ABŞ kəşfiyyatı Rusiya barəsində yeni strategiyanı ELAN ETDİ
Bizi izləyin

ABŞ

ABŞ kəşfiyyatı Rusiya barəsində yeni strategiyanı ELAN ETDİ

“Rusiya barəsində ABŞ-ın yumşaq siyasətinin vaxtı keçdi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, dövlət katibi postuna namizəd Mayk Pompeo bildirib.

“Rusiya təcavüzkar hərəkət etməyə davam edir. Uzun illər onun barəsində aparılan yumşaq siyasət buna imkan yaradıb. Yumşaq siyasət indi başa çatıb”, - o deyib.

MKİ-nin direktoru Rusiya diplomatlarının deportasiyası, Rusiyaya qarşı sanksiyaları, Amerika ordusu və nüvə güclərinin möhkəmləndirilməsi, Rusiyanın ekspansiyasına qarşı müqavimət göstərən Ukrayna və Gürcüstanda “cəsarətli cavan insanların silahlandırılması”nı Rusiya barəsində atılan addımlar olduğunu deyib.

“Bu siyahı daha uzundur və mən əminəm ki, məndə ora əlavələrin daxil edilməsi imkanı olacaq. Rusiya barəsində bizim diplomatik səylərimiz mürəkkəb olacaq”, - Pompeo söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm