İki nəhəngin dünya miqyaslı müharibəsi RƏSMƏN BAŞLADI - Tramp Çinə MEYDAN OXUDU
Bizi izləyin

ABŞ

İki nəhəngin dünya miqyaslı müharibəsi RƏSMƏN BAŞLADI - Tramp Çinə MEYDAN OXUDU

ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25% gömrük vergisi tətbiq etməyə rəsmi şəkildə başlayıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsulların gömrük vergisinin artırıldığını, növbəti iki həftə ərzində isə 16 milyard dollar dəyərində idxal edilən mallar üçün də yeni tariflərin tətbiq ediləcəyini bildirib.

Təyyarədə jurnalistlərə açıqlama verən prezident Pekinin tətbiq etdiyi siyasətə davam edəcəyi təqdirində, 500 milyard dollardan çox dəyəri olan Çin məhsullarına yeni gömrük tariflərini tətbiq etmək niyyətində olduqlarını söyləyib.

O, açıqlamasında “ilk olaraq 34, 2 həftə sonra 16, sonra sizin də bildiyiniz kimi 200 milyard və daha sonra 300 milyard dollarlıq təxirə salınmış tariflər var” ifadələrini işlədib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm