Helsinki sammitində Putinin qarşısına bu şərt qoyulacaq – AĞ EV
Bizi izləyin

ABŞ

Helsinki sammitində Putinin qarşısına bu şərt qoyulacaq – AĞ EV

ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir Putinin qarşıdakı sammiti üçün mərkəzi element Suriyanın gələcəyi və İranın Suriya ərazisindən sıxışdırılması üzrə Vaşinqton-Moskva əməkdaşlığı olacaq.

Publika.az xəbər verir ki, bu haqda “CBS News” telekanalın efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton danışıb.

Bolton bildirib ki, Vaşinqtonda Suriya prezidenti Bəşər Əsəd mövzusundan imtina ediblər.

“Düşünmürəm ki, Əsəd strateji məsələdir. Düşünürəm ki, İran strateji məsələdir”, - Bolton Amerika telekanalına söyləyib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm