Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Birləşmiş Ştatların Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

Publika.az "RT"-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Mən ora gedə bilərəm. Mən bununla çox fəxr edirəm. ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd etdilər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb.

ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm