Xəbərlər - Publika.az
Bizi izləyin

Video

Bu axşamın qalibi kim olacaq: Türkiyə, yoxsa Uels? - VİDEOSORĞU

Bu gün Avro-2020 çərçivəsində Türkiyənin futbol yığması ikinci oyununu keçirəcək. Bakıdakı Olimpiya Stadionunda baş tutacaq matçda qardaş ölkə təmsilçiləri Uels yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Publika.az-ın əməkdaşları paytaxtın mərkəzində oyuna saatlar qalmış azərbaycanlı azarkeşlərlə yanaşı, Türkiyədən və Uelsdən olan futbol həvəskarlarının da fikirlərini öyrənib. Onların əksəriyyəti Türkiyənin axşamkı oyunda mütləq qələbə qazanmalı olduğunu söyləyib. Türklər yığmalarının 1-2 top fərqi ilə uelsliləri üstələyəcəklərini vurğulayıblar.

Uelsli Tom adlı azarkeş isə ölkəsinin qalib gələcəyini deyib. Bununla yanaşı, türkiyəli azarkeşlərlə uelsli fanatların bir-birlərinə mehriban davrandıqları da gözümüzdən yayınmadı. Onlar fotolar çəkdirir, Bakıdakı qonaqpərvərlikdən razılıqlarını ifadə edirdilər.

Bakının Nizami küçəsində hazırladığımız videosorğunu təqdim edirik:

Tural Turan

Rahib Ələsgərli

Foto: Pərviz Həşimi

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev

Rəylər

Video

İlham Əliyevin Zuğulbadakı iqamətgahından REPORTAJ - VİDEO

Bu gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Müsahibə dövlət başçısının Zuğulbadakı iqamətgahında baş tutub.

Publika.az Azərbaycan Prezidentinin iqamətgahından reportajı təqdim edir:


Oxumağa davam et

Video

KXDR hipersəs raketini uğurla sınaqdan keçirdi

KXDR hipersəs raketinin uğurlu sınaqlarını keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentlyii Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, sınaqlar KXDR lideri Kim Çen Inın iştirakı ilə keçirilib. Raket 1000 km uçaraq hədəfi dəqiq vurub.

Bildirilib ki, sınaqlar “hazırlanan hipersəs silah sisteminin texniki xarakteristikalarının yekun yoxlanılmasına” yönəlib.

Oxumağa davam et

Video

Xoruldamağın qarşısını alan 7 BƏSİT HİYLƏ - VİDEO

Xoruldamaq insanın özündən çox ətrafdakıları narahat edən bir problemdir. Xoruldamağın qarşısını almağın bir çox yolu var. 

Publika.az bu problemdən xilas olmaq üçün bir neçə üsul tövsiyə edir:

Oxumağa davam et
Reklam

Gündəm