Trampdan müharibəyə səbəb ola biləcək açıqlama: Kanadanın baş nazirinə təhqir dolu sözlər
Bizi izləyin

ABŞ

Trampdan müharibəyə səbəb ola biləcək açıqlama: Kanadanın baş nazirinə təhqir dolu sözlər

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu sərt şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, prezident C.Trüdonun ABŞ-ın polad və aliminiuma gömrük vergisi tətbiq etməsindən sonra G-7 Liderlər Zirvəsinin hesabatını imzalamayacağını açıqlayıb.

Adəti üzrə, tvitterdən yazılı açıqlama verən Tramp “Baş nazir Castin Trüdo mən zirvədən ayrıldıqdan sonra mətbuat konfransı təşkil edərək ABŞ-ın gömrük vergilərinin həqarət olduğunu deyənə qədər G-7 toplantılarımızda çox həssas və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəif” - sözlərini işlədib.

ABŞ-ın yeni gömrük vergilərini Kanadanın Amerika istehsalı süd məhsullarına tətbiq etdiyi 270% gömrük vergisinə cavab olaraq tətbiq etdiyini deyən Tramp “Castinin mətbuat konfransındakı yanlış açıqlamalarına və Kanadanın amerikalı fermer, işçi və şirkətlərinə tətbiq etdiyi böyük gömrük vergilərindən dolayı ABŞ təmsilçilərinə G-7 toplantılarının hesabatını imzalamayacağımı dedim” ifadələrini işlədib.

Qeyd edək ki, G-7 zirvəsinin sona çatmasından sonra Kanadanın baş naziri mətbuat konfransı keçirmiş və Trampı ağır tənqid etmişdi.

Kanadalıların I Dünya müharibəsindən etibarən amerikalılarla çiyin-çiyinə vuruşduğunu xatırladan Trüdo Amerikanın yeni gömrük vergilərinin Kanada xalqına həqarət olduğunu bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm