Tramp Kim Çen Inla görüşündən DANIŞDI: "Koreyanın raketləri tezliklə məhv ediləcək”
Bizi izləyin

ABŞ

Tramp Kim Çen Inla görüşündən DANIŞDI: "Koreyanın raketləri tezliklə məhv ediləcək”

“Koreya Xalq Demokratik Respublikası raket mühərriklərinin sınağı üzrə poliqonu məhv etdi, daha sonra orada sınaqdan keçirilən raketlər də məhv ediləcək”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla Sinqapurda baş tutan görüşün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Kim Çen In mənə bildirdi ki, Şimali Koreya artıq raketlər üçün mühərriklərin sınağı üzrə böyük poliqonu məhv edib. Bu, böyük işdir, həmçinin orada sınaqdan keçirilən raketləri də tezliklə məhv ediləcək”, - Tramp bildirib.

O izah edib ki, bu informasiyanın birgə bəyanatda yoxdur, çünki, razılaşma artıq sənədin imzalanmasından sonra əldə olunub.

Tramp Pxenyana səfər edəcəyinə söz verib. O, həmçinin qeyd edib ki, Kim Çen In Ağ Evə dəvəti qəbul edib.

ABŞ prezidenti KXDR ilə formal müharibə vəziyyətini mümkün qədər tez qurtarmağa söz verib. Bununla belə, o, Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaların hələ bir müddət qüvvədə qalacağını vurğulayıb.

Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

ABŞ prezidenti həmçinin qeyd edib ki, 300 mövqe üzrə KXDR-ə qarşı sanksiyaların tətbiqini dayandırır.

“Məndə 300 sanksiya var idi. Onları tətbiq etməməyə qərar verdim. Amma biz sanksiyaları tətbiqinə davam etmək imkanını saxlayırıq”, - Tramp qeyd edib.

Ağ Evin lideri vurğulayıb ki, KXDR denuklearizasiya üzrə razılaşmalara riayət edəcəyi halda, ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırmağa hazırdır. Onun sözlərinə görə, iki ölkə Sinqapurda əldə olunmuş razılaşmanı mümkün qədər tez reallaşdırmaq barədə razılaşıb.

Qeyd edək ki, keçmişdə KXDR ABŞ-a sülh razılaşması imzalamağı dəfələrlə təklif edib, amma Vaşinqton hətta bunun müzakirəsinə belə müsbət baxmayıb.

ABŞ prezidenti əlavə edib ki, sammitdə əldə olunmuş razılaşmaların Şimali Koreya tərəfindən icrasına zəmanət verə bilmir.

Amerika lideri bildirib ki, gələcəkdə hansı inkişaf modelini seçəcəyinə dair qərar KXDR-in özü verməlidir.

“Bu, onların verə biləcəyi qərardır. Xalq qərar verməlidir ki, onlar nə istəyirlər”, - Tramp deyib.

Donald Tramp vurğulayıb ki, Şimali Koreya nüvə silahından mümkün qədər tez qurtulacaq. O, ölkənin böyük nüvə arsenalına malik olduğunu söyləyib.

“Düşünürəm ki, bu, tezliklə baş verəcək. Bu çox əhəmiyyətli arsenaldır”, - Tramp əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm