Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ

ABŞ Prezidenti Donald Tramp fevral ayında Suriyada, Deyrizorda ABŞ ordusunun təşkil etdiyi silahlı hücumun gizli məqamlarını açıb.

Publika.az xəbər verir ki, Nyu Yorkda "Lotte Palace"da keçirilən tədbirə qatılan ABŞ prezidenti Donald Trampın çıxışı zamanı istəmədən bəzi məqamların üstünü açdığı deyilir. Tədbirə qatılan Tramp tərəfdarlarından birinin iddialarına görə, prezident çıxışı zamanı ABŞ əsgərlərinin də iştirak etdiyi silahlı hücumda "F-18" tipli döyüş təyyarəsinin pilotunun möhtəşəm performansından danışarkən deyib: "Hava hücumları 10 dəqiqə davam edib. Bu müddət içərisində 100-300 arası rus əsgəri məhv edilib"

Məsələ ilə bağlı "Nyu-York Times" qəzetində yayımlanan məqaləyə görə, ABŞ əsgərləri ilə Əsəd rejimi tərəfdarları arasındakı qarşıdurmalar 4 saat davam edib. Qarşıdurma zamanı 300-ə yaxın rejim tərəfdarı öldürülüb. Nəşrin yazdığına görə, Amerika rəhbərliyi hücumun gizli məqamları haqqında açıqlama verə bilməyəcəklərini deyiblər.

Tədbirdə Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsinə də toxunduğu qeyd olunub. O bildirib ki, bütün dünya liderləri onu Qüds qərarından daşındırmağa çalışsa da, o, fikrini dəyişdirməyəcək.

Xatırladaq ki, təxminən 5 milyon dolların toplandığı tədbirdə 100-ə yaxın Tramp tərəfdarı olan iş adamı iştirak edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm