Rusiyadan ABŞ-a qarşı SƏRT ADDIM
Bizi izləyin

ABŞ

Rusiyadan ABŞ-a qarşı SƏRT ADDIM

Rusiya ABŞ-ın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Sergey Lavrov bildirib ki, bu, “Skripal işi” üzrə ABŞ-ın hərəkətlərinə cavabdır.

“Bu dəqiqələrdə ABŞ-ın Rusiyadakı səfiri Com Hantsman bizim nazirliyimizə dəvət edilib. Mənim müavinim Sergey Ryabkov ona ABŞ barəsində ölçülərin məzmununu açıqlayır. Bu ölçülərə amerikalı diplomatların analoji miqdarının deportasiyası (60 diplomat -red.) və ABŞ-ın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyətinin dayandırılması daxildir”, - nazir deyib.

Rusiyanın xarici siyasət idarəsinin başçısı həmçinin qeyd edib ki, Rusiya cavab olaraq qərb ölkələrinin diplomatlarını deportasiya edəcək.

“Rusiya diplomatlarını deportasiya etmiş ölkələrə güzgü kimi cavab verəcək”, - Lavrov vurğulayıb.

O dəqiqləşdirib ki, Rusiyadan deportasiya ediləcək qərb diplomatlarının sayı həmin ölkələrdən deportasiya olunan rusiyalı diplomatların sayına bərabər olacaq.

Solsberidəki hadisəni şərh edən Lavrov Qərbin davranışını “beynəlxalq hüququn ələ salınması” ilə müqayisə edib. O, zəhərlənmədə Rusiyanın iştirakı haqqında nəticələri “kədərli” və “tələsik” adlandırıb. Lavrov qeyd edib ki, Moskvanın zəhərlənmə hadisəsi ilə heç bir əlaqəsi yoxdur.

“Biz normal danışığa nail olmaq və həqiqəti qurmaq üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının aprelin 2-də növbədənkənar sessiyasının keçirilməsini rəsmən təklif etdik”, - Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.

Lavrov ümidini ifadə etdi ki, qərb partnyorları “dürüst danışıqlar”dan yayınmayacaqlar. Onun sözlərinə görə, əks halda, bu, bütün baş verənlərin ən kobud təxribat olduğunu sübut edəcək.

Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm