Tramp-Kim sammiti: bəs otel pulunu kim verəcək?
Bizi izləyin

ABŞ

Tramp-Kim sammiti: bəs otel pulunu kim verəcək?

İyunun 12-də Sinqapurda keçirilməsi gözlənilən tarixi ABŞ-Şimali Koreya sammitinin təşkilatçıları bütün maneələri ardan qaldırmış kimi görünürdülər, amma gözlənilmədən daha bir problem meydana çıxıb. Sinqapurda Kim Çen Inın otel pulunu kim ödəyəcək?

"The Washington Post" yazır ki, məhz bu məsələyə hazırda ABŞ və Şimali Koreya nümayəndələri cavab tapmağa çalışırlar. Məsələ ondadır ki, kasıb ölkə Şimali Koreya öz liderinin Sinqapurdakı otel xərclərini başqa dövlətin üzərinə götürməsini istəyir. Çünki Şimali Koreya liderinin seçdiyi "Fullerton" otelində prezident nömrəsinin bir gecəsi 6 min dollardır. Pxenyan isə bu cür dəbdəbəni özünə rəva görə bilməz.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, ilk baxışdan qeyri-ciddi görünən bu problem, əslində, görüş üçün əsl maneə ola bilər. Jurnalistlərin bildirdiyinə görə, Birləşmiş Ştatlar Kim Çen Inın otel xərclərini üzərinə götürməyə hazırdır, amma ehtiyat edir ki, bu Pxenyan üçün təhqiramiz alına bilər. Bununla bağlı olaraq Trampın komandası ümid edir ki, Kim Çen Inın otel xərclərini Sinqapur tərəfi üzərinə götürəcək.

Dövlət Departamentində məlumatı təsdiqləyiblər və deyiblər ki, Amerika tərəfi Kim Çen Inın otel xərcləri üçün Sinqapur rəhbərliyinə xahiş etməyə hazırdır. Amma Şimali koreya nümayəndə heyətinin otel xərclərini ödəmək niyyətində deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm