Pompeo: “ABŞ-ın tək hədəfi budur”
Bizi izləyin

ABŞ

Pompeo: “ABŞ-ın tək hədəfi budur”

ABŞ denuklearizasiyaya əvəz olaraq Koreya Xalq Demokratik Respublikasına təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zəmanətlər Amerikanın daha əvvəl təklif etməyə hazır olduğu zəmanətlərdən fərqlidir.

“Şimali Koreya ilə diplomatik dialoqdan əldə etmək istədiyimiz son məqsəd dəyişməyib. Koreya yarımadasının tam və dönməz denuklearizasiyası ABŞ-ın qəbul edəcəyi tək nəticədir”, - Pompeo vurğulayıb.

Dövlət katibi əlavə edib ki, denuklearizasiya olmasa, hər şey Şimali Koreya üçün pis bitə bilər.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm