Ermənistanın sammitə dəvət olunması ondan xəbər verir ki... - Şərh - Publika.az
Bizi izləyin

Təhlil

Ermənistanın sammitə dəvət olunması ondan xəbər verir ki... - Şərh

Virtual Demokratiya Sammitinə cəmi 109 dövlətin dəvət olunması onu göstərir ki, burada ayrıseçkilik var. Sammitin keçirilməsi ABŞ Prezidenti Co Baydenin təşəbbüsü və nüfuz dairəsinə bölmək üçün atılan bir addım kimi qiymətləndirilir. ABŞ post-pandemiya dövründə yeni beynəlxalq münasibətlər sisteminə töhfə verməyə çalışsa da, bəzi məsələlərdə yanlışlığa yol verdi. Demokratiya Sammitinə çağırdığı dövlətlərin içərisində iqtisadi və siyasi cəhətdən Afrikanın ən geridə qalmış ölkələri var, amma Azərbaycan, Türkiyə və Macarıstan kimi ölkələri kənar saxlayıb. Burada iki ziddiyyətli məqam var. Birincisi odur ki, Macarıstan ABŞ-la bir hərbi blokda yer alır, buna baxmayaraq, sammitdən kənar saxlanılır. Bir blok ətrafında birləşdiyi dövlətləri kənarda qoyması onu deməyə əsas verir ki, ABŞ həqiqətən demokratiya anlayışına uyğun olaraq hərəkət etmir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq qeyd edib ki, ABŞ sadəcə öz maraq və mənafelərini təmin edə bilən dövlətləri sammitə dəvət edib:

“Türkiyə təbii ki, regional gücdür və artıq ABŞ-ın diktəsi ilə hərəkət etmir, xarici siyasət strategiyasını özünün maraqları çərçivəsində qurur. Burada əsas məsələ ABŞ-ın güc dairəsini bu dövlətlər arasında yaymaqdır. Hər halda, 30 ilə yaxın müddətdə ABŞ-ın da, ATƏT-in də fəaliyyətini gördük. Ermənistanın sammitə dəvət olunub, Azərbaycanın isə çağırılmaması onu bildirir ki, prinsip etibarı ilə ABŞ-ın əsas hədəfi başqa bir strategiya tutmaqdır. ABŞ İkinci Qarabağ müharibəsindən sonra Qafqaza artıq yeni bir baxış bucağı yaradır”.

Samir Hümbətovun sözlərinə görə, virtual sammit müstəvisində ölkələrin qarşılaşdıqları sosial-iqtisadi problemlərin həlli yollarının tapılması sadəcə ABŞ-ın görə biləcəyi iş deyil:

“2 ilə yaxındır ki, davam edən pandemiya dövründə dünya dövlətlərinin iqtisadiyyatı bu və ya digər formada daralmağa başladı. Hətta ümumi göstəricilərə görə, dünya iqtisadiyyatı 26 faizdən artıq daralıb. Deməli, dünya iqtisadiyyatının yenidən canlandırılması üçün hərtərəfli dəstək lazımdır. Bunu sadəcə ABŞ təmin edə bilməz. Burada həm Çinin qatqısı olmalıdır, həm də digər böyük güclərin.

Regionun əsas dövlətlərini oyundan kənar qoyub ABŞ-ın təkbaşına nüfuz yaratmaq istəyi mümkün olmayacaq. Nəinki Cənubi Qafqazda, Avrasiyada, Yaxın Şərqdə münaqişələrin bitməsi üçün əsas aparıcı dövlətlər Rusiya, Türkiyə, müəyyən mənada İrandır. Bu dövlətləri kənarda saxlamaq ABŞ-ın ikili standartlarından xəbər verir”.

Aytən Məftun

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Brüssel masası: Əliyev-Paşinyan razılaşması işləyəcəkmi? – TƏHLİL

Brüssel görüşünün nəticələri yaxın perspektiv üçün vədlər verir: sərhəd komissiyaları yaxın günlərdə dövlət sərhədində görüşəcək; xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri sülh sazişini yaxın həftələrdə müzakirə edəcəklər;

Ötən görüşdən sonra baş verənlər fonunda “yaxın perspektiv”in nə qədər çəkəcəyi, yaxud ümumiyyətlə mümkün olacağı sual altındadır.

Görüşdə Bakının əldə etdiyi əsas nəticə Qarabağdakı ermənilərlə bağlı sərgilənən mövqedir:

- Müharibədən sonra ilk dəfədir Qarabağdakı ermənilərlə bağlı məsələ “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə olunur;
- İrəvanın “status”la bağlı tələbi qəbul edilməyib və ermənilərə Azərbaycandakı digər milli azlıqlara verilən hüquqlar verilə bilər: bərabərhüquqlu vətəndaş olurlar, erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradılır və s;

“Qarabağdakı etnik ermənilər...” qeydi həm də Paşinyana daxildəki revanşistlərə qarşı manevr etmək imkanı yaradır.  

Hərçənd, bəyanatda müəmmalı qalan məqamlar da var:

Birincisi, sərhəd komissiyalarının dövlətlərarası sərhəddə keçiriləcək iclasında “sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”.

İclasda sərhədin hansı kriteriyalara uyğun delimitasiyası müzakirə olunacaq?

- Bakı SSRİ dövrünün xəritələrinə uyğun, İrəvan SSRİ dağılanda mövcud olan xətlər üzrə delimitasiya istəyir;
- Sabitliyin təmin edilməsində İrəvan “güzgü prinsipi”nin tətbiqində maraqlıdır, Bakı yox;
- Moskva son təklifi olan “Təmas qrupu” ilə sərhədin müəyyən edilməsi prosesinə birbaşa müdaxilə etmək niyyətindədir;
- Brüssel Moskvasız, ikitərəfli formatda danışıqlarda maraqlıdır;

Mürəkkəb vəziyyət yaranıb: Bakının istədiyi xəritələr Moskvada olsa da, Rusiyanın müdaxiləsini istəmir; İrəvan Moskvadakı xəritələri arzulamır, amma rusların prosesə müdaxiləsinin “güzgü prinsipi”nə şərait yaradacağına ümid edir; Moskva delimitasiyasının xəritələr əsasında aparılmasını qəbul edir, lakin özünün birbaşa iştirakı ilə;

Toqquşan və uzlaşan maraqlar prosesin irəliləyişinə mane yaradan amillərdir. Hər iki tərəfin bir alternativ masaya yönəlmək imkanı da bunu çətinləşdirir.

Və belə nəticə çıxır ki, Aİ “sərhədin hansı kriteriya ilə müəyən ediləcəyini və sabitliyin necə təmin ediləcəyini tərəflərin öz öhdəsinə” buraxır.

- İrəvan bundan Moskva qarşısında “Aİ bizim mövqeyi dəstəkləyir” əsası ilə əlini gücləndirmək üçün istifadə edə bilər;
- Bakı bundan Ermənistana qarşı məcburetmə addımları məqsədilə yararlana bilər;


İkincisi, kommunikasiyanın açılması və daşımalarda “sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları”nın tətbiqi razılaşdırılıb;

- Bu, Zəngəzur dəhlizinin İrəvanın (həm də Qərbin) istəyinə uyğun açılması deməkdir: gömrük-nəzarət məntəqələri quraşdırılır və 10 noyabr bəyanatının əksinə olaraq, Naxçıvana çıxış maneəsiz olmur;
- Bakı Əliyevin 6 aprel görüşündə bəyan etdiyi kimi, “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” mövqeyindən çıxış edərək, Laçında eyni qaydanın tətbiq edilməsini istəyəcək: mümkündür ki, Laçın şəhərinin mərkəzindən keçən dəhlizin alternativ marşrutua köçürülməsindən sonra bu məsələ gündəmə gələ bilər;
- Bu, Moskvanın marağında deyil: Laçın dəhlizinə nəzarəti əldə verməmək, Zəngəzur dəhlizinə nəzarət etmək istəyir;

Toqquşan və uzlaşan maraqlar bu məsələdə də, ümumilikdə bölgədə qeyri-sabit perspektiv vəd edir. Bu baxımdan, razılaşmaların praktiki mərhələdə işləyəcəyi ehtimalı zəifdir. İstisna deyil ki, prosesi sürətləndirəcək şərtlərin yetişməsi üçün danışıqların diplomatik raunduna paralel şəkildə kiçikçaplı eskalasiya da yaşana bilər.

Oxumağa davam et

Təhlil

Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - TƏHLİL

Brüsseldə 5 saat davam edən üçtərəfli görüşlə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatı müzakirə edilən və razılaşdırılan məsələləri aydınlaşdırır. Müzakirələr Bakının tələb etdiyi 5 bəndlik sülh sazişi çərçivəsində aparılıb.

Birincisi, bəyanatda “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsi yer alır və “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması” vurğulanır;

Aprelin 6-da keçirilən Brüssel görüşündən sonra baş verənlər – Ermənistanda “Qarabağ aksiyası” və Paşinyanın Moskva alternativi üzərindən hərəkət etməsi İrəvanın bu görüşdə “erməni ictimaiyyəti qəbul etmir” əsası ilə “status” üzrə tələbin yenidən diriltməyə çalışacağı gözləntisini artırırdı, lakin bəyanatda “Qarabağdakı etnik ermənilər”dən bəhs olunması təsdiq edir ki:

- İrəvanın bu niyyəti növbəti dəfə baş tutmadı: “status” ümumiyyətlə gündəmdən çıxıb;
- Rəsmi Bakı əvvəldən Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşı olaraq hüquq və təhlükəsizliyinin təmin ediləcəyinini bəyan edib: bu mövqe Brüsseldə qəbul edilir;

İkincisi, sərhəd komissiyalarının ilk birgə iclasının yaxın zamanlarda keçirilməsi razılaşdırılıb: görüşün Azərbaycan-Ermənistan sərhədində keçirilməsi xüsusi önəm daşıyır, xüsusilə bu, Bakı və İrəvan arasında ikitərəfli formatın davam etdirilməsi baxımından əhəmiyyətlidir; razılaşmaya görə, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq;

Üçüncüsü, humanitar məsələlər - işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub;

Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini irəli sürüb.

5 saat davam edən qapalı görüşdə Paşinyandan tələb olunan məsələlərdən biri də budur və bəllidir ki, Azərbaycan öz vətəndaşlarının taleyinin aydınlaşdırılması istiqamətində prinsipial mövqeyindən geri çəkilməyəcək.

Dördüncüsü, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib;

Azərbaycan kommunikasiyanın açılması və əlaqələrin bərpa olunmasının tərəfdarıdır. Bütün bunlar sülh sazişinin imzalanması prosesinin kompenentlərindəndir.

Beşincisi, iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi razılaşdırılıb: bu, post-münaqişə dövrünün reallığıan uyğun olaraq, bölgədə iqtisadi münasibətlərin bərpa olunması və inkişafa nail olmaq baxımından əhəmiyyətlidir;

Altıncısı, sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması razılığı əldə olunub və Avropa İttifaqı əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə edib;

Sülh müqaviləsinin Bakının irəli sürdüyü prinsiplər əsasında hazırlanması gündəmdədir. Ermənistan tərəfinin “status” iddiasını sülh sazişinə əlavə bənd kimi daxil etmək cəhdi bu görüşdə də qəbul edilməyib, bəyanatda “Qarabağdakı etnik ermənilərdən” bəhd olunması bunu təsdiqləyir.

Azərbaycan Ermənistana gələcək təqdim edir və bu, həm də bütün regionun inkişafı üçün əhəmiyyətlidir. Brüssel masasında artıq ikinci dəfədir Bakının gündəliyinə uyğun razılaşmaların qısa müddətdə icrası razılaşdırılır. İndi top Ermənistanın meydanındır. Razılaşmaların icrasının uzanması, yaxud gündəlikdən imtina edilməsi Ermənistan gələcəyini də sual altında sala bilər.

Oxumağa davam et

Təhlil

Moskva Le Penin "xəcalətindən" necə çıxıb?: 9 milyonluq kredit, üzə çıxan gizli SMS...

Fransanın “Milli birlik” partiyasının sədri, 2022-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş, lakin məğlub olmuş Mari Le Pen 2014-cü ildə Rusiya banklarından 11 milyon avro məbləğində kredit götürüb. 9 milyon 4 yüz min avro məbləğində ilk kredit partiya sədrinə Kremllə əlaqəsi olduğu bildirilən Birinci Çex-Rusiya Bankı tərəfindən verilib. 2016-cı ildə bank müflis olduqdan sonra onun − Le Penin borcu Moskva kənarında avtomobillərin kirayəsi ilə məşğul olan “Konti” şirkətinə satılıb. Sonuncu isə həmin borcu “Avtozapçast” adlanan daha böyük şirkətə satıb;

2019-cu ilin dekabrında “Avtozapçast” şirkəti Le Peni məhkəməyə verərək ondan borcu qaytarmağı tələb edib. Moskva Arbitraj Məhkəməsinin 2020-ci il iyunun 3-də verdiyi qərara əsasən, Le Pen 3 milyon avro məbləğində ilk tranşı iyunun 6-da qaytarmalı idi. Daha sonra borc hissə-hissə 2028-ci ilə kimi bitirilməliydi.

Sizə maraqlı deyil? Rusiya bankı fransalı “milliyyətçi” siyasətçiyə niyə bu qədər böyük kredit verir, daha sonra isə onun ödənilməsini 2028-ci ilə kimi uzadır?

Bəlkə ona görə ki, Le Pen uzun illər Rusiyanın Avropadakı müttəfiqlərindən biri kimi tanınıb. 2017-ci il seçkiləri ərəfəsində, o, deyirdi ki, Krımın anneksiyasına inanmır, “referendum oldu, Krımın sakinləri Rusiyaya birləşmək istədilər”. 2016-cı ildə BBC-yə müsahibəsində deyirdi ki, Vladimir Putinin idarəçilik stilini ağıllı proteksionizm hesab edir, Putin “öz ölkəsinin maraqlarını, onun identikliyini müdafiə edir”. Rusiyanın Marin Le Pendən öz maraqları üçün istifadə etməsinə dair də faktlar var. Bu, Rusiyanın “Şaltay-Baltay” haker qrupunun Kremldən olan məmurla Rusiya deputatı arasında olan telefon danışığını internetə buraxdıqdan sonra daha aydın göründü. Danışıqdan aydın olur ki, onlar Marin Le Penin Krıma səfərinin və referendumda müşahidəçi kimi iştirak etməsinin mümkünlüyünü müzakirə ediblər. Marin Le Pen Krıma getmədi, amma yarımadanın Rusiya tərəfindən anneksiyasını dəstəklədi. Çünki məmurlardan birinin göndərdiyi SMS-də deyilirdi ki, Le Pen onları pis vəziyyətdə qoymadı və əlavə olunurdu ki, “tərəfimizdən fransızlara bir respekt etmək lazımdır... Bu, mühümdür”. Bir çoxları əmindir ki, Rusiya bankı tərəfindən Le Penin partiyasına 9 milyonluq kredit ayrılması onun Krımın anneksiyasına dəstəyinə görə minnətdarlıq idi. Vaxtilə Rusiyanın Baş naziri olmuş Mixail Kasyanov da bu fikirdədir ki, “kredit Kreml tərəfindən sanksiyalaşdırılıb”. Jan-Marin Le Pen deyirdi ki, Putin onun yox, Marinin dostudur: “Mən onunla görüşməmişəm. Onunla Marin görüşüb”. İndi aydın olur ki, Azərbaycan qələbəni hansı qarışıqlıqda. Hansı tıxacda qazanıb... Əliyev hansı kombinasiyalara qalib gəlib.

Mir Şahin

Oxumağa davam et
Reklam

Gündəm