Qərb ikiyə bölünür - Kiyev təklənir, Putin güclənir - Publika.az
Bizi izləyin

Təhlil

Qərb ikiyə bölünür - Kiyev təklənir, Putin güclənir

Ukrayna Rusiya qarşısında faktiki təklənmiş vəziyyətdədir: ABŞ və Avropa İttifaqının yanaşmasında ortaq nöqtə rus işğalına yalnız sanksiyalarla cavab vermək planıdır.

Bayden işğalın ölçüsünə baxacaq: ruslar daha dərinə gedəcəklərsə, daha sərt, müdaxilə az olacaqsa, daha yumşaq sanksiyalardan bəhs edir;

Vaşinqtonun strategiyası haqda iki mümkün versiya geniş yayılıb:

- ABŞ Rusiyanın qarşısında çətin vəziyyətdə qalıb və hansı addımı atacağına qərar verə bilmir;
- ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkmək və orada məğlub etmək istəyir: ukraynalıları alovun içinə atır;

Bu və digər versiyaların güclü və zəif tərəfləri var, hərçənd, Ukrayna cəbhəsində məğlubiyyət Əfqanıstandan çıxdıqdan sonra qlobal güc nüfuzu zəifləyən Vaşinqton üçün ikinci “ölümcül zərbə” effekti yarada bilər. ABŞ buna gedəcəkmi? Bu, eləcə də digər amillər baş verənləri “danışılmış döyüşə” daha çox bənzədir və hədəfin Çinin əvəzinə Rusiyanı qlobal tərəf etmək olduğu ehtimalını gücləndirir.

Və hər iki tərəf bir-birinin əlinə oynayır. Prosesdə itirən Ukraynadır: eskalasiya olmasa belə, ərazilərini azad etmək məsələsində də heç nə əldə edə bilməyəcək və ən yaxşı halda mövcud sərhədlərini qoruyacaq;

Avropa İttifaqı da rus işğalına qarşı sanksiyalarla mübarizədən danışır. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyir ki, mümkün esklasiya halında Moskvaya qarşı iqtisadi və maliyyə sanksiyaları üzərində işləyirlər. Lakin “Şimal axını – 2” layihəsinə qarşı sanksiyalar gündəmdə deyil.

“Biz müəyyən dərəcədə Rusiya enerjisindən asılıyıq. Bu reallıqdır, bunu bir gecədə dəyişə bilmərik” deyir və bununla rusların qarşısında heç nə edə bilməyəcəklərini etiraf edir.

Avropanın iki əsas ölkəsi – Fransa və Almaniya üçün Ukraynanın taleyi o qədər də önəmli görünmür.

- Aİ-yə sədrlik dönəmi başlayan Fransa prezidenti Emmanuel Makron Rusiya ilə “səmimi dialoq”dan danışır;
- Almaniyanın yeni kansleri Olaf Şolz “NATO-nun yaxın vaxtlarda Ukrayna və Gürcüstanı qəbul etməyi planlaşdırmadığını, bu məsələnin hazırda ümumiyyətlə gündəmdə olmadığını” bildirir və bununla Moskvanın aqressiyasını yumşaltmağa çalışır; rəsmi Berlik Estoniyaya alman istehsalı olan silahların Ukraynaya göndərilməsinə icazə verməməklə, Kiyevə qarşı silah embarqosu da tətbiq edib;

Hər iki ölkə mümkün qarşıdurmada Avropanın onsuz da problemə çevrilən qaz təchizatının kəsiləcəyindən narahatdır: Şolz Rusiya ilə enerji layihələrini, Makron Merkeldən sonra qitənin lideri olmaq istəyini düşünür və hər iki lider “Normand dördlüyü” formatına qayıtmaq, Vaşinqtonu prosesdən kənarlaşdırmaq istiqamətində çalışır;

Putin Qərb cəbhəsinin ABŞ və Avropa olmaqla ikiyə bölünməsindən lazımınca istifadə edir və hadisələrin inkişafı Rusiyanın qazanclı çıxacağı ehtimalını artırır. Və Qərbin yanaşması Rusiyanın post-sovet məkanında da əlini gücləndirir, çünki Ukrayna nümunəsi “görk” kimi ortadadır...

Asif Nərimanlı

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Paşinyan üç qapını döydü: Qarabağda “çıxış yolu” axtarır

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş Minsk qrupunun həmsədr ölkələrinin səfirləri ilə görüşdü.

- Amerikalı səfirlə görüşdə Vaşinqtonun Qarabağla bağlı dəqiq mövqeyinin ifadə edilməsini istədi;

- Rusiyalı səfirlə “Minsk qrupu formatının vacibliyindən” danışdı;

- Fransalı səfirə “ölkəsinin Minsk qrupunda həlledici rol oynadığından” bəhs etdi;

Brüsseldə “status” iddiasının “etnik ermənilərin hüquqları” ilə əvəzlənməsindən sonra Paşinyan “çıxış yolu” axtarır.

Birincisi, mümkünsüz olduğunu anlasa da, Minsk qrupu formatının yenidən bərpa edilməsi imkanlarını axtarır;

İkincisi, Qarabağda “status” iddiasına hansı ölkənin dəstək verə biləcəyini anlamağa çalışır;

Erməni baş nazir həm də bu üç ölkənin hər biri üzərindən manevr etməyə cəhd göstərir: sülh sazişinə yanaşmada ABŞ-ı Avropa İttifaqına qarşı qoymaq istəyir; Fransa üzərindən Aİ-nin “status”la bağlı mövqeyinə təsir etmək imkanını yoxlayır; Rusiyanı alternativ qapı olaraq saxlayır;

Oxumağa davam et

Təhlil

Dünya Qarabağ müharibəsinin sirlərini öyrənir: 44 gündə hərb elmi yenidən yazıldı

Zirehli texnika, tank döyüşləri, təyyarələr, ağır artilleriya, hərb tarixində iz buraxmış silah-sursat...

Dünya hərbi cameəsi artıq müharibədə təkcə bunlara güvənməyin yersiz olduğunu, əksinə, müharibə taktikasının dəyişdiyi qənaətinə gəldi. İndi əsas diqqət “dron müharibəsi”nin sirlərini öyrənməyə yönəlib. Və bütün dünyanın istinad nöqtəsi Azərbaycanın 44 gün ərzində apardığı Vətən müharibəsi təcrübəsidir.

Vətən müharibəsində Azərbaycan Ordusu hərbi nəzəriyyələri alt-üst edən taktikaları uğurla tətbiq etdi.

- Şuşa əməliyyatı: bıçaq və tapança ilə silahlanmış qəhrəman əsgərlərimiz qayalara dırmaşaraq şəhəri azad etdi; hərbi mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar; israilli jurnalist Pyotr Lyukimson yazır ki, “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”;

- Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsidir;

- Dron müharibəsi: qəhrəman əsgərlərimizlə yanaşı, müharibədə dronların uğurla tətbiqi, xüsusilə “Bayraktar”lardan istifadə hərb elminin nəzəriyyələrinə yenidən baxılmasını, ölkələrin müharibə strategiyalarının dəyişdirilməsini şərtləndirdi;

Azərbaycan 44 günlük müharibə ilə təsdiq etdi ki:

- Yüngül çəkili dronlarla ağır hərbi texnikanı, eləcə də Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxarmaq mümkündür;

- Müasir müharibə artıq dronlar, PUA-larla aparılır;

Azərbaycan tarixə XXI əsrin müharibəsini aparan ölkə olaraq düşdü. Çünki Vətən müharibəsində taktiki-strateji addımlar və əldə olunan möhtəşəm qələbə yeni əsrin silah sənayesini, müdafiə doktrinalarını və müharibə qaydalarını dəyişdirdi.

Bu hərbi strategiya nəticəsində 4 ilə işğal edilən torpaqlarımız cəmi 44 günə azad edildi. Müharibədə Ermənistan tərəfindən məhv edilən hərbi texnikası da Azərbaycanın qələbəsinin böyüklüyünü sübut edir.

- 53 dənə tank əleyhinə vasitələr;

- 4 dənə “Smerç”;

- 97 dənə “Qrad”;

- “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu;

- 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;

- “Oborona” radiolokasiya stansiyası - 1;

- “TOR” zenit-raket kompleksi - 5 dənə;

- “Osa” zenit-raket kompleksi - 40 dənə;

- “KUB” zenit-raket kompleksi - 4 dənə;

- “KRUQ” zenit-raket kompleksi - 1 dənə;

- 14 dənə zastava;

- “S-125” zenit-raket kompleksi - 2 dənə;

- Pilotsuz uçuş aparatları - 22 dənə;

- “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;

- Ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə;

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb;

- Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb;

- Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb;

- Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb;

- Qumbaraatan – 178-i qənimət götürülüb;

- “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb;

- Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb;

- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;

- Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, ümumilikdə 366 tank;

- Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb;

- “Su-25” təyyarəsi – 5-i məhv edilib;

- Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Ermənistanın hərbi texnika itkisi ümumilikdə 4 milyard dollara yaxındır. Təkcə “Bayraktar”lar düşmənin 1 milyard dollarlıq hərbi texnikasını məhv edib.

Məhz bu nəticə dünyada Qarabağ müharibəsinin XXI əsrin yeni müharibəsi olaraq qəbul edilməsini şərtləndirdi.

ABŞ Qarabağ müharibəsi təcrübəsini öyrənir, hətta müharibə ilə bağlı məlumatlar hərbi dərsliklərə də daxil edilib. ABŞ ordusunun asimmetrik müharibə məsələləri ilə məşğul olan bölməsinin rəhbəri polkovnik Skott Şou qeyd edir ki, Azərbaycan Türkiyənin “Bayraktar” TB2 pilotsuz aparatlarından və patrul fəaliyyəti həyata keçirən “kamikadze”lərdən istifadə etməklə müharibədə xeyli üstünlük əldə etdi.

“Gələcəkdə müharibələrdə məhz pilotsuz aparatlar böyük rol oynayacaqlar. PUA-ları təkcə böyük ölkələr yox, kiçik ölkələr də əldə edə biləcəklər, çünki ucuz və əlçatandır. ABŞ ordusu döyüş qabiliyyətini saxlamaq üçün strategiyasını dəyişdirməlidir”, - amerikalı mütəxəssis deyir.

Almaniya da Qarabağda müharibə təcrübəsini hərbi strategiyasının yenilənməsi üçün istinad mənbəyi olaraq öyrənir. Eyni addımı digər ölkələr də atırlar.

Suriya və Liviyada “Bayraktar”lardan kifayət qədər uğurlu istifadə edilmişdi. Qarabağ müharibəsində isə Türkiyə istehsalı olan PUA-lar dünyanı yenidən düşünməyə vadar edən performans göstərdi. Bu silahlara əsas diqqət də məhz Qarabağ müharibəsindən sonra oldu. Çünki digər müharibələrdən fərqli olaraq, Azərbaycan “Bayraktar” və digər dronlarla ordunun hərəkətini uğurla sintez etmiş, tətbiq etdiyi hərbi strategiya ilə böyük Zəfər qazanmışdı. Və 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın adı tarixə XXI əsrin müharibəsinin müəllifi olaraq düşdü.

Oxumağa davam et

Təhlil

İrəvan Qarabağı sonraya saxlayır: Bakının strategiyası nədir?

Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur: sülh sazişində Qarabağ məsələsi də yer alsın, yoxsa ayrıca məsələ kimi baxılsın;

Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.

Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər.

Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğvi edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər;

Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir; və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb;

İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini gücləndirəcək.

Paşinyanın çıxışında iki məqam da diqqət çəkdi:

- erməni baş nazir izah etməyə çalışır ki, Qarabağı “hüquqi məsələ” kimi sonraya saxlamasalar, bu imkandan da məhrum olacaqlar və sülhü  gecikməsi yeni toqquşmalar yarada bilər;
- sülh sazişini imzalamaq və Qarabağı ayrıca məsələ kimi saxlamaq ssenarisi “yeganə çıxış yolu” kimi müxalifət və Xankəndidəki separatçılarla müzakirə edilir;

Revanşistlərin Paşinyanla razılaşmayacağı bəllidir və bu, Ermənistan daxilində siyasi böhranı dərinləşdirə bilər. Proseslərin bu istiqamətdə inkişafı Bakının hərbi müstəvidə mümkün addımlarına zərurət yarada bilər.

Oxumağa davam et
Reklam

Gündəm