Onların hər 1 kv. metrinə sərfolunan enerjinin 15 kVt/saatdan çox olmaması hədəflənir. Bu enerjiisə elə həmin binanın üzərində quraşdırılmış alternativ enerjiqurğuları, məsələn, külək generatorları, günəş enerjisi panellərivə s. vasitəsilə alınır. Nəticədə, bina özünü enerji ilə tam təminedir, kənardan enerji alınmasına ehtiyac qalmır. Belə evlərintikintisi adi evlərdən bir qədər bahadır, əvəzində, onlarınistismarı adi evlərdən xeyli ucuz başa gəlir.

Enerjiyə qənaət üçün tikintidə hansı texnalogiyalardanistifadə edilməlidir

Ekspertlər deyir ki, səmərəli texnologiyaların tətbiq olunmasınəticəsində, işıqlandırmada, isidilmədə və soyuqlandırmada xeylienerjiyə qənaət etmək mümkündür. Söhbət təkcə divarlarınqalınlığından deyil, həm də layihələndirmədən və optimalişıqlandırmadan gedir. Bundan başqa, binanın dam örtüyünə də diqqətyetirilməlidir, çünki ən çox istilik itkisi burada baş verir:

“Enerji effektivliyini artırmaq üçün işlər iki istiqamətdəaparılmalıdır. Əvvəla, effektiv binalar tikilməli, ikincisi, mövcudbinalarda müəyyən təmir - renovasiya işləri aparmaqla onlarıneffektivliyi, istilik izolyasiyası artırılmalıdır. Əslindəbinalarda enerjiyə qənaət işləri layihə işlərindən başlayır -düzgün layihələndirilən binalarda günəş işığından və istisindənmaksimum istifadə olunur. Daha sadə desək, evlər eləlayihələndirilir ki, günün böyük hissəsində onu günəş işıqlandırırvə günəş enerjisi hesabına qızır. Bu isə digər enerjidən istifadəyəehtiyacı azaldır. Evin səmti isə elə seçilir ki, kənar təsirlərbinanın divarlarını çox soyutmasın. Bundan başqa, hündür binalarlayihələndiriləndə müxtəlif məsələlər, o cümlədən küləyin sürəti dənəzərə alınmalıdır.

Evlərin tikintisində yüksək izolyasiyaya malik termoprofildənistifadə enerjiyə 40-45%, karkas tikinti texnologiyalarının tətbiqi40%-dək qənaət etməyə imkan verir. Evlərin termobloklarla tikintisiisə tikinti xərclərini 30% azaltmaqla yanaşı, enerjiyə 20-30%qənaət edir. Effektiv hava nizamlayıcısından rekuperatordanistifadə isə istilik enerjisinin 30-40% qənaətinə imkan verir.Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi enerji sərfini 30%-əqədər azaldır. Doğrudur, adətən belə evlər adi evlərə nisbətən5-10% baha başa gəlir. Amma xərc çəkməyə dəyər”.

İqtisadiyyat şöbəsi

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Şamaxı rayonunda Qida Festivalı keçirildi - FOTO

Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.

Publika.az
xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.

Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olundu.

Oxumağa davam et

Təhlil

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

“Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq”.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Oxumağa davam et

Təhlil

Qubad İbadoğlunun işsizlik və yoxsulluğa dair natamam şərhinin analizi

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. Özünün FB səhifəsində yazdığı postda bildirib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Sitat: “2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləliklə də, işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıb. Müstəqil eksperlər 2020-ci il üçün işsizlik faizinin rəsmi göstərildiyi kimi 4,86 faiz deyil, 16,51 faiz olduğunu iddia edirlər”.

16,5 faiz işsizlik səviyyəsi o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir. Həqiqətənmi Azərbaycanda bu qədər sayda vətəndaş işsizdir?

Publika.az xəbər verir ki, "Faktyoxla Lab." bu iddianı araşdırıb.

Azərbaycanın əhalisinin sayı 10 milyon 127 min nəfərdir. Ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır. (Mənbə)

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Ölkəmizdə əhalinin 18 yaşadək olan kateqoriyası üzrə sayı 2 milyon 600 min nəfər təşkil edir. Yəni bu yaşadək olanlar uşaq və yeniyetmələr və ilkin gənclərdir. Uşaq və yeniyetmələrin, yəni 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır. Bu yaşadək əhalinin sayı 2 milyondur. Əmək Məcəlləsinə əsasən, 15-dən 18 yaşadək olan şəxslərin isə işləməsinə bir sıra hallarda, yalnız müəyyən istsnalar əsasında icazə verilir.

Beləliklə, ölkə əhalisinin 25 faizini təşkil edən yuxarıdakı kateqoriyanın işləmək hüququ olmadığından onların da işsiz kimi təqdim edilə bilməz.
2021-ci il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Yaşa görə pensiya və ya müavinət alan şəxslər işsiz kimi qeydiyyata alınmırlar. Bununla yanaşı, ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Yaşa görə müavinət alanların sayı 100,2 min nəfər, əlilliyə görə - 182,5 min nəfər, ailə başçısını itirməyə görə 49,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min nəfərdir. Beləliklə, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir.

Göründüyü kimi, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Sual oluna bilər ki, son bir ildə işsizlərin sayı niyə 100 min nəfərə yaxın artıbdır? Məlum olduğu kimi, 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır, 190 ölkə ilə iqtisadi-ticari əlaqələr həyata keçirir. Pandemiya dünyanın bütün ölkələrində məşğulluğa mənfi təsir etdiyi təqdirdə, Azərbaycanın bu prosesdən kənarda qalması mümkün ola bilərdimi? Təbii ki, yox. 2020-ci ildə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə bütün xarici ölkələrdə tətbiq edilən qapanmalar baş verdi, xidmət, turizm, ictimai iaşə və digər sahələrdə məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə və məşğulluğa öz təsirlərini göstərdi.
Məsələ ondadır ki, hökumətin 2020-ci ilin aprel ayından tətbiq etdiyi geniş məzmunlu sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan anti-pandemiya paketinin icrası zamanı vergi uçotunda olmayan, mühasibatlıqdan kənar, qeyri-rəsmi məşğulluğun və “kölgə iqtisadiyyatı”nın təzahürləri də meydana çıxdı. Bu mühüm amil qeyri-rəsmi məşğulluğun müəyyən dərəcədə rəsmiləşdirilməsinə də öz təsirini göstərdi, rəsmi əmək qeydiyyatında olmayan minlərlə şəxs uçota durdu. Eyni zamanda, məşğulluq orqanlarında qeydiyyatda olmayan on minlərlə vətəndaş qeydə alındı. Nəticədə bu proseslər həm də rəsmi işsizlərin sayının artmasına və Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatmasına səbəb olub.

Onu da nəzərə almaq lazımdır ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı və məşğul əhalinin sayı da artıb və bu amil də işsiz insanların sayının azalmasına səbəb olur. 2021-ci il sentyabr 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox artıb.

Son bir ildə ölkəmizdə muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bu, işsizlik göstəricisinin azalmasında mühüm faktorlardan biridir.

Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib.

İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir.

Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub.
Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Q.İbadoğlunun “işsizliyin səviyyəsi 2003-cü ildən sonra ən yüksək səviyyəyə yüksəlib” fikrinə də diqqət edək. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 9,2 faizə bərabər olub, sonrakı illər ərzində bu rəqəm hər il azaldılaraq 2020-ci ildə 4,8 %-dək enib. (mənbə)

Beləliklə, əsil reallıq və təkzibolunmaz faktlar Qubad İbadoğlunun işsizliklə bağlı iddialaının tamamilə əsassız olduğunu təsdiqləyir.
Q.İbadoğlunun, yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir.
Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri yoxsulluğun davamlı olaraq azaldılmasıdır.

Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramına qoşulub. Respublikamız sənəddə 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədi gerçəkləşdirib və yoxsulluğun azaldılması istiqamətində irəliləyişlərə nail olub. Sənəddən irəli gələn əsas öhdəlik 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılması idi. Hökumətin gerçəkləşdirdiyi dövlət proqramları, eləcə də regional inkişaf proqramları sayəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2014-cü ildə 5 faizə, yəni ümumilikdə 10 dəfə azaldıldı və qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələndi.

Sonrakı illərdə Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası sayəsində yoxsulluq səviyyəsi 5 faizə qədər aşağı düşüb. (mənbə)

Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. (mənbə)

Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki, ölkəmizdə bu rəqəm beynəlxaql praktikada tətbiq edilən yoxsulluq həddi çərçivəsindən (yenə də üstündür. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. “2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. (mənbə)

Nəticə: Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Oxumağa davam et
Reklam

Gündəm