ABŞ-ın yeni baş nazirindən sərt İran açıqlaması: "Terrorçulara silah satırlar"
Bizi izləyin

ABŞ

ABŞ-ın yeni baş nazirindən sərt İran açıqlaması: "Terrorçulara silah satırlar"

ABŞ-ın yeni xarici işlər naziri Mayk Pompeo Orta Şərq ölkələri ilə münasibətlər çərçivəsində ilk xarici səfərini Səudiyyə Ərəbistanına təşkil edib.

Publika.az xəbər verir ki, Pompeo sərudiyyəli həmkarı Adil əl Cübeyr ilə görüşüb və birlikdə qısa mətbuat konfransı keçirib.

Sualları cavablandırmayan baş nazir açıqlamasında İranın ünvanına sərt ifadələr işlədib, üstüörtülü şəkildə Qətəri nəzərdə tutaraq “Körfəz bölgəsində birlik” mesajını verib.

ABŞ təmsilçisi “İran bütün bölgənin sabitliyini pozur. İran milisləri və terrorçu qruplaşmlarını dəstəkləyir. Yəməndəki Husi milislərinə silah satır və kiber-hücumlar təşkil edir. Bu azmış kimi, qatil Əsəd rejimini dəstəkləyir” sözlərini deyib.

Əl Cübeyr isə ölkəsinin ABŞ prezidenti Donald Tramp hökumətinin İrana qarşı siyasətini və İran ilə əldə edilən nüvə sazişinin maddələrinin dəyişdirilməsini dəstəklədiyini qeyd edib. O, İrandakı nüvə təsislərində araşdırmaların aparılmasını tələb edib və bu ölkəyə yeni sanksiya tətbiq etməyi təklif edib.

Daha sonra Pompeo Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ilə bir araya gəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir ötən ilin iyun ayında İranı və terrorizmi dəstəklədiyi iddiası ilə Qətər ilə ticari, diplomatik və səyahət münasibətlərini kəsmişdi. Rəsmi Doha isə ittihamları rədd etmiş və bu ölkələri suverenliyini məhdudlaşdırmaqda günahlandırmışdı.

Adları açıqlanmayan amerikalı diplomatlar isə Pompeonun Səudiyyə liderlərindən Qətərlə anlaşmazlıqlara son qoymaqlarını tələb etdiyini bildirib və bu tələbi açıq şəkildə dilə gətirdiyini deyiblər.

“Associated Press”in verdiyi məlumata görə, Pompeo Qətərə yönəlmiş blokadanın İranın Yəmən və Suriyadakı təsirini artırmasına yol açdığına inandığını bildirərək blokadanın sona çatdırılması çağırışını edib.

ABŞ-ın yeni baş nazirinin Orta Şərq səfəri İsrail və İordaniyada davam edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm