Varlanmaq üçün əla fürsət yaranıb - DİQQƏTLI OLUN! - Publika.az
Bizi izləyin

Təhlil

Varlanmaq üçün əla fürsət yaranıb - DİQQƏTLI OLUN!

Böhran, durğunluq dövründə şirkətlər özlərini necəaparmalıdırlar? Bu sual hazırda bazarda mövcud olan şirkətlərinəksəriyyətini düşündürür. Hər kəsin də bir cavabı var. Hamıdanağıllı hesab etdiyimiz amerikalı ekspertlər deyir ki, böhran vədurğunluq dövründə şirkətlər daha sürətli hərəkət etməlidirlər. Ənəsası enişin dərinliyini ölçə bilməlidirlər. Bundan əlavə, enişəqarşı hərəkətə keçməlidirlər, çünki çoxları nağd vəsait problemiyaşayır. Şirkətlər eyni zamanda qiymətlərə və xərclərə əvvəlkindənçox əhəmiyyət verməlidirlər.

Böhran kimlərə təsir etmir

Böhranı aşmağı bir də sadə dillə izah edək. Hər bir vəziyyət vəyol üçün münasib avtomobil var. Əgər şose ilə sürətlə hərəkət etməkistəyirsinizsə, o zaman seçiminiz idman maşını olmalıdır. Yox,ətrafınızdak peyzajdan həzz almaq istəyirsinizsə, bu halda dahahündür avtomobillə hərəkət edəcəksiniz. Lakin heç də hər biravtomobil istənilən yol üçün yaramır. Məsələn, eniş-yoxuşlu yoldaidman maşını ilə hərəkət etsəniz, yol sizi silkələyəcək. Şirkətlərdə avtomobillər kimidir. Bəzi şirkətlər sektorda mövcud olanşərtlərə daha yaxşı uyğunlaşır. Bəziləri isə eniş-yoxuşda dağılıbyox olur.

Bütün böhranların ortaq bir pis cəhəti var. Onlar çox nadirhallarda tək gəlir. Çünki harada baş verməsindən asılı olmayaraq,çox tez zamanda digər sahələrə də yayılırlar. Mütəxəssislər deyirki, böhranlar bir çox səbəblərdən baş verir, bəzən daxili, bəzənisə xarici. Bəzi böhranlar bütövlükdə iqtisadiyyata təsir edir,digərləri isə konkret şirkətə, hətta ayrı-ayrı bölməyə və yaəməliyyat vahidinə təsir göstərir.

Mükəmməl korporativ idarəetmə istənilən şirkətin mənfitəsirlərin qarşısını almaq, böhran və ya fəlakətə çevrilməsinə yolverməmək imkanına böyük təsir göstərə bilər. Bununla belə mükəmməlkorporativ idarəetmənin bütün böhranların qarşısını aldığını iddiaetmək özündənrazılıq olardı. Amma yaxşı təşkil edilmiş və işləyəndirektorlar şurası aşağıdakıları etdikdə ən azından şirkətin özrisklərini minimal səviyyəyə endirməsinə yardım edə bilər.Araşdırmalar göstərir ki, lazımi korporativ idarəetmə səviyyəsinəmalik şirkətlər 2008-ci ildə baş verən maliyyə böhranı zamanı səhmqiymətlərinin düşməsindən daha az ziyan görüblər. Bununsəbəblərindən biri, zəif korporativ idarəetməyə malik rəqiblərləmüqayisədə, səhmdar kapitalın daha yüksək gəlirlik səviyyəsi vədaha güclü effektivlik göstəriciləri olub.

Ekspert rəyi

“Beyli Group”un rəhbəri Mustafa Abbasbəyli bildirir ki,şirkətin strategiyası normal qurulduqda, böhran dövründə daha azzərər görür:

“Hər bir halda böhran şirkətin gəlirlərini azaldır. Böhrandaistehlakçıların da özünü necə aparması əsas şərtdir. Çünki təklifyerində qalır, tələb isə azalır. Belə şəraitdə şirkətlər dəməcburiyyət qarşısında qalıb təklifi aşağı salırlar. Nəticədəgəlirlər aşağı düşür və sair. Ona görə hesab edirəm ki, hər birşirkət üçün antiböhran strategiyası vacibdir. İşçilərə münasibətdəyişməlidir. Yəni əvvəllər daha çox maaş alan işçilərin böhrandövründə bonus sisteminə keçirilməsi təmin edilməlidir. Çünkiböhranda işçilərin əhval-ruhiyyəsi aşağı düşür. Bu da məhsuldarlığıazaldır. Belə hallardan yayınmaq üçün maaş sistemində müəyyəndəyişikliklərin müsbət təsiri olur. Digər tərəfdən, böhrandaişçilərin təhsilinə, kvalifikasiyasının artırılmasına, şirkətinxərclərinin optimallaşdırılmasına ehtiyac yaranır. Əsas məsələbazarda qalmaq, iştirakçılığı saxlamaqdır. “Sony” şirkətininyaradıcısı Akio Moritanın bir lətifəsi var. O deyir ki, dağda ikinəfər çadırda istirahət edir. Pələng səsi gəlir, biri tezayaqqabılarını geyinməyə başlayır. O biri soruşur ki, səninpələngdən tez qaçmaq niyyətin var? Cavab verir ki, mən pələngdəndeyil, səndən tez qaçmaq istəyirəm. Yəni yanındakını qoyub qaçırki, pələng gələndə onu yesin. Böhran dövründə şirkətlər də belədir.Əsas odur, axırıncı olmayasan. Axırıncı olsanız, bazarı tərkedəcəksiniz. Bazar payını qoruyub saxlamaq üçün orta mövqedəqərarlaşmaq lazımdır”.

M.Abbasbəyli bildirir ki, böhranın həm də müsbəttərəfləri var:

“Çin dilində böhran iki heroqlifdən ibarətdir. Biri təhlükə,digəri isə yeni imkanlar mənasını verir. Böhran şirkətlərin dahaməsuliyyətli olmasına, işçilərinin yeni alətlərə, metodlara əlatmasına məcbur edir. Bu baxımdan şirkətlər yeni fürsətləraxtarmağa başlayırlar. 2008-ci il böhranında maliyyə sektoru ciddiəziyyət çəkdi. Azərbaycanda zəif hiss olunsa da, maliyyə sektoruböhrandan təsirləndi. Bu zaman sektorun iştirakçıları yeni metodlaraxtarmağa başladılar. Böhrana qədər banklardan asılı olan sığortaşirkətləri böhrandan sonra yeni gəlir mənbələri tapdılar. Bubaxımdan böhranın özünün üstünlüyü var. Təcrübədə görürük ki, böyükşirkətlər, dövlətlər böhrandan sonra yeni inkişaf mərhələsinə qədəmqoyurlar”.

Böhranı öz xeyrinə çevirən şəxs

Məqsədi 5 il ərzində 500 min dollar qazandıqdan sonra yazıçıolmaq və fəlsəfə ilə məşğul olaraq filosofa çevrilmək olan CorcSoros yüksək işsizlik səviyyəsinin və zəif iqtisadi göstəricilərinböhranını yaşayan İngiltərəni bir gecedə çökdürməklə milyarderolub. Məşhur hadisənin tarixi isə belə olub: ingilis valyutasınınməzənnəsi güclüykən Soros 10 milyard funt sterlinq borca düşüb. Bupula alman markı satın alıb. Funt sterlinq alman markası qarşısındagerilədiyi zaman əlindəki alman valyutası ilə ucuzlaşan funtsterlinq borcunu ödəyib və qazanıb. İlk baxışdan sadə görünən buəməliyyat nəticəsində Böyük Britaniyanın iqtisadi vəziyyətiağırlaşıb. İngiltərə Mərkəzi Bankı baş verən ajiotajıneytrallaşdırmaq üçün uçot faiz dərəcəsini 10%-dən 12%-dəkqaldırıb. Buna baxmayaraq, ingilis siyasətçilərin gözləntiləriözünü doğrultmayıb. Böyük Britaniya 1992-ci ilin sentyabrın 16-daAvropa valyuta sistemini tərk edib. Funt sterlinq 1967-ci ildənsonra ilk devalvasiyasını yaşayıb. Corc Soros baş verənlərin təkgünahkarı olmasa da, iş adamı "İngiltərə bankını dağıdan şəxs" kimitarixə düşüb. Bu arada Sorosun özü həmin çərşənbəni "Ağ çərşənbə"adlandırır. Çünki özünün belə yuxuda olduğu zaman keçirdiyiəməliyyatdan 2 milyard sterlinq qazanıb.

Böhran dövründə yaradılmış şirkətlər

Böhranda yaranıb, böyük şirkətə çevrilən müəssisələr də var.Məsələn, götürək McDonald’s restoranlar şəbəbəsini. McDonald’sİkinci Dünya Müharibəsi zamanı kiçik kafe olaraq fəaliyyətəbaşlayıb. Bu kafe Mak və Dik Donalds qardaşları tərəfindənyaradılıb. Müəssisə onlara ildə 200 min dollar həcmində sabit gəlirqazandırıb. Lakin tezliklə restoran rəqabətə dözməyib və batıb.Qardaşlar yeni biznes ideyası axtarmağa məcbur olublar. İlk olaraqrestoran özünəxidmət növünə keçirilib. Bundan əlavə, təklif edilənməhsul çeşidi 10-a endirilib. Lakin Mak və Dikin ən böyük uğurumətbəxi yenidən təşkil etmək olub. Bütün bu dəyişikliklər biznesingəlirinin artmasına səbəb olub.

Daha çox idmançıların əynində gördüyümüz “Adidas” brendi.Şirkətin devizinin “Qeyri-mümkün mümkündür!” olması əsassız deyil.“Adidas” Birinci Dünya Müharibəsindən sonra Almaniyada vəziyyətinbərbad olduğu dövrdə yaradılıb. Belə ki, 1920-ci ildə Dasslerailəsi “sağ qalmaq” üçün ayaqqabı tikmək məqsədilə emalatxana açıb.Məhsulların istehsalı zamanı isə avtomobil təkərlərininqalıqlarından və hərbi mundirlərdən xammal kimi istifadə edilib.Getdikcə biznes genişlənib. Ailə 1924-cü ildə 12 işçi ilə “Dasslerqardaşlarının ayaqqabı fabriki” adlı şirkəti qeydiyyatdankeçirib.

Məşhur “Ford”. 1872-ci ildə irlandiyalı mühacirin oğlu atasınınABŞ-dakı fermasında işləyərkən atdan yıxılıb. Bu hadisə gələcəyinnəhəng Ford Motor Company şirkətinin yaranması üçün əsas səbəbolub. Çünki Henry Ford daha az zərər yetirə biləcək və atdan dahaetibarlı nəqliyyat vasitəsi yaratmaq qərarına gəlib.ABŞ-ın BöyükDepressiya və yenicə bitmiş Vətəndaş müharibəsindən əziyyət çəkdiyibir vaxtda Henry Ford yeni şirkətin açılışı üçün investor axtarıb.1903-cü ildə 28 min dollar start kapitalı ilə ilk dəfə konveyrdənistifadə edən şirkətin əsası qoyulub.

Gündəlik həyatımızda tez-tez rast gəldiyimiz “Pepsi” içkiləri.Birinci dünya müharibəsi səbəbindən ABŞ-da şəkər bazarı iflasauğrayıbmış. 1893-cü ildə gənc əczaçı Kaleb Bredhem tərəfindənyaradılan “Pepsi-Cola” şirkəti müflis olur. 7 il sonra, BöyükDepressiya ərəfəsində yeni sahibinin, yəni Çarli Gutun rəhbərliyialtında bərpa edilir. Çarli əsas rəqibi olan Coca-Cola şirkətinigeridə qoya bilir. O Coca-Cola şirkətinin istifadə etdiyi içkişüşələrindən iki dəfə böyük olan şüşələrdən istifadə edir.

Nəhayət “Hewlett-Packard”. Böyük Depressiyanın ən qızğınvaxtında, daha dəqiq desək 1939-cu ildə Stenford Universitetininiki tələbəsi Bill Hewlett və Devid Packard qarajda 538 dollar startkapitalına sahib şirkətin əsasını qoyurlar. Bill və Devid ilkolaraq elektronika istehsalı ilə məşğul olurdular. Məsələn, səscihazlarının sınaqdan keçirilməsi. Bu məhsulun ilk sifarişçisi isəDisney idi.

40-cı illər müharibə dövrünə təsadüf edirdi. Sualtı almanqayıqlarından zərər görmüş hərbi gəmilərin radarlarla əlaqəlixüsusi cihazlara ehtiyacı var idi. Və HP şirkəti özünü yaxşı mənadasübut etməyi bacarır və şirkət bu sahədə rəqib tanımadığını sübutedir. Bu zaman şirkət 45 nəfər işçiyə sahib olmasına baxmayaraq,gəliri milyon dollara çatırdı. Hazırda HP şirkəti nəhəng server vəofis texnikası, həmçinin kompüter və notebook istehsalçısıdır.

Göründüyü kimi böhran həm də fürsətdi. Şirkətlər çıxış yoluaxtardıqları kimi böyüyə də bilərlər.

İqtisadiyyat şöbəsi

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Şamaxı rayonunda Qida Festivalı keçirildi - FOTO

Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.

Publika.az
xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.

Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olundu.

Oxumağa davam et

Təhlil

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

“Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq”.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Oxumağa davam et

Təhlil

Qubad İbadoğlunun işsizlik və yoxsulluğa dair natamam şərhinin analizi

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. Özünün FB səhifəsində yazdığı postda bildirib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Sitat: “2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləliklə də, işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıb. Müstəqil eksperlər 2020-ci il üçün işsizlik faizinin rəsmi göstərildiyi kimi 4,86 faiz deyil, 16,51 faiz olduğunu iddia edirlər”.

16,5 faiz işsizlik səviyyəsi o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir. Həqiqətənmi Azərbaycanda bu qədər sayda vətəndaş işsizdir?

Publika.az xəbər verir ki, "Faktyoxla Lab." bu iddianı araşdırıb.

Azərbaycanın əhalisinin sayı 10 milyon 127 min nəfərdir. Ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır. (Mənbə)

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Ölkəmizdə əhalinin 18 yaşadək olan kateqoriyası üzrə sayı 2 milyon 600 min nəfər təşkil edir. Yəni bu yaşadək olanlar uşaq və yeniyetmələr və ilkin gənclərdir. Uşaq və yeniyetmələrin, yəni 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır. Bu yaşadək əhalinin sayı 2 milyondur. Əmək Məcəlləsinə əsasən, 15-dən 18 yaşadək olan şəxslərin isə işləməsinə bir sıra hallarda, yalnız müəyyən istsnalar əsasında icazə verilir.

Beləliklə, ölkə əhalisinin 25 faizini təşkil edən yuxarıdakı kateqoriyanın işləmək hüququ olmadığından onların da işsiz kimi təqdim edilə bilməz.
2021-ci il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Yaşa görə pensiya və ya müavinət alan şəxslər işsiz kimi qeydiyyata alınmırlar. Bununla yanaşı, ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Yaşa görə müavinət alanların sayı 100,2 min nəfər, əlilliyə görə - 182,5 min nəfər, ailə başçısını itirməyə görə 49,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min nəfərdir. Beləliklə, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir.

Göründüyü kimi, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Sual oluna bilər ki, son bir ildə işsizlərin sayı niyə 100 min nəfərə yaxın artıbdır? Məlum olduğu kimi, 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır, 190 ölkə ilə iqtisadi-ticari əlaqələr həyata keçirir. Pandemiya dünyanın bütün ölkələrində məşğulluğa mənfi təsir etdiyi təqdirdə, Azərbaycanın bu prosesdən kənarda qalması mümkün ola bilərdimi? Təbii ki, yox. 2020-ci ildə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə bütün xarici ölkələrdə tətbiq edilən qapanmalar baş verdi, xidmət, turizm, ictimai iaşə və digər sahələrdə məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə və məşğulluğa öz təsirlərini göstərdi.
Məsələ ondadır ki, hökumətin 2020-ci ilin aprel ayından tətbiq etdiyi geniş məzmunlu sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan anti-pandemiya paketinin icrası zamanı vergi uçotunda olmayan, mühasibatlıqdan kənar, qeyri-rəsmi məşğulluğun və “kölgə iqtisadiyyatı”nın təzahürləri də meydana çıxdı. Bu mühüm amil qeyri-rəsmi məşğulluğun müəyyən dərəcədə rəsmiləşdirilməsinə də öz təsirini göstərdi, rəsmi əmək qeydiyyatında olmayan minlərlə şəxs uçota durdu. Eyni zamanda, məşğulluq orqanlarında qeydiyyatda olmayan on minlərlə vətəndaş qeydə alındı. Nəticədə bu proseslər həm də rəsmi işsizlərin sayının artmasına və Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatmasına səbəb olub.

Onu da nəzərə almaq lazımdır ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı və məşğul əhalinin sayı da artıb və bu amil də işsiz insanların sayının azalmasına səbəb olur. 2021-ci il sentyabr 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox artıb.

Son bir ildə ölkəmizdə muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bu, işsizlik göstəricisinin azalmasında mühüm faktorlardan biridir.

Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib.

İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir.

Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub.
Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Q.İbadoğlunun “işsizliyin səviyyəsi 2003-cü ildən sonra ən yüksək səviyyəyə yüksəlib” fikrinə də diqqət edək. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 9,2 faizə bərabər olub, sonrakı illər ərzində bu rəqəm hər il azaldılaraq 2020-ci ildə 4,8 %-dək enib. (mənbə)

Beləliklə, əsil reallıq və təkzibolunmaz faktlar Qubad İbadoğlunun işsizliklə bağlı iddialaının tamamilə əsassız olduğunu təsdiqləyir.
Q.İbadoğlunun, yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir.
Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri yoxsulluğun davamlı olaraq azaldılmasıdır.

Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramına qoşulub. Respublikamız sənəddə 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədi gerçəkləşdirib və yoxsulluğun azaldılması istiqamətində irəliləyişlərə nail olub. Sənəddən irəli gələn əsas öhdəlik 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılması idi. Hökumətin gerçəkləşdirdiyi dövlət proqramları, eləcə də regional inkişaf proqramları sayəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2014-cü ildə 5 faizə, yəni ümumilikdə 10 dəfə azaldıldı və qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələndi.

Sonrakı illərdə Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası sayəsində yoxsulluq səviyyəsi 5 faizə qədər aşağı düşüb. (mənbə)

Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. (mənbə)

Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki, ölkəmizdə bu rəqəm beynəlxaql praktikada tətbiq edilən yoxsulluq həddi çərçivəsindən (yenə də üstündür. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. “2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. (mənbə)

Nəticə: Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Oxumağa davam et
Reklam

Gündəm