Skripalın qızı danışdı - SON DƏQİQƏ
Bizi izləyin

ABŞ

Skripalın qızı danışdı - SON DƏQİQƏ

Londonda zəhərlənən, İngiltərə və Rusiya arasında ikili mövqe tutan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, keçmiş agent Sergey Skripalın həyati təhlükəsi geridə qaldı.

Publika.az xəbər verir ki, İngiltərədə Rusiya tərəfindən zəhərləndiyi irəli sürülən keçmiş rus agenti Sergey Skripal ilə qızı Yulia Skripala görə Avropa ölkələri və ABŞ-la nRusiya arasında diplomatik gərginlik yaşanmış, bir çox Aİ ölkəsi və ABŞ ölkələrindəki Rus diplomatları geri göndərmişdi.

Müalicə aldıqları xəstəxanadan verilən məlumata görə, Sergey Skripal ilə qızı Yulia Skripalın vəziyyəti günü-gündən yaxşıya doğru gedir. Yulia Skripal açıqlama verərək, "Yaxşıyam, atam da müalicəyə müsbət reaksiya verir. Hər şey yaxşılaşır" deyə mesaj göndərib.

Xatırladaq ki, Skripal və qızı martın 4-də ticarət mərkəzlərindən birinin qarşısında yerdə şüursuz bir şəkildə yatarkən tapılıblar. Rus məhkəməsi İngiltərə üçün casusluq etdiyi iddiası ilə 2006-cı ildə Sergey Skripala 13 il həbs cəzası verib. Dmitri Medvedevin rəhbərliyi dövründə əfv edilən Skripal 2010-cu ildə ABŞ-ın həbs etdiyi 10 rus agenti Avstriyanın paytaxtı Vyanaya keçirən 4 cəsusdan biri olub. Skripalin daha sonra İngiltərəyə gedərək ölkənin cənub-qərbində yerləşən Salisburi bölgəsində sakit həyat yaşadığı bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm