• USD 1,7000 0,00% EUR 1,9066 +0,12%
    • GBP 2,1321 -0,34% RUB 0,0248 0,00%

Həftə sonuna kimi… - ABŞ-dan Putinə AĞIR ZƏRBƏ

  • ABŞ
  • 5 Aprel 2018 11:36
  • 1 004 Baxış
Həftə sonuna kimi… - ABŞ-dan Putinə AĞIR ZƏRBƏ

Ağ Ev Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafında yer alan bir neçə Rusiya oliqarxına qarşı yeni sanksiyaları tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda CNN telekanalı bildirib.

Amerikalıların fikrincə, sözügedən oliqarxlar 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilədə şübhəli bilinir. Jurnalistlərin məlumatına görə, sanksiyalar həftə sonuna kimi tətbiq oluna bilər.

“Vaşinqton Post”un məlumatına görə, sanksiyalar “Kreml məruzəsi”ndə daxil edilən 6 biznesmen barəsində tətbiq edilə bilər. Nəşrin həmsöhbətləri iddia edirlər ki, son zamanlar prezident Donald Trampın məsləhətçiləri onu Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnik Sergey Skripalın İngiltərədə zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməyə çağırırlar.

“Röyters” agentliyi isə iki mənbəyə istinadən xəbər verib ki, əlavə sanksiyaların tətbiqi haqqında qərar hələ martın 15-də qəbul edilib. Agentliyin məlumatına görə, siyahıya 19 fiziki və 5 hüquqi şəxs, həmçinin Rusiyanın kəşfiyyat xidmətləri düşə bilər. ABŞ hakimiyyəti son iki il ərzində davam edən kiberhücumlara görə onlardan şübhələnir.

Agentliyin 4 həmsöhbəti iddia edir ki, yeni sanksiyaların “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” (CAATSA) qanunu çərçivəsində tətbiqi planlaşdırılır.

CNN telekanalının məlumatına görə, Rusiyanın president seçkilərinə müdaxiləsini araşdıran ABŞ-ın xüsusi prokuroru Robert Müller Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsinin araşdırılması çərçivəsində Kremllə bağlı ən azı 2 oliqarxı dindirib. Telekanalın həmsöhbətləri güman edirlər ki, prokurorlar qurama şəxslər vasitəsilə Trampın seçki kampaniyasının Rusiya tərəfindən maliyyələşdirilməsinin izlərini axtarırlar.

Telekanalın məlumatına görə, biznesmenlərdən biri şəxsi təyyarəsi ilə Nyu-York aeroportuna enməsindən dərhal sonra dindirilib. Prokurorlar onun elektron qurğularına baxış keçiriblər. İkinci oliqarax isə ABŞ-a bu yaxınlarda səfəri zamanı dindirilib. Onların adları açıqlanmır.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Pankin bildirib ki, Moskva ABŞ-ın Rusiya aktivlərinə qarşı iqtisadi sanksiyaları tətbiq edə biləcəyindən ehtiyat edir.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR