Kanada ABŞ-dan idxal olunan mallara vergi qoydu
Bizi izləyin

ABŞ

Kanada ABŞ-dan idxal olunan mallara vergi qoydu

Bazar günündən etibarən Kanada, Vaşinqtonun oxşar hərəkətlərinə cavab olaraq, bir sıra ABŞ-dan idxal olunan mallara vergi rüsumları təyin etdi. Bu haqda Trend Аssociated Press informasiya agentliyinə istinadən xəbər verir.

İdxal olunan polad və dəmirə 25% nisbətində vergi qoyuldu (may ayının sonunda ABŞ Kanada və bir sıra digər ölkələrdən idxal olunan polad və alüminyuma eyni nisbətdə vergi rüsumu müəyyən etmişdir). Bir sıra digər məhsullara 10 faiz nisbətində vergi təyin olunur. Bunların arasında ketçup, pizza və qab yuyan vəsitələr var.

ABŞ xarici ticarət siyasətinə qarşı sərt tənqidlərlə çıxış edən Kanadanın baş naziri Castin Trüdo, Donald Trampın sanksiyalarına qarşı etirazını bildirən kanadalılara öz təşəkkürünü bildirdi və ABŞ istehsalı olan məhsulları almamağa çağırdı.

Xatırladaq ki, ABŞ-ın Avropa, Kanada və Meksika polad və alüminium istehsalçılarına qarşı sanksiyaları iyunun 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm