MiG-31 qırıcıları stratosferdə döyüşdü - İnanılmaz görüntülər - Publika.az
Bizi izləyin

Video

MiG-31 qırıcıları stratosferdə döyüşdü - İnanılmaz görüntülər

Rusiyanın Kamçatkadakı təlimləri çərçivəsində Sakit okean Donanmasının dəniz aviasiyasına məxsus MiG-31 qırıcılarının stratosferdəki döyüş videosu yayımlanıb.

Publika.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, pilotlar, təxminən 20 min metr yüksəklikdə şərti hava məkanı pozanı tutublar. Bundan əlavə, tapşırığı çətinləşdirmək üçün hərbi təyyarələri yerdəki havadan müdafiə sistemlərinin köməyindən məhrum ediblər.

Qeyd edək ki, MiG-31 uzunmənzilli, səsdən sürətli, hər cür hava şəraitində hərəkət edə bilən qırıcıdır. Hava vasitəsi istənilən hündürlükdə hava hədəflərini tutmaq və məhv etmək üçün hazırlanıb.

Zümrüd

Rəylər
Oxumağa davam et
Reklam

Video

Laçından YENİ GÖRÜNTÜLƏR - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad edilən Laçın rayonundan yeni görüntülər paylaşılıb.

Publika.az xəbər verir ki, görüntülərdə Azərbaycan vətəndaşı olan bir nəfər şəhərin küçələrini gəzir.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et

Video

Türk ordusu daş üstə daş qoymadı - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı başlatdığı "Pənçə Kilid" Əməliyyatı dünən gecə saatlarından etibarən davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi əməliyyatdan görüntülər paylaşıb.

Qeyd edək ki, seçilmiş hədəflər dəqiq zərbələrlə məhv olunub. Həmçinin "Bordo bərəlilər" və komandolar havadan və yerdən terrorçuların yuvalarına hücum təşkil edib.

Oxumağa davam et

Video

Gürcüstanlı müğənni Qarabağda "Sarı gəlin" mahnısını İFA ETDİ

Xəbər verdiyimiz kimi, Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edib.

Publika.az xəbər verir ki, səfər edənlər arasında Gürcüstanlı müğənni Veriko Turaşvili də var.

Şuşaya səfər edən Veriko Turaşvili "Sarı gəlin" mahnısını oxuyub.

Oxumağa davam et
Reklam

Gündəm