ABŞ və müttəfiqləri qaçaqmal apararkən yaxalandı - Əməliyyatın PEYK GÖRÜNTÜLƏRİ ortaya çıxdı - - FOTO
Bizi izləyin

ABŞ

ABŞ və müttəfiqləri qaçaqmal apararkən yaxalandı - Əməliyyatın PEYK GÖRÜNTÜLƏRİ ortaya çıxdı - - FOTO

Suriya Vətəndaş Müharibəsinin ən mübahisəli bölgələrindən olan Deyr-əz-Zorda ABŞ-ın neft məhsullarını qaçaq yolla daşımağa hazırlaşdığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, əməliyyatın görüntüləri peyk vasitəsilə ortaya çıxıb.

Bir tərəfdə ABŞ/PKK, digər tərəfdə İran ilə Rusiyanın hakimlik etmək istədiyi bölgədə ABŞ gizli planlar tətbiq etməklə bölgəyə sahiblənməyə çalışır. Belə ki, ABŞ qüvvələri xam neft məhsullarını daşımaq üçün əraziyə tankerlər yığır.

Peykdən göndərilən fotolarda ABŞ-ın PKK terror təşkilatına aid hərbi bazalarının yaxınlığında onlarla yanacaq tankerinin hazır edildiyi görünür.

Suriyanın ən böyük neft yatağı olan Deyr-əz-Zor ABŞ, Rusiya və İranın hər zaman marağında olan bölgədir. Ötən il Rusiya YPG-nin bölgəyə yerləşməməsi üçün Aralıq dənizində olan gəmi və sualtı gəmilərindən raket atəşləri açmışdı. YPG-nin bölgdə hakimiyyəti ələ keçirməsi nəticəsində İran, Rusiya və Əsəd rejimi birlikdə bölgəyə hücumlar etmiş, hətta Rusiya bu bölgədə muzdlu əsgərlərdən də istifadə etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm