Türkiyədən Azərbaycan üçün MÖHTƏŞƏM VİDEO - Publika.az
Bizi izləyin

Video

Türkiyədən Azərbaycan üçün MÖHTƏŞƏM VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 18 Oktyabr – Dövlət Müstəqilli Günü münasibətilə videoçarx hazırlayıb.

Publika.az xəbər verir ki, videoçarx nazirliyin rəsmi tvitter səhifəsində “Canım, gözüm, Azərbaycan. İnanırıq ki, gələn il Müstəqillik gününüzü zəfər alqışları və daha coşğulu təbrik edəcəyik” mesajı ilə paylaşılıb.

Videoçarxda müğənni Azərinin ifasında sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova məxsus “Can Azərbaycan” əsəri çalınıb. Azərini Türkiyə Müdafiə Nazirliyi İdarəetmə Xidmətləri nəzdində fəaliyyət göstərən Türk Harmoniya Ulduzları Orkestri müşayiət edib. Həmçinin, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə Nuru Paşanın 1918-ci ildə Bakıya giriş görüntülərinə yer verilib.

Rəylər
Oxumağa davam et
Reklam

Video

Laçından YENİ GÖRÜNTÜLƏR - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad edilən Laçın rayonundan yeni görüntülər paylaşılıb.

Publika.az xəbər verir ki, görüntülərdə Azərbaycan vətəndaşı olan bir nəfər şəhərin küçələrini gəzir.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et

Video

Türk ordusu daş üstə daş qoymadı - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı başlatdığı "Pənçə Kilid" Əməliyyatı dünən gecə saatlarından etibarən davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi əməliyyatdan görüntülər paylaşıb.

Qeyd edək ki, seçilmiş hədəflər dəqiq zərbələrlə məhv olunub. Həmçinin "Bordo bərəlilər" və komandolar havadan və yerdən terrorçuların yuvalarına hücum təşkil edib.

Oxumağa davam et

Video

Gürcüstanlı müğənni Qarabağda "Sarı gəlin" mahnısını İFA ETDİ

Xəbər verdiyimiz kimi, Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edib.

Publika.az xəbər verir ki, səfər edənlər arasında Gürcüstanlı müğənni Veriko Turaşvili də var.

Şuşaya səfər edən Veriko Turaşvili "Sarı gəlin" mahnısını oxuyub.

Oxumağa davam et
Reklam

Gündəm