Xəbərlər - Publika.az
Bizi izləyin

Xüsusi

İlham Əliyevin hədəfi budur - Cavanşir Feyziyevlə MÜSAHİBƏ

Budəfəki həmsöhbətimiz Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Onunla son həftələrin gündəm hadisələri ilə bağlı söhbətləşərək. Azərbaycan dövlətinin, ölkə başçısının pandemiya, vaksin milliyətçiliyinə qarşı çıxışları, səsləndirdiyi fikirlər, eləcə də Azərbaycanla Ermənistan rəhbərləri arasında baş tutan Soçi və Brüssel görüşləri, 10 erməni hərbçinin Ermənistana qaytarılması, ölkə rəhbərinin əhalinin müxtəlif təbəqələrinin sosial durumunun yaxşılaşdırılması istiqamətində imzaladığı sərəncamlarla bağlı fikirlərini soruşduq. 

Publika.az deputat Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:

- Сavanşir müəllim, pandemiya dövründə yaşayırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamtdə mühüm addımlar atılıb. Xüsusilə beynəlxalq ictimaiyyət İlham Əliyevin COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edildi. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs vermədi. Deyə bilərik ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Eyni zamanda, Azərbaycan pandemiya dönəmində digər ölkələrə yardımlar da edir. Sizin bunlarla bağlı fikirlərinizi bilmək istəyərdik...

- Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan olunduğu ilk günlərdən ölkə daxilində pandemiyaya qarşı tədbirlər görülməyə başladı. Əhalinin ətraflı məlumatlandırılması, səhiyyə müəssisələrinin pandemiya şəraitinə uyğunlaşdırılması, müalicə-profilaktika işlərini lazımi səviyyədə təşkil olunması üçün tədbirlərin görülməsi Azərbaycan dövləti tərəfindən atılan ilk addımlar idi. Lakin həmin vaxt Azərbaycanın həm də Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik etməsi dövlətimizin üzərinə daha böyük məsuliyyət qoyurdu. Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkə daxilindəə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində pandemiyaya qarşı mübarizənin təşkil olunmasında mühüm rol oynadı. Görülən tədbirlərin, irəli sürülən təşəbbüslərin Dünya Səhiyyə Təşkilatı ilə birlikdə həyata keçirilməsi bu tədbirlərin təsirini daha da artırdı və pandemiyaya qarşı qlobal mübarizədə Azərbaycanın rolunu önə çıxartdı.

Məhz buna görə Azərbaycan Prezidenti tərəfindən BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı irəli sürülmüş təşəbbüs dünya ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəkləndi və bütün bunlar dünya miqyasında pandemiyaya qarşı mübarizənin təşkilinə böyük töhfə verdi. İnkişaf etmiş aparıcı ölkələrin özlərini təcrid etdiyi və ilk növbədə özlərini xilas etmək haqqında çalışdığı bir vaxtda İlham Əliyev vaksinlərin bütün ölkələr arasında ədalətli şəkildə bölünməsi, kasıb ölkələrə bu mübarizənin təşkilində yardım edilməsi təşəbbüsləri və tələbi ilə dünya birliyinə müraciət etdi. Azərbaycan dövləti tərəfindən Dünya Səhiyyə Təşkilatına və 30-dan çox ölkəyə yardım edildi. Bütün bunlar beynəlxalq səviyyədə Azərbaycan ədalətinin və humanizminin etiraf olunmasına səbəb oldu. Xüsusilə, Azərbaycanın rəhbərliyi altında Qoşulmama Hərəkatının tarixdə ilk dəfə qlobal problemlərin həllində göstərdiyi fəallıq bu təşkilatın beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlarla yanaşı, həm də pandemiya dövründə mənfur qonşularımızın təxribatları nəticəsində müharibənin başlanmasını və onun möhtəşəm qələbə ilə başa çatdığını da xatırlasaq, Azərbaycanın son 2-3 ildə nə qədər ağır problemlərin öhdəsindən layiqincə gəldiyini görərik. Azərbaycan həm qlobal pandemiyaya qarşı mübarizədə və həm də işğalçı dövlətlə müharibədə qalib gəldi.

Pandemiya dövründə dövlətlərin həm ölkə daxilində və həm də beynəlxalq miqyasda səylərini və əldə etdikləri nəticələri müqayisə etsək, Azərbaycan ən ön sıralarda olduğunu görərik. Bütün bunlara görə biz öz dövlətimizlə və onu hər zaman ən çətin sınaqlardan məharətlə çıxaran prezidenti ilə fəxr edirik.

- Bir müddət öncə Brüssel görüşünün vaxtı bəlli olduqdan sonra Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Ermənistan və Rusiya dövlət rəhbərlərinin iştirakı ilə Soçi görüşü baş tutdu. Siz bu görüşü, orada alınan qərarları, birgə bəyannaməni necə qiymətləndirisiniz?

- Soçi görüşü bəzi analitiklərin düşündüyü kimi, spontan bir görüş deyildi. Bu üçtərəfli görüş daha əvvəl Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutmuş görüşlərin məntiqi davamı idi. Həmin görüşdə müzakirə olunan məsələlər və qəbul olunan qərarlar da müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn addımların atılmasını şərtləndirir və bu baxımdan bütün bölgə dövlətlərinin, o cümlədən Azərbaycanın maraqlarına tamamilə cavab verir.

- Deyə bilərikmi, Soçinin ardınca Azərbaycan Avropa - Brüssel masasından da qalib ayrıldı?

- Əlbəttə, Brüssel görüşləri Azərbaycanın mövqeyinin daha geniş və daha ətraflı şəkildə, eyni zamanda daha böyük auditoriyaya çatdırılması və qəbul etdirilməsi baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin həm Şərq Tərəfdaşlığı Sammitində iştirakı və Sammitin Yekun Bəyannaməsində Azərbaycanın mövqeyini dəstəkləyən və daha da gücləndirən bəndlərin yer alması və eləcə də Sammitin keçirildiyi günlərdə baş tutmuş bir sıra ikitərəfli görüşlər Azərbaycana bir daha öz mövqeyini elan etmək və ona dəstək qazandırmaq baxımından çox faydalı oldu. Ermənistan baş naziri ilə keçirilən görüşdə isə Zəngəzur dəhlizinin bir hissəsi olan dəmiryolunun tikintisinə başlamaq haqqında qərarın qəbul olunması sizin dediyiniz kimi, Azərbaycanın Brüssel masasından da qalib ayrıldığının əsas göstəricisidir.

- Brüsseldə zəfər savaşından sonra ilk dəfə Azərbaycan və Ermənistan rəhbərləri təkbətək görüşdülər. Sizcə, Brüssel görüşü Soçi görüşündən hansı parametrlərinə görə fərqləndi və kənardan bu görüşü, görüşdən sonrakı mesajları, alınan qərarları necə oxumaq olar?

- Bu, çox vacib idi. Müharibədə üz-üzə gəlmiş ölkə rəhbərlərinin birbaşa ikitərəfli görüşü həm psixoloji baxımdan, həm də siyasi baxımdan o qədər də asan deyil. Bu sindrom nə qədər tez aradan qaldırılarsa, post-müharibə dövrünün problemləri də o qədər tez öz həllini tapa bilər. Bu görüşdən sonra Ermənistan baş nazirinin öz ölkəsinə qayıtdıqdan sonra səsləndirdiyi fikirlər də bir daha bunu sübut edir. Az öncə qeyd etdiyimiz kimi, bu görüşdə iki tərəf arasında qərara alınan əsas məsələ dəmiryollarının açılması ilə bağlı idi. Belə bir qərarın qəbul edilməsi Ermənistan rəhbərliyi üçün xüsusilə çətin və ağır bir məsələ idi. Buna baxmayaraq görüşün üzbəüz və ikitərəfli formatda keçirilməsi bu qərarın reallaşmasına zəmin yaratdı. Bütün bunlar göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməkdən başqa yolun olmadığını dərk edir.

- Sanki bu görüşdən tərəflər daha məmnun, daha müsbət notlarla ayrıldı...

- Bu, doğrudan da belədir. Azərbaycan tərəfi addım-addım öz qarşısına qoyduğu məqsədlərə nail olur. Ermənistan isə ölkə daxilindəki müxalif siyasi qüvvələrin uzun illər ərzində və beynəlxalq erməni diasporunun müqavimətini qıra-qıra bölgədə sülh şəraitinin yaradılmasına doğru xırda addımlar atmağa başlayır və anlayır ki, bütün bunlar ilk növbədə Ermənistanın özü özünü məhkum etdiyi blokada şəraitindən çıxması üçün vacibdir.

- Bressel görüşündən sonra Avropa Birliyinin xahişi ilə 10 erməni hərbçinin Ermənistana qaytarılması Azərbaycana nə qazandırdı? Daha dəqiq ifadə etsək, Azərbaycan bu əsirlərin müqabilində nə qazanacaq?

- Bu, Azərbaycan Prezidentinin beynəlxalq birlik qarşısında sülhə sadiqliyinin göstəricisidr. Bu kimi jestlər beynəlxalq praktikada rəqib tərəfindən atılan konstruktiv addımlara qarşılıq vermək və onu qiymətləndirmək işarəsidir. Bu həm də dövlətimiz tərəfindən Avropa Birliyinin iki ölkə arasında sülh yaradılması istiqamətində göstərdiyi təşəbbüsün dəstəklənməsi mesajıdır. Azərbaycanın bu humanist addımı da öz növbəsində bölgədə sülhə doğru atılmış bir addımdır.

- Prezident İlham Əliyevin son günlər imzaladığı, əhalinin rifah halının yüksəldilməsinə hesablanmış fərmanlar, sərəncamlar oldu. Bu qərarlar - maaş, təqaüd, digər sosial ödənişlərin artımı yüz minlərlər vətəndaşı əhatə edəcək. Prezident bir daha siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını göstərdi. Siz bu böyük addımı necə qiymətləndirirsiniz...

- İlham Əliyevin prezidentliyi dövründə atdığı bütün addımlar bir-birinin məntiqi davamıdır. 2003-cü ildən başlayaraq ictimai-sosial münasibətlərin inkişafı prosesində Prezident tərəfindən irəli sürülmüş və həyata keçirilmiş bütün islahatlar məhz xalqın həyatını yaxşılaşdırmaq, vətəndaşlar üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi daşıyıb. Lakin bu, öz-özünə baş vermir. Bu, ictimai-siyasi və iqtisadi-sosial münasibətləri tənzimləyən geniş islahatlar və dəyişiklər nəticəsində mümkündür. Bu dəyişikliklərin ilbəil artan xətlə baş verdiyini və bütün bunların əsasında Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış praqmatik siyasətinin dayandığını görməmək mümkün deyil. Bu günlərdə əhalinin rifah halının yüksəldilməsi ilə bağlı Prezident tərəfindən imzalanmış sərəncamlar da son deyil. Azərbaycan Prezidenti özünün dediyi kimi, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxarmağı hədəfləyir. Əminəm ki, o buna nail olacaq.

- “Media haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun layihəsini necə qiymətləndirirsiniz? Sizcə, bu qanun medianın inkişafına təkan olacaqmı və bu sahəyə nizam-intizam gətirəcəkmi?

- Hazırda Milli Məclisdə müzakirə predmeti olan "Media haqqında" qanun layihəsi qabaqcıl dünya təcrübəsi əsasında peşəkarlıqla hazırlanmış bir layihədir. media fəaliyyətini tənzimləyən qanunlar son dəfə 20 ildən də əvvəl qəbul olunub. son 20 ildə ictimai-sosial münasibətlər sistemində köklü dəyişikliklər baş verib. Leksikamıza online mətbuat, bloq və bloger, internet TV və sair kimi yeni anlayışlar daxil olub. Qanun layihəsinin önəmli məziyyətləri ondan ibarətdir ki, media fəaliyyətinin bütün növləri və formaları bu qanunla öz müəyyənliyini tapır. Bu layihədə media subyektlərinin hüquqi parametrləri müəyyənləşdirilir və media reyestrinin tətbiqi nəzərdə tutulur. Layihə həmçinin hüquqi və mənəvi dəyərlər çərçivəsində media fəaliyyətinin əsas istiqamətlərini göstərir. Qanun layihəsində öz əksini tapan anlayışlar media fəaliyyətindəki bəzi anlaşılmazlıqları və nizamsızlığı da aradan qaldırmağa yönəlib. Lakin bütün bunlar heç də o demək deyil ki, bu qanun qüvvəyə mindikdən sonra ölkəmizdə media fəaliyyəti ilə bağlı problemlər olmayacaq. Problemlərin bir çoxu jurnalistlərin və ya media məhsulu istehsal edən hüquqi və fiziki şəxslərin peşə hazırlığı ilə və onların əsaslandığı mənəvi-əxlaqi dəyərlərlə də bağlıdr. Bu qanun layihəsi problemlərin bu hissəsini əhatə etmir. İnanıram ki, ölkəmizdə media fəaliyyətinin qanunlar və mənəvi-əxlaqi dəyərlər çərçivəsində fəaliyyət göstərməsi üçün gələcəkdə başqa qanunların da qəbul olunmasına və hazırda qüvvədə olan müəyyən qanunvericilik aktlarında da dəyişikliklər edilməsinə ehtiyac olacaq.

- Türkdilli ölkələrin gündən-günə güclənən əlaqələri, yeni beynəlxalq marşrutların meydana gəlməsi imkanlarına hansı formada təsir edir və ya bu birlik region üçün hansı müsbət impulslar vəd edir?

- Türkdilli ölkələrin əlaqələrinin gündən günə genişlənməsi və inkişafı tarixi zərurətdir. Eyni sivilizasiyaya mənsub xalqların qloballaşma şəraitində daha çox bir-birinə meyil etməsi və vahid siyasi, iqtisadi, sosial platformalarda birləşməsi onların hər birinin qlobal çağırışlar qarşısında dayanıqlığını təmin edəcək siyasi konfiqurasiyadır. Türk Şurasının son iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi bu yolda atılmış çox mühüm addımdır. Yeni təşkilat çərçivəsində türk dövlətlərinin siyasi, iqtisadi, mədəni-sosial əlaqələri daha böyük sürətlə və daha keyfiyyətli şəkildə inkişaf edəcək və növbəti mərhələ üçün möhkəm zəmin yaradacaq. Sonrakı addım isə Türk Dövlətləri Birliyinin yaradılması ilə nəticələnəcək. Belə bir siyasi birlik türk dövlətlərinin bir ittifaqda birləşməsini özündə ehtiva edəcək. Nəticə isə möhtəşəm olacaq. Türk dövlətləri yerləşdikləri ərazidə sözün əsil mənasında öz taleyinin sahibi olacaqlar, onların hər biri heç bir güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürüdə biləcək və dünya siyasi arenasında vahid siyasi mövqedən çıxış edəcəklər. Bu, dünyamızda türk əsrinin başlanğıcı olacaq.

Tural Turan

Rəylər

Xüsusi

Dadlı yemək bişirməyin sirlərindən danışan məşhur aşpaz: Çox bahalı bir restorana getsək də...

Azərbaycan Kulinariya İncəsənət Mərkəzinin əslən Malayziyadan olan direktoru Kelvin Çong milli yeməklərimizi dünyada tanıtmaq üçün əlindən gələni edir. 

Publika.az mərkəzin direktoru ilə müsahibəni təqdim edir.

- Yemək bişirmək sevdanız necə başladı? 

- Uşaqlıqdan başladı istək, anam evdar xanım idi, çox dadlı yeməklər bişirərdi, baxıb bu prosesdən zövq alırdım. O dövrdə aşpazlığı oxuyub sertifikat ala biləcəyim bir məktəb və ya yer yox idi. Ya gedib hansısa bir tikintidə çalışa, da ya restoranda köməkçi işləyə bilərdim. Restoranda işləyəndə bilirsən ki, yemək havayıdır, deməli, qarnın tox olacaq (Gülürük). Mən bir restoranın qapısını döyüb “Sizdə işləmək olar” sualını verdim və Malayziyada bu şəkildə işə başladım. Daha sonra Sinqapura köçdüm. Tam təhsilim olmadığından orada iş tapmaq daha çətin idi, elə bir iş tapmalı idim ki, həm ailəmi dolandıra bilim, həm də istədiyim bir yer olsun. Bu aləmə daxil olandan sonra çoxlu aşpazlarla tanış oldum və gördüm ki, kulinariya dünyası başqa bir aləmdir, çox zəngindir. Adi bıçaqla işləməkdən tutmuş, yeməyin bir neçə addımdan ibarət olmasına qədər... Bu aləmdən çıxmaq istəmədim. Yüksəlmək istəyirsənsə, cavanlıqda dayanmadan işləməlisən. Elə günlər olurdu ki, 18-19 saat dayanmadan işləyirdim ki, nəyəsə nail olum. Aşpazlar işə olan sevgini görür və sənə yol açırlar. Səni başqa şeflərlə tanış edirlər ki, irəli gedəsən. Bütün bunlara əlavə olaraq, şans çox vacibdir. 

- Ölkəmizə gəlişinizi necə xatırlayırsınız?

- Londonda işlədiyim restoranda 3 istiqamət var idi: Yaponiya, Çin və Avropa mətbəxi. Avropa mətbəxinə tələbat yüksək deyildi, Çin və Yaponiya mətbəxinin təamlarını sevən müştərilər üstünlük təşkil edirdi. Avropa mətbəxində çalışan şef bir gün bizə dedi ki, bu yeməklərdə nə gözəllik var ki, inqrediyentləri üst-üstə atıb qarışdırırsınız. Bu söz bərk xətrimə dəydi. 


2006-cı ildə BBC kanalı Çin mətbəxi üzrə müsabiqə keçirmişdi. Digər iştirakçılar geyimimə görə qəribə baxışlarla məni süzüb kinayə ilə soruşdular ki, hansı ucuz restorandan gəlmisən, nə əcəb bura düşmüsən? Sonda qalib olanda və adım çəkiləndə hamı şoka düşmüşdü. Bu hadisədən sonra qərara gəldim ki, öz görünüşümü mükəmməlləşdirim. Qarşıma bir məqsəd qoydum ki, daha yaxşı bir səviyyəyə çatacağam, bişirdiyim yeməklərin isə həm görünüşü, həm də dadı damaqlardan getməyəcək. Beləliklə, Googleda ən yaxşı kulinariya məktəblərini araşdırmağa başladım. Fransada yerləşən çox bahalı kulinariya mərkəzinə yazıldım. Bu vaxta qədər Sinqapurda və Londonda qazandığım pulla ev almaq istəyirdim. Lakin hədəflərim dəyişdiyi üçün o pulları mən kulinariya mərkəzinə xərclədim, üstəlik, pulun bir qismi çatmadığından orada qalıb əlavə işləməli olurdum. Beləliklə, 4 illik mərkəzi başa vurdum, artıq vizamın da vaxtı bitirdi. Şef məni Dubaya işləməyə göndərdi. 

Dubayda olanda azərbaycanlı iş adamları ilə tanış oldum. Hazırladığım yeməklər çox xoşlarına gəlmişdi, Azərbaycanda çalışmağı təklif etdilər. Düşünmək üçün vaxt istədim, çünki Azərbaycanı tanımırdım. Bir həftə Azərbaycanı internetdə araşdırıb axtardım, məlumat topladım. Dostlarımın çoxu deyirdi ki, Bakı gözəl şəhərdir, getməyə dəyər. Artıq 10 ilə yaxındır ki, buradayam. 

- Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq ideyasından danışardınız. 

- Bura gələndə restoranda aşpaz kimi çalışırdım, bir müddət sonra gördüm ki, kulinariya təhsili yaxşı inkişaf etməyib və belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var idi. Burada peşə məktəblərini bitirmək yetərli sayılır, təcrübəsi və tam bilgili olanlar azdır. Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq həm də bu ölkəyə olan sevgimdən irəli gəldi, istədim ki, yerli və cavan aşpazların beynəlxalq diplom almaq şansları olsun. Həmçinin mərkəzimizə xarici ölkələrdən də tələbələr cəlb edə bilmişik. 


- İstənilən marağı oyada bilmisiniz? 

- Yerli tələbələrin çox böyük marağı var, geyimlər və mətbəx özü televiziya şoularında gördükləri mətbəxləri xatırladır. Odur ki, Bakıda belə bir mərkəzdə biliklərini inkişaf etdirmək şansı qazandıqları üçün çox sevinirlər. Həm də həqiqətən çox istedadlı uşaqlardır, əksəriyyəti cavan olsalar da, əl qabiliyyətlərinə söz ola bilməz. Bundan əlavə, tələbələr dərsdən əlavə qalıb işləməyə çox həvəslidir. Qaynar mətbəx atmosferini yarada bilmişik. 

Ən önəmlisi, Azərbaycanın çox zəngin məhsul çeşidləri var. Bu məhsulları necə və harada istifadə etmək lazım olduğunu bilmək çox vacibdir. Beynəlxalq menyudan əlavə, Azərbaycanın milli mətbəxi də öyrədilir. Beynəlxalq menyuda Azərbaycan məhsulları istifadə edilir. 

- Azərbaycan mətbəxi bizim üçün əvəzolunmazdır, lakin peşəkar bir şefin qiymətləndirməsini də bilmək maraqlıdır. Milli mətbəximizin dünyadakı yerini necə görürsünüz? 

- Mətbəxiniz çox zəngindir, maraqlı yeməkləriniz var. Başqa ölkələrin nümayəndələri üçün yağlı olsa da, kombinasiyalar bir-biri ilə uzlaşır, məhsullar təbiidir, ərzaqların çoxu burada bitir, başqa ölkələrdən gətirilmir. Maraqlı amil odur ki, hər regionun öz yeməkləri və hər yeməyin də öz tarixi var, siz öz tarixinizi yaşatmağa davam edirsiniz. Hətta adlar da fərqlənir. 

2 gün öncə internetdə hansı dünya mətbəxlərinin məşhur olması barədə bir məqalə oxudum. Siyahıya 60 ölkə daxil edilmişdi, təəssüf ki, zəngin olmasına baxmayaraq, Azərbaycan yeməklərinin adı yox idi. Ona görə yox ki, Azərbaycan mətbəxi dadlı deyil, sadəcə, tanımırlar bu mətbəxi. Burada məktəbin böyük rolu ola bilər. Azərbaycan Kulinariya İncəsənət Mərkəzinə xarici tələbələr də cəlb olunur ki, bu da onun tanınmasına birbaşa təsir edəcək. Xarici turist burada dolma yeyib bəyənəcək, bəs qayıdandan sonra yenidən istəsə, nə olacaq? Heç nə, yaddan çıxacaq. Burada isə xarici tələbə dolmanın bişirilmə qaydasını öyrənib öz ölkəsində və ya hər hansı başqa bir ölkədə bişirə biləcək. Bunun üçün zaman lazımdır. 

Yeməyin bişirilməsindən əlavə, bizim proqramın bir hissəsi də ondan ibarətdir ki, bölgələrdə çaxır istehsalı, pomidor və ya göyərtinin yığılması, yaxud da fermalarda süd məhsullarının hazırlanma qaydası ilə tələbələri tanış edirik, bölgələrə ekskursiyalar təşkil edirik. Yerli məhsul istehsalının arxasında dayanan zəhmətkeş əhali ilə tanış edirik. Beləliklə, Azərbaycan mətbəxi dünyada öz layiqli yerini tutacaq. 

- Yemək nə zaman incəsənətə çevrilir? 

- Kefin yaxşı olanda (Gülürük). Yemək ilk hazırlanma prosesindən etibarən incəsənətdir, eyni zamanda nə və ya kimin üçün bişirdiyindən də çox asılıdır. Əgər sevdiyiniz insanlardırsa, bura öz sevginizi və qəlbinizi qoyursunuzsa, bu, artıq bir sənətdir. Bir də var ki, istəmədən nələrisə doğrayıb tökürsən, ona sənət demək günahdır. 


- Yeməyin hansı ovqatda hazırlanması onun dadına təsir edir? 

- Əgər yemək bişirməyi gözəl bacarırsınızsa, burada fərqdən danışa bilmərik. Avtomatik olaraq onu dadlı edəcək, çünki əllər buna öyrəşib, hətta kefin daha da açılacaq. Götürək, anaların hazırladığı yeməkləri. Anamız bəzən hirsli olsa da, bişirdiyi yemək yenə dadlı olur. Çox bahalı bir restorana gedib müxtəlif yeməklərin dadına baxsaq da, sonda deyəcəyik ki, anamın yeməyi bundan dadlıdır. Çünki ananın kefindən asılı olmayaraq, yemək dadlı olur. 

Mərkəzimizdə oxumaq istəyən tələbələri xüsusi seçirik, sadəcə sertifikat almaq xətrinə gələnləri qəbul etmirik. Sən o sənəti sevməlisən. Bütün resepti əzbər bilsə də, sənəti sevmirsə, ona müsbət duyğular ötürmürsə, o yemək dadlı olmayacaq. 

- Əlimizin duzunun olması üçün mətbəxdə hansı qaydalara əməl etməliyik? 

- Aşpaz olmaq üçün birinci vacib qayda disiplindir. Tələssən, yaxşı alınmayacaq. İkincisi, məsuliyyətdir. Qonaq üçün yemək bişirirsənsə, vaxtını düzgün hesablamalısan. Üçüncüsü isə gigiyenadır, təmizliyə riayət etməlisiniz. Buna əməl etməsəniz, dəhşət istedadlı olsanız da, yenə də yeməkdə problem çıxacaq. Boşqab və ya stəkan çirklidirsə, bişirdiyiniz bəyənilməyəcək.  

- Aşpazların və diyetoloqların qidalanma mövzusunda fikirləri üst-üstə düşmür. Sağlam yaşamaq üçün özümüzü dadlı yeməklərdən məhrum etməliyik?

Dadlı yemək adətən sağlam olmur. Tərəvəzlər də çiy halda faydalıdır, amma çiyin dadı olmadığı üçün çox adam onu yeyə bilmir. Əslində, sağlam qidaların da mənfi tərəfləri var. Mələsən, hər gün pomidor yemək olmaz. Burada balans olmalıdır, bu balans pozulanda artıq bir az problem yaranacaq. Tərəvəzlərin tərkibindəki protein və karbohidrat miqdarı da fərqlidir, hansınınsa şəkəri daha çoxdur, bunların balansını hər kəs öyrənsəydi, yaxşı olardı. 

- Söhbət üçün təşəkkür edir və işlərinizdə uğurlar arzu edirəm.

- Minnətdaram, qarşılıqlıdır. 

Aytən Məftun 

Foto: Ceyhun Rəhimov 

Oxumağa davam et

Xüsusi

Qəhrəman oğullarımız haqqında kitab yazan məşhur: Bir şəhid atası söhbətimizdə dedi ki…

Bu yaxınlarda Azərbaycanın qəhrəman oğullarının həyat yolundan bəhs edən "41" adlı kitabı işıq üzü görən şair, publisist Kamalə Abiyeva bildirib ki, İkinci Qarabağ savaşının 41 şəhidinin hekayələrini qələmə almaq çox ağır olub. 

Kamalə Abiyeva Publika.az-a müsahibəsində bu barədə ətraflı danışıb.

- Kamalə xanım, Astaranın 41 şəhidi haqqında kitabınızdan danışaq. Bu hekayələr necə toplandı?

- Müharibə haqqında oxumaq, filmə baxmaq başqadır, yaşamaq bir başqa. Biz müharibəni, qələbə sevinciylə bərabər şəhidlərin ağrısını da yaşadıq. Xəbərləri, videogörüntüləri izləyirdim. İlk Astara şəhidləri haqqında məlumatlara rast gəldim, axtardım, araşdırdım, ünvanlarını, əlaqə nömrələrini tapdım. Bu qürurlu, sevincli, həm də ağrılı günlərə qatqım olsun istəyirdim. Bilirsiniz, elə şəhid var ki, şəkli, ya da haqqında bir məlumat yox idi. Bu yazılar qəzetlərdə, onların saytlarında, "Yeni Səs", "Qadinkimi.az" və s. saytlarda yayımlandı. Ailələr üçün, özüm üçün təskinlik idi. İndi hər biri haqda az da olsa, məlumat var.

- Şəhid ailələri sizinlə danışmağa meyilli idilər?

- Ailələr çox yardımçı olurdular. Bəziləri ilə rayonda görüşmüşdüm, bəziləri ilə ancaq telefonla əlaqə saxlamışdım. "WhatsApp"la danışırdıq. Bir şəkil deyirdin, 5 şəkil göndərirdilər. Bölüşürdülər, ağlayırdılar, qürurlanırdılar. Təkcə ailə üzvlərini deyil, müəllimlərini, məktəb yoldaşlarını, ən əsas isə döyüş dostlarını tapırdım mütləq. Elələri var ki, hərbçidir, hələ də xidmətdədir. 200-300 nəfərlə söhbətləşmişəm. Yorulurdum, amma şəhidləri düşünəndə bu sözü dilimə gətirməyə utanırdım.

- Qəhrəmanların taleyini qələmə alarkən sizi ən çox təsirləndirən nə oldu? 

- Ən çox təsirləndirənmi, ağrıdanmı deyim, ata-anaların, ailə üzvlərinin mənə dəfələrlə təşəkkür etməsi idi. Hər bir qəhrəmanımın həyat hekayəsi də təsirliydi. Kitabın redaktoru Aysel Aydın Əlizadədir. Oxuyanda dedi ki, bu boyda ağrını necə yaşamısan? Elkiyar Məmmədov var, məsələn, uşaqkən valideynlərini itirib, qardaşıyla uşaq evində olub, sonra əmisinin himayəsində böyüyüb. Əksəriyyətinin yaşayışı çox çətin keçib. 

- Kitabın tərtibatı da, çapı da diqqət çəkir.

- Şəhidlərin şəkilləri olmalıydı. Ən keyfiyyətli kağızdan istifadə edilməliydi. Sözün düzü, düşündüm ki, imkanı olan adamlar niyə də dəstək olmasın? “Deputatlara müraciət edin” deyənlər oldu. Dəyərli həkim deputatımız Rəşad Mahmudov çox işlər görür, şəhid ailələrinə, xəstələrə yardım edir onsuz da, ona görə ona müraciət etmədim. Ziyafət Abbasovu isə seçicilər heç tanımır da. Ona nə deyim ki? Bir neçə adamla əlaqə yaratdım. Bir zəngimlə heç tərəddüd etmədən Ruslan Dadaşov "Nprint studiya" MMC-də nəşr edərik" dedi. Sonra öyrəndim ki, Tələt Məmmədov, İlqar Orucov, Şahin Dadaşov, Xaqan Axundov, Ceyhun Bəhramov, Anar Mustafayev də dəstək verib, sevindim. Hər kəsin şəhidlərimizi yaşatmaq arzusu sevindiricidir. Kitabın dizayneri isə İmambaxış Əliyevdir. 



- Kitab hazır olandan sonra şəhid ailələri ilə görüşünüz necə oldu?

- Astarada yaşamadığımdan çətin gəlirdi. Həyəcan keçirirdim. Hamı bilirdi ki, kitab hazırdır, gözləyirdilər. Qapı-qapı gəzməli də olsam, bunu edəcəkdim. İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbəri Firəngiz xanımla əlaqə yaratdım. Gün təyin etdik. Çoxları dəstək oldu: savaş qazisi Turan Həsənzadə, Abbas İbrahimli, polkovnik-leytenant Nail Orucovun ailə üzvləri, mayor Kamran Fərəcovun xanımı Nuranə Fərəcova, rayon ziyalıları Sakitə Ülvü, Təbrizə xanım, Nuranə Həmidova, Lənkəran Dövlət Universitetinin doktorantı Ramin Əliyev... 41 şəhid ailəsindən 70-80 nəfər ailə üzvü - ata-ana, bacı, qardaş, xanımları iştirak edirdi.

- Şəhidlərimizin həyatı haqqında kitablar bildiyim qədər çox deyil. Bu ənənəni geniş şəkildə yaymaq üçün nə etməliyik?

- Çox deyil. Cənub bölgəsi fərqləndi: Lənkəran, Lerik, Masallı şəhidləri haqda kitablar yazıldı. Hər rayonda yaradıcı insanlar var, yazmalıdırlar. Yazmırlarsa, siz, ya mən nə edə bilərik? Bu da bir ürək işi, ruh halı, vicdan məsələsidir. Ən ağrılı bilirsiniz nədir?  Müəllif kitabları yenə satılır. Şəhidlər haqda yazılan kitablar isə qalır... Mənə indi də müraciətlər olur: tanıdıqları qazilər, şəhidlər haqqında yazmağımı istəyirlər. Necə edim? Yazıram. Müxtəlif bölgələrdən olan şəhidlər haqda yazdıqlarımı da ayrı kitabda toplamışam.  


- Sizcə, hansı analar dünyaya qəhrəman övladlar gətirə və yetişdirə bilir? 

- Zəhmətkeş ailələrdə böyüyür belə oğullar. Dövləti, vətəni üçün yaşaya bilənlər yetişdirir belə oğulları. Nəfsi sevgisindən üstün olanlar igid, mərd övlad böyüdə bilməz. Şəhidlər arasında maddi durumu normal olanlar da var, amma azdır. Əksəri zəhmətkeş, kasıb ailələrdir. Bu, həqiqətdir. Vəzifəli, varlı adamların uşaqları yoxdur, ya da çox azdır. Fikri-zikri varlanmaq olan adam torpağını düşünmür. 

"Şəhid anası" şeirimdə demişəm:

Bu torpaq hamıya ana deyil ki,

Namərdin, qorxağın vətəni olmur.
Hər qadın sənin tək igid böyütmür,
Hər ana bətnindən şəhid doğulmur.

- Yazıçı, şair düşünürəm ki, həm də sülh adamıdır, humanist dəyərlərin carçısıdır. Sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Mən sülh adamıyam. Müharibənin  dəhşətini dərk edirəm. "İnsanlığa xəyanətdir" - belə şeirim var. Hələ gəncliyimdən "Qoruyaq bu dünyamızı", "Ürəklərdə ölməyin", "Silək sərhədləri", "Qızcığazlar ana olmaq istəyir" və s. kimi sülhə çağırış ruhlu şeirlərim var. Amma sərhədin, dövlətin varsa, onu qorumalısan. Coğrafi yerimiz xoşbəxtliyimizdir. Qonşular bədbəxtliyimiz. Müəyyən əlaqələrə məcburuq. Amma qonşuluq etməyə, danışmağa yox. Mənim üçün qeyri-mümkündür. Bu, indiki məsələ deyil axı?!.. Əsrlərin xəyanətini unuda bilmərik. Təkcə Ermənistanla deyil, bütün xəyanətkarlarla. Nə qədər torpaq verməli, ölməli, bağışlamalıyıq? Bəsdir daha. 

- Sülh və əmin-amanlıq içində yaşamaq, eyni zamanda gələcək nəsillərə bütöv Azərbaycan qoya bilmək üçün bundan sonra hər birimizin yerinə yetirməli olduğumuz vəzifələr nələrdir?

- Biz əslində sülhsevərik. Dövlət başçısı illərdir bu məsələni müharibəsiz, danışıqlar, sülh yolu ilə həll etməyə çalışdı. Bir şəhid atası söhbətimizdə dedi ki, bizi müharibəyə sürüklədilər. Həqiqətən belə oldu. Biz kiminsə torpağına göz dikməmişik, əksinə, bizim torpaqlarımız parçalanıb. Sülh şəraitində yaşamaq təkcə xalqın özündən asılı olsaydı, məncə, müharibələr  olmazdı bu qədər. Dünyada hegemonluq etmək istəyən qüvvələr, dövlətlər var. Demokratik hesab etdiyimiz dövlətlərdən biri (hərçənd belə hesab etmirəm) ABŞ milyardlar ayırır silahlanmaya. Dünya dövlətləri arasında birincidir. Müharibənin necə faciə olduğunu gərək dünyanı idarə edən siyasətçilər anlasın. Hələ ki bu, yoxdur. Ordusuz dövlət təsəvvür etmirik. Milyardlar xərclənir silah istehsalına. İnsan yetişməlidir, cəmiyyət yetişməlidir o qədər ki, buna "yox" desin. Bax, bu, yaxşı sualdır ki, Azərbaycanı necə qoruyaq. Tariximizi olduğu kimi yazaq, öyrədək. Hansı qonşu dövlətinsə maraqlarına görə həqiqətimizi gizləməyək, deməkdən çəkinməyək. Məsələn, Cənubi Azərbaycanın tarixini ətraflı bilməlidir övladlarımız. Biz dost və düşmənimizi tanıtmalıyıq gələn nəsillərə. Bu qədər unutqanlıq, susqunluq bəsdir.

- Yeni ildə bizi hansı yaradıcı yeniliklərlə sevindirəcəksiniz?

- Əslində, ötən il başqa kitabım hazır idi. Amma ilk növbədə müharibə edən bir ölkənin vətəndaşıyam. Belə zamanda şeirlər kitabı yersiz gəldi. Ona görə “41” yazıldı. Gecələr yatmadım. Başqa bir kitab da hazırdır: vətən mövzulu şeirlər, müxtəlif bölgələrdən olan şəhidlər haqda esselər və müharibə mövzulu hekayələr olacaq.

Ötən il də bir neçə mahnı oldu. 

Bu ili sevimlimiz Elçin İmanovun bəstəsində, Eyyub Yaqubovun ifasında "Bakım" mahnısı ilə başladıq. Bir neçə başqa mahnı da var. Çox istedadlı sənət adamları ilə maraqlı, ciddi iş birliyimiz var. Ömrün elə çağındayam ki, vaxt itkisinə vaxtım yoxdur. İl daha məhsuldar olmalıdır. 

Oxumağa davam et

Xüsusi

Sərhəddəki təxribatların arxasında BU QÜVVƏLƏR dayanır - Türk generaldan ŞOK

Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək. 

Bu fikirləri Publika.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Müsahibəni təqdim edirik:

- Ermənistan sərhəddə təxribatlara əl atmaqla nəyə nail olmaq istəyir? Bunun  arxasında nə dayanır?

- Ermənistan həmişə başqaları tərəfindən idarə olunan bir dövlət olub. Son əl atdıqları təxribatlar və sərgilədikləri davranışlar da məhz Ermənistanın daxilində mövcud olan qanla qidalanan keçmiş hərbi və siyasi qrupların maraqlarına uyğundur. Eyni zamanda bölgəyə sülhün və sabitliyin gəlməsini istəməyən Qərb ünsürləri var. Atəşkəs anlaşmasının sülh müqaviləsinə çevrilməsini istəməyən, problemin davam edərək hər kəsin Qərbə, imperialist qüvvələrə möhtac olmasını istəyən qüvvələr mövcuddur. Bu təxribatlar da məhz onlara xidmət edir.

- Qarabağda sülhməramlıların komandanının dəyişməsi ilə sərhəddəki təxribatların eyni vaxtda baş verməsi arasında hansı əlaqələr var?

- Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə eyni vaxtda təxribatların da törədilməsi əlamətdardır. Çünki Brüssel görüşməsi öncəsi də eyni taktikadan istifadə etmişdilər. Ermənilər dünyaya mesaj verməyə çalışırlar ki, guya Azərbaycan-Ermənistan sərhədində gərginliklər var və bu gərginliklərə Qərb də müdaxilə etsin. Ermənistan müharibədə itirdiyi, Azərbaycanın haqq və hüquq normaları çərçivəsində tarixi torpaqları olan ərazilərin azad edilməsi hərəkatı ilə azad etdiyi, 30 illik haqsız və hüquqsuz yerə əldə etmiş olduğu xüsusları mühafizə etməyə, Azərbaycan qarşısında əlini gücləndirməyə çalışır. Sülhməramlıların komandanına da mesaj verirlər ki, baxın, burada davamlı gərginlik və münaqişə mühiti var və bu məsələlər üzərinə daha çox vaxt ayırın.

- Ermənistanın bu cür təxribata əl atması Türkiyə-Ermənistan münasibətlərinə və Azərbaycan-Ermənistan arasındakı proseslərə necə təsir göstərəcək?

- Bu cür terror fəaliyyətləri beynəlxalq hüququ çeynəməkdir. Bu, həm Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsi məsələsinə, həm də Türkiyə-Ermənistan münasibətlərinə böyük təsir göstərəcək. Bu hadisələrin Ermənistanla münasibətləri müzakirə edəcək olan Türkiyə diplomatı Serdar Kılıçın təyinatının ötən gecə rəsmi Türkiyə qəzetində yayımlandığı günə təsadüf etməsi də əlamətdardır. Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək. 

- Azərbaycanın Ermənistana sülh əlini uzatdığı bir müddətdə Ermənistanın sərhəddə təxribat törətməsi sülh müqaviləsinin imzalanmasını gecikdirməyə və ya təxirə salmağa hesablana bilərmi?

- Düşünürəm ki, bu təxribatlara görə sülh müqaviləsinin imzalanması prosesi gecikəcək. Çünki sülhə, hüquqa qarşılıq olaraq terrorla, mərmi ilə, qanla cavab verən Ermənistana layiq olduğu cavab mütləq verilməlidir.

- Həm meydanda, həm də masada bu təxribatlara qarşılıq Azərbaycanın cavabı necə olmalıdır?

- Allah son təxribatlarda şəhid olan qardaşımıza və bütün şəhidlərimizə rəhmət etsin! Azərbaycan Ordusu və dövləti həm masada, həm də hərbi əməliyyatlar sahəsində, sərhəddə lazım olanı yerinə yetirir. Hər azərbaycanlı əsgərin tökülən qanının qisası alınmalıdır, alınır da. Ermənistan tərəfindən Azərbaycan əsgərinə, torpağına açılan atəşə, törədilən terror fəaliyyətinə qat-qat artıq şəkildə qarşılıq verilir. Belə də edilməlidir. Əgər onlara belə bir şəkildə cavab verilməzsə, istənilən uğur və səmərəlilik əldə edilə bilməz.

Akqabay Mıradov 

Oxumağa davam et

Gündəm