Tramp və Kim Çen arasında növbəti görüş bu ölkədə keçiriləcək – MƏNBƏ
Bizi izləyin

ABŞ

Tramp və Kim Çen arasında növbəti görüş bu ölkədə keçiriləcək – MƏNBƏ

Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.

Görüş Koreya yarımadasının denuklearizasiyasının (nüvəsizləşdirilmə -red.) ətraflı müzakirəsinə həsr edilməlidir. Agentlik bildirir ki, ən yaxın altı ay ərzində ABŞ, həmçinin Çin və Cənubi Koreya ilə Şimali Koreyanın aktiv danışıqları gözlənilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm