Rusiyaya STRATEJİ ZƏRBƏ – Moskvanın müttəfiqi ABŞ-ın tərəfinə keçir
Bizi izləyin

ABŞ

Rusiyaya STRATEJİ ZƏRBƏ – Moskvanın müttəfiqi ABŞ-ın tərəfinə keçir

ABŞ və Hindistan “2+2” formatında (iki ölkənin Müdafiə və Xarici İşlər Nazirliklərinin başçıları) Rusiya barəsində sanksiyaları, həmçinin Rusiyadan “Triumf" S-400 zenit-raket komplekslərinin alınması üzrə Nyu-Dehlinin planlarını müzakirə edəcəklər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli NDTV kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda Hindistan və Rusiyanın münasibətlərinin uzunmüddətli xarakterini anlayırlar.

“Ancaq Birləşmiş Ştatlar problem hesab etdiyimiz məsələlər barəsində reaksiya verməlidir. Rusiya ilə bağlı çoxsaylı hadisələr Konqresin hərəkətə keçməsinə və sanksiyaların tətbiqinə səbəb oldu”, - amerika diplomatı deyib.

Daha əvvəl Hindistanın müdafiə naziri Nirmala Sitxaraman bildirib ki, S-400 zenit-raket komplekslərinin alınması üzrə Rusiya ilə aparılan danışıqlar final mərhələsindədir. ABŞ bu sazişə qarşı çıxır. Vaşinqton bildirib ki, bu sistemlərin alınması gələcəkdə Vaşinqton və Nyu-Dehlinin birgə fəaliyyət imkanlarına təsir edə bilər.

“2+2” formatında Hindistan və ABŞ arasında danışıqların birinci raundu iyulun 6-da Vaşinqtonda keçirilməli idi. Bununla belə, çərşənbə günü Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, Vaşinqtonda “aradan qaldırılması mümkün olmayan səbəblərə” görə 4 nazirin görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Bu günlərdə Nyu-Dehlidə səfərdə olmuş Nikki Heyli söyləyib ki, qərar Hindistan və Birləşmiş Ştatların ikitərəfli münasibətləri ilə bağlı deyil. Öz növbəsində, Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar jurnalistlərə bildirib ki, “2+2” formatında dialoqun keçirilməsi tarixi və yeri yaxın vaxtlarda uyğunlaşdırılacaq.

Qeyd edək ki, Rusiya və Hindistan BRİKS təşkilatında təmsil olunur (Braziliya, Rusiya, Hindistan, Çin və CAR təşkilatın üzvləridir –red.). Moskva-Vaşinqton qarşıdurması fonunda Hindistan Rusiyanın strateji müttəfiqlərindən sayılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm