İstirahət üçün getdikləri ölkədə ailənin bütün üzvləri öldü
Bizi izləyin

ABŞ

İstirahət üçün getdikləri ölkədə ailənin bütün üzvləri öldü

4 nəfərlik amerikalı ailənin istirahət üçün getdiyi Meksikada meyitləri tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, meyitlər Meksikanın Tulum şəhərində kirayələdikləri mənzildə tapılıblar.

41 yaşlı Kevin Şarp, 38 yaşlı Amy Şarp, 12 və 7 yaşlı uşaqları Sterlinq və Adriananın ölüm səbəbi hələ ki, bəlli deyil. Onlar illik məzuniyyətlərini keçirmək üçün 9 gün əvvəl Meksikaya gediblər. Qohumları onlardan sonuncu dəfə martın 15-də Meksikaya çatanda xəbər alıb. Bundan sonra isə ABŞ polisinə müraciət edərək Şarp ailəsinin yerinin müəyyən edilməsini istəyiblər. ABŞ polisi meksikalı həmkarlarını müraciət barədə məlumatlandırıb.

Araşdırma nəticəsində ailənin bütün üzvlərinin meyiti aşkarlanıb. Hər iki ölkənin polisi ailənin müəmmalı ölümünün səbəblərini araşdırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm