Qarabağ döyüşçüsü ölümdən qurtardığı ana-qızdan danışdı: Həmin an məndən soruşdu ki... - Publika.az
Bizi izləyin

Video

Qarabağ döyüşçüsü ölümdən qurtardığı ana-qızdan danışdı: Həmin an məndən soruşdu ki...

“Uşağın səsi gəldi. “Kömək edin, kömək edin” deyə qışqırırdı. Mən tez üzərək getdim. 3 nəfər idilər. Atası, anası və uşaq. Azyaşlını tutdum. Gətirib sahilə təhvil verdim. Çevrilib baxdım ki, atası ilə anasını artıq su 100 metrdən çox aparıb”.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas etməsindən danışarkən deyib.

“Qadına yaxınlaşanda gördüm ki, üzüstə suda qalıb. Ondan yapışdım və sahilə doğru çəkdim. Həmin an gözünü açıb məndən soruşdu ki, qızım haradadır. Dedim ki, artıq onu sudan çıxarmışam”, - Kuvşinov bildirib.

63 yaşlı müəllimin həyat yoldaşı İnna Smaqina da həyat yoldaşına kömək etmək üçün onun ardınca suya girib: “Dalğalar çox yüksəlirdi. Ona görə həyat yoldaşım batan qadının harada olduğunu tam görə bilmirdi. Mən ona əllərimlə istiqaməti göstərib kömək etmişəm”.

Qeyd edək ki, Pyotr Anatolyeviç Kuvşinov professional üzgüçüdür. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Su polosu üzrə yığma komandamızın baş məşqçliyini edib. Qarabağ müharibəsi iştirakçısıdır.

##324111##

Rəylər
Oxumağa davam et
Reklam

Video

Laçından YENİ GÖRÜNTÜLƏR - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad edilən Laçın rayonundan yeni görüntülər paylaşılıb.

Publika.az xəbər verir ki, görüntülərdə Azərbaycan vətəndaşı olan bir nəfər şəhərin küçələrini gəzir.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et

Video

Türk ordusu daş üstə daş qoymadı - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı başlatdığı "Pənçə Kilid" Əməliyyatı dünən gecə saatlarından etibarən davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi əməliyyatdan görüntülər paylaşıb.

Qeyd edək ki, seçilmiş hədəflər dəqiq zərbələrlə məhv olunub. Həmçinin "Bordo bərəlilər" və komandolar havadan və yerdən terrorçuların yuvalarına hücum təşkil edib.

Oxumağa davam et

Video

Gürcüstanlı müğənni Qarabağda "Sarı gəlin" mahnısını İFA ETDİ

Xəbər verdiyimiz kimi, Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edib.

Publika.az xəbər verir ki, səfər edənlər arasında Gürcüstanlı müğənni Veriko Turaşvili də var.

Şuşaya səfər edən Veriko Turaşvili "Sarı gəlin" mahnısını oxuyub.

Oxumağa davam et
Reklam

Gündəm