ABŞ
Ərdoğanın görüşünə ABŞ-dan təxribat xarakterli REAKSİYA: "Türkiyəyə getməyin"
ABŞ-ın “Vaşinqton Post” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və alman əsilli türk futbolçuların İngiltərədəki görüşünü işıqlandırıb.
Publika.az xəbər verir ki, qərəzli şəkildə yazılan məqalədə Almaniya ilə Türkiyənin "AVRO 2024"-ə ev sahibliyi uğrunda yarışarkən belə bir görüşün ədalətli olmadığı və təxribat xarakteri daşıdığı vurğulanıb.
Xəbərdə Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindelin görüşlə bağlı açıqlamasına yer verilsə də, Türkiyə Futbol Federasiyasının prezidenti İldırım Dəmirörənin mövzu ilə əlaqədar çıxışı yazılmayıb.
Daha bir diqqət çəkən məqam isə Türkiyənin "AVRO 2024"-ə namizəd olaraq göstərdiyi 9 şəhərdən biri olan Qaziantepin coğrafi mövqeyinin xüsusi vurğulanması olub. Məqalənin yazarı Qaziantepin Suriya sərhədinə 65 km məsafədə yerləşdiyini qeyd edib və ABŞ-la birgə bir çox ölkənin vətəndaşlarına Türkiyənin cənub-şərqinə getməməyi məsləhət görüb.
Zümrüd
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...






































