Melaniya Trampın qaçqın düşərgəsinə səfərində geyindiyi gödəkçənin arxasındakı yazı OLAY OLDU - - FOTO
Bizi izləyin

ABŞ

Melaniya Trampın qaçqın düşərgəsinə səfərində geyindiyi gödəkçənin arxasındakı yazı OLAY OLDU - - FOTO

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ölkəsində qaçqın şəklində yaşayan uşaqların qaldığı bir düşərgəni ziyarət edib.

Publika.az xəbər verir ki, birinci xanımın ziyarət əsnasında geyindiyi gödəkçə sərt reaksiyalara səbəb olub.

Belə ki, M.Trampın gödəkçəsinin arxa hissəsində “gerçəkdən də maraqlanmıram, ya sən?” sözləri yazılıb. Bu detal medianın diqqətini çəkib. Yazının qaçqın uşaqlara dair mesaj olduğu iddia edilib. Müzakirələrə susqun qala bilməyən Donald Tramp isə tvitter hesabından açıqlama verib: “Melaniyanın gödəkçəsinin arxasındakı “Gerçəkdən də maraqlanmıram, ya sən?” yazısı saxta mediaya bir mesajdır. Melaniya onların nə qədər ikiüzlü olduqlarını anladı və onları artıq gerçəkdən də vecinə almır”.

Melaniya Tramp səfəri əsnasında media nümayəndələrinə açıqlamalar verib. O, ictimaiyyətdə mübahisələrə səbəb olan “qaçqın uşaqların valideynlərindən ayrılması” tətbiqinin nəticələrini yerində görmək üçün Texasdakı düşərgəyə gəldiyini bildirib. Səlahiyyətli şəxslərdən bilgilər alacağını deyən M.Tramp ailələrindən ayrılan uşaqların ən sürətli şəkildə yenidən valideynlərinə qovuşa bilməsi üçün nə edə biləcəyini öyərnməyə gəldiyini də vurğulayıb.

Amerika mediasında yayılan xəbərlərə görə, Trampın qaçqın uşaqların ailələrindən ayrılmasına səbəb olan qanun layihəsindən vaz keçməsində Melaniya Trampın və qızı İvankanın təsiri olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm