• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Binaya "Molotov kokteyli" atdılar: 8 nəfər diri-diri yandı

  • ABŞ
  • 17 İyun 2018 17:50
  • 575 Baxış
Binaya "Molotov kokteyli" atdılar: 8 nəfər diri-diri yandı

2-si uşaq olmaqla 8 nəfər evlərində yandırılaraq öldürüldü.

Publika.az xəbər verir ki, hadisə Nikaraquada baş verib. Səhər saatlarında bir neçə naməlum şəxs tərəfindən 3 mərtəbəli binaya içərisində "Molotov kokteyli" adlı partlayıcı olan şüşə butulkalar atılıb. Nəticədə, binada yaşayan 8 nəfər diri-diri yanaraq həyatını itirib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadasının rəisi Ramon Landero hadisənin ölkədə aprel ayından bu yana davam edən hökumət əleyhinə etiraz aksiyaları keçirən şəxslər tərəfindən törədildiyini iddia edir. Onun sözlərinə görə, təcavüzkarlar yanğının söndürülməsinə müdaxilə edərək briqadanın işini əngəlləməyə çalışıblar.

Yanğından xilas olan şəxslərdən birinin sözlərinə görə, hücum edən şəxslər silahlı milislər olub. Onlar daha əvvəl də binanın snayper mövqeyi kimi istifadə etmək istədiklərini demişdilər.

Xatırladaq ki, Nikaraqua İnsan Haqları Mərkəzinin bir neçə gün öncə yaydığı açıqlamada ölkədə aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlarda 135-dən artıq insanın həyatını itirdiyi bildirilib. Digər tərəfdən etirazçı qruplarla hökumət nümayəndələri arasında 2 aydır davam edən böhranı dayandırmaq üçün müzakirələr davam etdirilir.

Könül

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR