Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər - TƏHLİL - Publika.az
Bizi izləyin

Təhlil

Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər - TƏHLİL

Putin Ərdoğanın Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvətini qəbul etdi. Səfərin vaxtı bəlli deyil, qarşıdurmanın kəskinləşməsi fonunda bunun qısa zamanda baş tutması gözləniləndir. Hərçənd, Kremlin açıqlaması diqqəti fərqli məqama da çəkir.

Peskov bildirir ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin Türkiyəyə gedəcək.

Bu o deməkdir ki, Moskva Ukrayna məsələsində Türkiyənin təklif etdiyi masa ilə bağlı yekun qərarı verməyib və səfərin vaxtı proseslərin inkişafına uyğun müəyyən ediləcək: Qərblə qarşıdurma daha da kəskinləşəcəksə, Putinin Türkiyəyə səfəri tezləşə bilər və Moskva bununla Ankaranın ona qarşı cəbhədə yer almamasına çalışacaq;

Ərdoğan Zelenskini də dəvət etmişdi. Rəsmi Kiyevdən hələ ki, heç bir reaksiya yoxdur. Zelenski toqquşmanın tərəfdarı olmadığını, Putinlə təmas qurmaq istədiyini açıqlayıb. Ankara masası Kiyev üçün yeni fürsətdir, lakin burada ABŞ və Avropanın yanaşması da həlledici rol oynaya bilər.

ABŞ Avropanın Rusiyaya qarşı cəbhədə birləşməsini, Avropa - Fransa və Almaniya Vaşinqtonun marağında olmayan “Normand formatı”nın bərpasını istəyir. Qərb yarımkürəsi Rusiyaya qarşı məsələdə fikir ayrılığı yaşasa da, Türkiyənin qurmaq istədiyi masa məsələsində birləşə bilər: Avropa “Normad formatı”na alternativə, ABŞ Rusiya və Ukraynanın anlaşmasına qarşıdır; bu baxımdan, Ankaraya gəlməməsi üçün Zelenskiyə təzyiqlərin edilməsi mümkündür;

Putin Ankaraya bütün hallarda səfər edəcək, hərçənd, Moskvanın hazırda əsas prioriteti “Normad formatı”nın aktivləşməsi, bununla NATO-da Avropa-ABŞ çatının dərinləşməsidir və bu istiqamətdə işləyəcək.

Proseslərin inkişafından asılı olmayaraq, Kremlin dəvəti qəbul etməsi Ankaranın alternativ masa təklifində müəyyən irəliləyiş hesab oluna bilər. Və Bakı ilə Ankara Zelenskinin gəlişinə də çalışacaq.

Mümkün görüşün təşkili ilə münaqişənin həllində irəliləyişə nail olmaq çətin olsa da, yeni esklasiyanın qarşısını almaq mümkündür. Və bununla:

- Türkiyənin anti-Rusiya cəbhəsində yer almaq riski azalacaq: prosesdə iştirak edən Bakı da iki cəbhə arasında qalmaq təhlükəsini azalda bilər;
- Qara dəniz bölgəsində geniş toqquşmaya imkan verməməklə Şərqi Aralıq dənizindəki ssenarinin təkrarlanmasının qarşısını ala bilər;
- Alternativ masada istənilən irəliləyiş masanın qurulmasını həyata keçirən Ankara və Bakının regional oyunçu olmaq gücünü artıracaq;

Türkiyə masası Ukrayna üçün ən azı toqquşmanın qarşısını almaq baxımından ən unikal variant hesab edilə bilər, xüsusilə ABŞ-Rusiya toqquşmasında hər iki tərəfin Kiyevi “bufer zona” kimi qəbul etməsi reallığı bunu deməyə əsas verir.

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Əliyevin sərəncamı: Qazaxın 7 kəndi və Kərkinin taleyi gündəmdədir

Prezident İlham Əliyev Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda əsas diqqətçəkən məqam Dövlət Komissiyasının tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini və Qazax rayonunun icra hakimiyyətinin adının da daxil edilməsidir.

Bu, Ermənistan işğalında qalan Kərki kəndinin və Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin də delimitasiya prosesinə daxil olduğu deməkdir. Əliyev imzaladığı sərəncamla Qazaxın və Naxçıvanın işğalda qalan kəndlərinin qaytarılması tələbinin masada olduğunu rəsmi şəkildə təsdiq edir.

Bununla yanaşı, Dövlət Komissiyası SSRİ dövründə Ermənistana otlaq və əkin sahəsi adı ilə bağışlanan ərazilərin qaytarılması istiqamətində də iş aparacaq.


İstisna deyil ki, Brüsseldə sərhədin delimitasiyası çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri də bu olub.

Oxumağa davam et

Təhlil

Brüssel masası: Əliyev-Paşinyan razılaşması işləyəcəkmi? – TƏHLİL

Brüssel görüşünün nəticələri yaxın perspektiv üçün vədlər verir: sərhəd komissiyaları yaxın günlərdə dövlət sərhədində görüşəcək; xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri sülh sazişini yaxın həftələrdə müzakirə edəcəklər;

Ötən görüşdən sonra baş verənlər fonunda “yaxın perspektiv”in nə qədər çəkəcəyi, yaxud ümumiyyətlə mümkün olacağı sual altındadır.

Görüşdə Bakının əldə etdiyi əsas nəticə Qarabağdakı ermənilərlə bağlı sərgilənən mövqedir:

- Müharibədən sonra ilk dəfədir Qarabağdakı ermənilərlə bağlı məsələ “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə olunur;
- İrəvanın “status”la bağlı tələbi qəbul edilməyib və ermənilərə Azərbaycandakı digər milli azlıqlara verilən hüquqlar verilə bilər: bərabərhüquqlu vətəndaş olurlar, erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradılır və s;

“Qarabağdakı etnik ermənilər...” qeydi həm də Paşinyana daxildəki revanşistlərə qarşı manevr etmək imkanı yaradır.  

Hərçənd, bəyanatda müəmmalı qalan məqamlar da var:

Birincisi, sərhəd komissiyalarının dövlətlərarası sərhəddə keçiriləcək iclasında “sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”.

İclasda sərhədin hansı kriteriyalara uyğun delimitasiyası müzakirə olunacaq?

- Bakı SSRİ dövrünün xəritələrinə uyğun, İrəvan SSRİ dağılanda mövcud olan xətlər üzrə delimitasiya istəyir;
- Sabitliyin təmin edilməsində İrəvan “güzgü prinsipi”nin tətbiqində maraqlıdır, Bakı yox;
- Moskva son təklifi olan “Təmas qrupu” ilə sərhədin müəyyən edilməsi prosesinə birbaşa müdaxilə etmək niyyətindədir;
- Brüssel Moskvasız, ikitərəfli formatda danışıqlarda maraqlıdır;

Mürəkkəb vəziyyət yaranıb: Bakının istədiyi xəritələr Moskvada olsa da, Rusiyanın müdaxiləsini istəmir; İrəvan Moskvadakı xəritələri arzulamır, amma rusların prosesə müdaxiləsinin “güzgü prinsipi”nə şərait yaradacağına ümid edir; Moskva delimitasiyasının xəritələr əsasında aparılmasını qəbul edir, lakin özünün birbaşa iştirakı ilə;

Toqquşan və uzlaşan maraqlar prosesin irəliləyişinə mane yaradan amillərdir. Hər iki tərəfin bir alternativ masaya yönəlmək imkanı da bunu çətinləşdirir.

Və belə nəticə çıxır ki, Aİ “sərhədin hansı kriteriya ilə müəyən ediləcəyini və sabitliyin necə təmin ediləcəyini tərəflərin öz öhdəsinə” buraxır.

- İrəvan bundan Moskva qarşısında “Aİ bizim mövqeyi dəstəkləyir” əsası ilə əlini gücləndirmək üçün istifadə edə bilər;
- Bakı bundan Ermənistana qarşı məcburetmə addımları məqsədilə yararlana bilər;


İkincisi, kommunikasiyanın açılması və daşımalarda “sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları”nın tətbiqi razılaşdırılıb;

- Bu, Zəngəzur dəhlizinin İrəvanın (həm də Qərbin) istəyinə uyğun açılması deməkdir: gömrük-nəzarət məntəqələri quraşdırılır və 10 noyabr bəyanatının əksinə olaraq, Naxçıvana çıxış maneəsiz olmur;
- Bakı Əliyevin 6 aprel görüşündə bəyan etdiyi kimi, “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” mövqeyindən çıxış edərək, Laçında eyni qaydanın tətbiq edilməsini istəyəcək: mümkündür ki, Laçın şəhərinin mərkəzindən keçən dəhlizin alternativ marşrutua köçürülməsindən sonra bu məsələ gündəmə gələ bilər;
- Bu, Moskvanın marağında deyil: Laçın dəhlizinə nəzarəti əldə verməmək, Zəngəzur dəhlizinə nəzarət etmək istəyir;

Toqquşan və uzlaşan maraqlar bu məsələdə də, ümumilikdə bölgədə qeyri-sabit perspektiv vəd edir. Bu baxımdan, razılaşmaların praktiki mərhələdə işləyəcəyi ehtimalı zəifdir. İstisna deyil ki, prosesi sürətləndirəcək şərtlərin yetişməsi üçün danışıqların diplomatik raunduna paralel şəkildə kiçikçaplı eskalasiya da yaşana bilər.

Oxumağa davam et

Təhlil

Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - TƏHLİL

Brüsseldə 5 saat davam edən üçtərəfli görüşlə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatı müzakirə edilən və razılaşdırılan məsələləri aydınlaşdırır. Müzakirələr Bakının tələb etdiyi 5 bəndlik sülh sazişi çərçivəsində aparılıb.

Birincisi, bəyanatda “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsi yer alır və “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması” vurğulanır;

Aprelin 6-da keçirilən Brüssel görüşündən sonra baş verənlər – Ermənistanda “Qarabağ aksiyası” və Paşinyanın Moskva alternativi üzərindən hərəkət etməsi İrəvanın bu görüşdə “erməni ictimaiyyəti qəbul etmir” əsası ilə “status” üzrə tələbin yenidən diriltməyə çalışacağı gözləntisini artırırdı, lakin bəyanatda “Qarabağdakı etnik ermənilər”dən bəhs olunması təsdiq edir ki:

- İrəvanın bu niyyəti növbəti dəfə baş tutmadı: “status” ümumiyyətlə gündəmdən çıxıb;
- Rəsmi Bakı əvvəldən Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşı olaraq hüquq və təhlükəsizliyinin təmin ediləcəyinini bəyan edib: bu mövqe Brüsseldə qəbul edilir;

İkincisi, sərhəd komissiyalarının ilk birgə iclasının yaxın zamanlarda keçirilməsi razılaşdırılıb: görüşün Azərbaycan-Ermənistan sərhədində keçirilməsi xüsusi önəm daşıyır, xüsusilə bu, Bakı və İrəvan arasında ikitərəfli formatın davam etdirilməsi baxımından əhəmiyyətlidir; razılaşmaya görə, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq;

Üçüncüsü, humanitar məsələlər - işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub;

Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini irəli sürüb.

5 saat davam edən qapalı görüşdə Paşinyandan tələb olunan məsələlərdən biri də budur və bəllidir ki, Azərbaycan öz vətəndaşlarının taleyinin aydınlaşdırılması istiqamətində prinsipial mövqeyindən geri çəkilməyəcək.

Dördüncüsü, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib;

Azərbaycan kommunikasiyanın açılması və əlaqələrin bərpa olunmasının tərəfdarıdır. Bütün bunlar sülh sazişinin imzalanması prosesinin kompenentlərindəndir.

Beşincisi, iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi razılaşdırılıb: bu, post-münaqişə dövrünün reallığıan uyğun olaraq, bölgədə iqtisadi münasibətlərin bərpa olunması və inkişafa nail olmaq baxımından əhəmiyyətlidir;

Altıncısı, sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması razılığı əldə olunub və Avropa İttifaqı əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə edib;

Sülh müqaviləsinin Bakının irəli sürdüyü prinsiplər əsasında hazırlanması gündəmdədir. Ermənistan tərəfinin “status” iddiasını sülh sazişinə əlavə bənd kimi daxil etmək cəhdi bu görüşdə də qəbul edilməyib, bəyanatda “Qarabağdakı etnik ermənilərdən” bəhd olunması bunu təsdiqləyir.

Azərbaycan Ermənistana gələcək təqdim edir və bu, həm də bütün regionun inkişafı üçün əhəmiyyətlidir. Brüssel masasında artıq ikinci dəfədir Bakının gündəliyinə uyğun razılaşmaların qısa müddətdə icrası razılaşdırılır. İndi top Ermənistanın meydanındır. Razılaşmaların icrasının uzanması, yaxud gündəlikdən imtina edilməsi Ermənistan gələcəyini də sual altında sala bilər.

Oxumağa davam et
Reklam

Gündəm