• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Tramp Şimali Koreya lideri ilə görüşdən DANIŞDI

  • ABŞ
  • 26 Aprel 2018 16:54
  • 607 Baxış
Tramp Şimali Koreya lideri ilə görüşdən DANIŞDI

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşdən danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin lideri görüş üçün 3-4 tarix və 5 məkan arasında seçim etməli olduqlarını bildirib.

Bir neçə gün əvvəl isə Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra bildirmişdi ki, Kim Çen Inla görüş çox tezliklə olacaq.

Qeyd edək ki, sabah Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Cay arasında görüş keçiriləcək. İyun ayına qədər isə Kim Çen Inın Donald Trampla görüşü planlaşdırılır.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR