• USD 1,7000 0,00% EUR 1,9066 +0,12%
    • GBP 2,1321 -0,34% RUB 0,0248 0,00%

“Ağ kaskalılar”ın məşhur səhnəciyinə hazırlıq və “şahin”in Rusiyaya İLK ZƏRBƏSİ

  • ABŞ
  • 9 Aprel 2018 16:22
  • 1 783 Baxış
“Ağ kaskalılar”ın məşhur səhnəciyinə hazırlıq və “şahin”in Rusiyaya İLK ZƏRBƏSİ

ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Rusiya barəsində yeni sanksiyaları müzakirə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda Dövlət Administrasiyasına yaxın mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Bu gün prezidentin milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində işə başlayan Con Bolton sanksiyaların yeni layihəsinin müəllifidir. O, Rusiya ilə bağlı radikal mövqeyilə məşhurdur. “Yeni Amerikan əsri” layihəsinin öndə gələn adlarından olan Con Bolton neocon qanadın “şahin”i hesab edilir.

Daha əvvəl bir sıra internet portallar Duma şəhərində Suriya ordusu tərəfindən kimyəvi qazın tətbiqı haqqında xəbərləri dərc etdi. Faktiki olaraq onlar üçün müsbət piar təşkil edən “Ağ kaskalılar" qeyri-hökumət təşkilatı 70-ə qədər insanın həlak olduğunu, minlərlə insanın zərər çəkdiyini bildirib.

Moskva və Tehran Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyi üçün Vaşinqton kimyəvi hücuma görə məsuliyyəti onların üzərinə qoyub. Moskva isə Suriya hərbçiləri tərəfindən xlorlu bombanın atılmasına dair informasiyanı təkzib edib. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, kimyəvi silahın tətbiqi haqqında xəbərlər terrorçuların müdafiəsinə xidmət edir. İdarədə hesab edirlər ki, Qərb Suriyaya mümkün zərbələr üçün bəraət tapmağa çalışır.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov hadisədən əvvəl qeyd etmişdi ki, terrorçular Şərqi Qutada kimyəvi hücumu səhnələşdirməyi planlaşdırırdılar. Onun sözlərinə görə, kimyəvi silahdan istifadə haqqında xəbərlər ABŞ üçün Suriya qoşunlarına zərbə endirmək üçün səbəb olardı. Gerasimov həmçinin qeyd edib ki, güman edilən zərbə zonalarında Rusiya hərbi qulluqçuları olarsa, Amerika raketləri və onların daşıyıcıları vurulacaq.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp Tvitterdəki səhifəsində yazıb ki, Bəşər Əsəd kimyəvi hücuma görə cavab verəcək.

Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert isə Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib. Tomas Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ-ın kimyəvi hücum xəbərdarlıqları çoxalmağa başlayıb. Tramp administrasiyasının kimyəvi silah hücumunu səbəb göstərərək ötən ılin aprelində Suriya ordusuna məxsus bazara raket zərbələri endirdiyini nəzərə alsaq, növbəti zərbələr gözlənilməz olmayacaq.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR