Trampdan ŞOK AÇIQLAMA: "Mən ondan daha çox casusam"
Bizi izləyin

ABŞ

Trampdan ŞOK AÇIQLAMA: "Mən ondan daha çox casusam"

ABŞ prezidenti Donald Tramp FETÖ və PKK terror təşkilatları üçün casusluq edən və Türkiyədə haqqında 35 il həbs cəzası tələb edilən Amerika vətəndaşı, keşiş Andrey Kreyq Branson haqqında tvit yazıb.

Publika.az xəbər verir ki, Trampın israrla Amerikaya verilməsini istədiyi din adamının həbsdə saxlanılması ABŞ-ı təşvişə salıb. Məhkəmədən sonra ABŞ prezidentindən sərt açıqlmalar gəlib. O, tvitter hesabından paylaşdığı postda Bransonun yaxşı bir xristian olduğunu deyib: “Amerikada centlmen bir insan və xristian lider olan rahib Branson yox yerə Türkiyədə ittiham edilir və zülmə məruz qalır. Ona casus deyirlər, mən ondan daha çox casusam. Ümid edirəm ki, evinə və aid olduğu gözəl ailəsinə geri qayıtmasına icazə veriləcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm