ABŞ kəşfiyyat şefinə Ərdoğanın fotosu göstərildi və Amerika niyə..? - ÇIXILMAZ VƏZİYYƏT (FOTO)
Bizi izləyin

ABŞ

ABŞ kəşfiyyat şefinə Ərdoğanın fotosu göstərildi və Amerika niyə..? - ÇIXILMAZ VƏZİYYƏT (FOTO)

ABŞ prezidenti Donald Trampın dövlət katibi postuna namizəd kimi gördüyü Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Senatın Xarici Münasibətlər Komissiyasında senatorların suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, bir senatorun Türkiyə ilə bağlı verdiyi sual MKİ direktorunu çıxılmaz vəziyyətdə qoyub.

Komissiyanın Demokratlar partiyasından olan üzvü Bob Menendez Pompeoya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və iranlı həmkarları ilə Suriya mövzulu bir toplantıdan sonra çəkdirdiyi fotonu göstərib və “bu foto 4 apreldə çəkilib. Bu fotoda yanlış olan şeyin nə olduğunu mənə söyləyə bilərsinizmi” sualını verib. Pompeonun “senator, mənə kömək etməyiniz lazımdır, bu fotonu, ya da buna bənzərini daha öncə də gördüm” sözlərindən sonra Menendez sərt çıxış edib.

“Bu fotoda yanlış olan şey ABŞ-ın orada olmamasıdır. Yanlış olan İran, Rusiya və Türkiyə - o Türkiyə ki, sözdə bizim NATO-dakı müttəfiqimizdir. Ancaq qaydaları pozaraq Rusiyadan S-400 müdafiə sistemlərini alır. Bizim müttəfiqimiz Türkiyə İŞİD-i məğlub etmək üçün kürəyimizi söykədiyimiz YPG-yə hücum edir. Bu üç lider Suriyanın gələcəyini müzakirə etmək üçün görüşür, ancaq fotoda ABŞ yoxdur. Bu görüşün Suriyanın gələcəyinə necə təsir edəcəyini bilirsinizmi?”, - deyə senator bildirib.

Pompeo isə suala cavab olaraq “bu görüşlərin bir parçası ola bilərik” deyib və Türkiyənin Afrinə girməsinin durumu daha da mürəkkəbləşdirdiyini vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm