Nyu-Yorkda metronun tavanı uçdu - - FOTO
Bizi izləyin

ABŞ

Nyu-Yorkda metronun tavanı uçdu - - FOTO

Nyu-York metrosunun Bruklin ərazisinə düşən "Boro-holl" stansiyasında tavanın bir hissəsi qismən uçub.

Publika.az xəbər verir ki, konstruksiyanın bir hissəsi həmin vaxt platformada olan qadının çiyninə düşüb.

Qadın cüzi xəsarət alıb və tibbi yardımdan imtina edib.

Hazırda Manhetten istiqamətində gedən qatarlar stansiyada dayanmadan hərəkət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm