Məşhur şirkətin işçiləri Trampa ETİRAZ ETDİ
Bizi izləyin

ABŞ

Məşhur şirkətin işçiləri Trampa ETİRAZ ETDİ

“Microsoft” şirkəti əməkdaşları dövlət strategiyasına sərt reaksiya verib. Şirkətin 100 əməkdaşları ölkə prezidenti Doland Trampın ölkəyə qanunsuz daxil olan mirqantlarla bağlı qərarına etiraz edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkət əməkdaşları ABŞ-a qanunsuz daxil alan miqrantların uşaqlarının ailələrindən ayrılmasına qarşı çıxıblar.

İşçilər şirkət rəhbərlərindən Satya Nadellaya göndərdikləri müraciətdə ABŞ-ın Miqrasiya və Gömrük Mühafizə Departamenti ilə əməkdaşlığı son qoymağa çağrıblar.

Məktubda Şirkətin Departamentlə məlumatların saxlanılması və süni intellekt sistemləri ilə bağlı 19.4 milyon dollarlıq müqaviləsinin olduğu vurğulanır. Eyni zamanda işçilər bildirir ki, şirkət həm etik bir davranış nümayiş etdirməli, həm də uşaqları və ailələri şirkətin mənfəətindən üstün tutmalıdır.

S.Nadella isə "Microsoft" işçilərinə yazdığı cavab məktubunda şirkət proqramlarının uşaqların sərhəddə ailələrindən ayrıldığı layihələrdə yox, ancaq elektron poçt, təqvim, mesajlaşma və sənədlərin toplanması kimi işlərdə istifadə edildiyini bildirib.

Qeyd edək ki, iyunun 18-də Donald Tramp Ağ evdəki açıqlamasında ABŞ-ın bir miqrant düşərgəsi olmadığını deyib. O, sərt miqrant siyasətini davam etdirmək niyyətində olduğunu bildirib.

Latın Amerikası ölkələrindən Amerika Birləşmiş Ştatlarına qanunsuz gələrkən sərhəddə saxlanılan və valideynlərindən alınan uşaqların Texasdakı düşərgəsinin görüntüləri ilk dəfə iyunun 19-da yayımlanıb. Ölkənin rəsmi qurumlarının məlumatına görə, aprel-may ayları ərzində 2 min belə uşaq ailələrindən ayrılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm