ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: qanun Senatdan keçdi, bundan sonra...
Bizi izləyin

ABŞ

ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: qanun Senatdan keçdi, bundan sonra...

ABŞ Senatında Müdafiə Nazirliyinin (Pentaqon) “Milli Müdafiə Səlahiyyəti Qanunu” adlı qanun layihəsi qəbul edilib.

Publika.az xəbər verir ki, 2019-cu il büdcəsi üçün 716 milyard dollar ayrılmasını ehtiva edən qanun layihəsi 85 səs çoxluğu ilə senatdan keçib.

Qanunda F-35 tipli qırıcı təyyarə, “Patriot” havadan müdafiə sistemi, “Çinuk” tipli ağır yük helikopteri, AH-1 tipli “Kobra”, H-60 “Black Hauk” tipli F-16 təyyarələrinin Türkiyəyə satılmasının blok edilməsi bölməsi də yer alıb. Buna səbəb rəsmi Ankaranınm Rusiyadan S-400 müdafiə sistemi alması, bu alış-verişin NATO-da müttəfiqi olan ABŞ-la arasında gərginliyə səbəb olması və amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsdə saxlanılması göstərilib. Həmçinin, Türkiyənin Rusiyadan S-400 almasının ABŞ-la Türkiyə arasında ortaq silah sistemlərini inkişaf etdirmək istiqamətinə mənfi təsir göstərəcəyi və NATO-dakı əməkdaşlığa təsir edəcəyi önə sürülüb.

Bu qanunun tətbiq edilməsindən sonrakı 60 gün içində Müdafiə Nazirliyinin Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək Türkiyə ilə ABŞ arasındakı münasibətlərə dair Konqresin aidiyyəti komitələrinə əhatəli bir hesabat sənədi təqdim etməsi tələb edilib. Hesabat tamamlandıqdan sonra Pentqaonun Türkiyəyə Konqresin təsdiqi olmadan hər hansı silah satışı etməsi mümkünsüz hala gələcək.

Qanun təsdiq üçün ABŞ prezidenti Donald Trampın masasına gələmədən öncə Konfrans Komitəsi kimi bilinən ortaq bir komissiyada vahid qanun layihəsi halına gətirilməlidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm